Qeybət etməyi necə tərgidək: 10 məsləhət

Qeybət etməyi necə tərgidək: 10 məsləhətİnsan sosial mühitdə yaşayır və bütün ömrü boyu digər insanlarla qarşılıqlı fəaliyyət göstərir. Ona görə də özlərini başqaları ilə müqayisə etmək, başqasının fikrini nəzərə almaq insan təbiətinə xas olan xüsusiyyətdir. Biz tanışlarımız haqqında bir xəbər eşidən kimi dərhal onu yaxın dostlarımız və ya ailə üzvlərimiz ilə bölüşmək istəyirik.
Biz hamımız çox gözəl bilirik ki, qeybət çox böyük günahdır və biz onunla məşğul olmamalıyıq. Həqiqətdə isə biz bunu dərk etmədən edirik.

Qeybət nədir və o, hardan başlayır? Peyğəmbərimiz (s) deyib: "Qeybət – sizin qardaşınızın arxasınca onun bəyənmədiyi sözləri danışmaqdır".

Səhabələrindən biri o zaman soruşub: "Əgər mən onun haqqında düzünü deyərəmsə, onda bu qeybət hesab olunurmu?" Peyğəmbərimiz (s) cavab verib: "Əgər dediklərin onda varsa, bu qeybətdir. Əgər dediklərin onda yoxdursa, bu böhtandır".

İnsanın arxasınca dedi-qodular yaymaq insanın məhv edilməsi kimi bir şeydir. Quranda deyilir:

"Ey iman gətirənlər! Çox zənnə-gümana qapılmaqdan çəkinin. Şübhəsiz ki, zənnin bəzisi (heç bir əsası olmayan zənn) günahdır. (Bir-birinizin eybini, sirrini) arayıb axtarmayın, bir-birinizin qeybətini qırmayın! Sizdən biriniz ölmüş qardaşının ətini yeməyə razı olarmı?! Bu sizdə ikrah hissi oyadar (qeybət də belədir). Allahdan qorxun. Həqiqətən, Allah tövbələri qəbul edəndir, rəhmlidir!"(Quran 49:12)

Bəziləri dediklərinin doğru olduğunu dilə gətirərək özlərinə haqq qazandırmağa çalışırlar. Əgər insan həmişə bu cür özünə haqq qazandırırsa, o, başqaları haqqında şayiə yaymağa davam edir. Əgər başqaları haqqında yaxşı olmayan nə isə bilirsə, müsəlmana bu hadisə barədə danışmaq və onun nüfuzuna xələl gətirmək yaraşmır. Həqiqi müsəlman büdrəmiş hesab etdiyi insana görə Allaha dua etməlidir.

Şayiələrin yayılmasının fəsadları barədə unutmayın. Aşağıdakı məsləhətlər sizə qeybətə yaxınlaşmamağa kömək edə bilər:

1. Özünüzü qəti şəkildə qeybətdən qorumağa çalışın. Bu həm qeybətə qulaq asmağa, həm də onu yaymağa aid edilir. Gördünüz ki, söhbət kimisə müzakirə etməkdən düşüb, söhbətin mövzusunu dəyişməyə çalışın. Ola bilsin ki, sizin həmsöhbətiniz aktual xəbərdən danışsın. Nəticə barədə unutmayın. Özünüzü və həmsöhbətinizi günahdan qoruyun.

2. Əgər görürsünüz ki, tez-tez hansısa bir insandan yaxınlarınıza şikayət edirsiniz və ya hər hansı mənfi sözlər söyləyirsiniz, onda heç vaxt onunla ünsiyyətdə olmayın. O, günahkar deyil ki, sizin ondan xoşunuz gəlmir və o, sizin ətraf aləmə mənfi təsirlərinizə dözməyə məcbur deyil. Əgər hiss edirsiniz ki, həmin adam haqqında danışmamaq sizə çətindir, ən yaxşısı onu özünüzdən və öz qeybətlərinizdən qorumaqdır.

3. Əgər kimsə haqqında özü olmadan danışacaqsınızsa, onun haqqında ancaq yaxşı şeyləri danışın.

4. Əgər söhbət hər hansı konkret bir insandan gedirsə onda mövzunu dəyişin. Əgər sizin cəhdiniz uğursuz alınsa belə söhbətdən qaçın.

5. Yəqin ki, hər bir insanın elə bir tanışı var ki, onun son xəbərlərini hamı ilə bölüşmək istəyir. Əgər o, başqaları haqqında şaiyələr yayırsa, böyük ehtimalla sizin arxanızdan da qeybət edir. Belə adamlardan uzaq gəzin, bu sonsuz dedi-qodu zəncirinin yayılma halqası olmayın.

6. Hərdən olur ki, başqaları ilə əlaqəli fikirlərimizi və narahatlıqlarımızı kiminləsə bölüşmək istəyirik. Onda öz narahatlıqlarınızı kağıza və ya noutbukda yazın. Beləcə siz emosiyalarınızı tökəcəksiniz və bu zaman heç kim əziyyət çəkməyəcək.

7. Əgər hər hansı bir söhbətin üzərinə gedib çıxmısınızsa və orada kimisə müzakirə edirlərlərsə, onun haqqında xoş sözlər deməyə çalşın. Onun niyə belə edə biləcəyinə səbəb gətirin. Əgər onun müdafiəsi üçün deyiləcək sözünüz yoxdursa, onda ən yaxşısı heç nə deməyin.

8. Başqaları haqqında danışılarkən, çalışın ki, müsbət anlarda söhbətdə iştirak edəsiniz. Məsələn, sizin rəfiqələrinizdən biri ümumi tanışınızın yenicə tanıdığı bir qızla evlənməsindən söz salan kimi, dərhal deyin:"Əlhəmdullah, onlarda hər şey yaxşıdır".

9. Unutmayın ki, qeybət bizi heç də yaxşı qələmə vermir. İnsanlar sizə diqqət və maraqla qulaq asa bilərlər. Ancaq onlar sizə daha hörmətlə yanaşmayacaqlar. Onlar istəməcəklər ki, siz onların da arxasınca danışasınız. Onların sizə inamı itəcək.

10. Sosial media həyatımızın ayrılmaz hissəsidir və unutmayın ki, şayiələrin internetdə yayılması da günahdır.

Nəhayət, özünüzü qiybət olunan adamın yerinə qoyun. Siz hər şeyi bilmirsiniz. Bilmirsiniz ki, həmin adam hansı səbəbdən bu addımı atıb və səbəbini bilmədən asanlıqla onu müzakirə edirsiniz. Bəs siz özünüzü necə hiss edərsiniz, əgər bilsəniz kimsə sizin arxanızca sizi müzakirə edir?

    Baxılıb: 2183   Tarix: 09 may 2015
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Necə çox pul qazanmaq olar?- YƏHUDİLƏRİN İNANILMAZ SİRLƏRİ

Bütün dövrlərdə yəhudi millətinin nümayəndələri pul qazanmaq və var-dövlətlərini artırmaq bacarıqları ilə seçiliblər. Bu barədə dillərdə minlərlə əfsanə və lətifə dolaşır. "Forbes" jurnalının siyahısında da il

.

"Qulağıma nalayiq sözlər kimi qəribə səslər gəlir" - Xalq artisti

Xalq artisti Könül Xasıyeva Yeni il bayramından sonra Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alacaq. xəbər verir ki, bu barədə report-a açıqlamasında xalq artist özü məlumat verib. O, hazırda evd

.

ATV-nin aparıcısı özünü hovuza atdı - Video

ATV-də yayımlanan "Bağ mövsümü" verilişinin ilk çəkilişi xalq artisti Səməd Səmədovun bağ evində olub. Axşam.az-ın məlumatına görə, səhərdən axşama kimi çəkilişdə olan aparıcı Murad Əzimzadə havanın isti olduğun

.

Siqaret tüstüsündən yaranan xəstəliklərə son deyin.! Vərərmə, xərçəngə, asmaya son!

MƏHSUL HAQQINDA ƏTRAFLI. Az yaşlıların yanında çəkdiyiniz siqaret tüstüsünün onlara nə qədər zərərli olduğunu bilirsinizmi?Həm ətrafınızı həm özünüzü zəhərləyirsiniz.Xərçəngə,vərəmə yol açan bu mənfi vərdişinizə son qoymağı

.

Hamı "Tarqovu"dakı bu qızdan danışır - VİDEO

Bakının mərkəzində qeydə alınan video böyük marağa səbəb olub. Doğum günündə vətənpərvər ifaya qulaq asan gənc qız göz yaşlarını saxlaya bilməyib

.

Birlikdə yaşamağa ev axtarırlar - FOTO

Məşhur aktyor Seçkin Özdemir və sevgilisi Demet Özdemir uzun zamandır kirayə ev axtarışına çıxıb. xəbər verir ki, cütlüyün bu axtarışı, "Eyni evdə yaşamaq qərarını aldılar" söz-söhbətinin yayılmasına şərait yaradı

.

Sevdiklərinizə dəyərli olduqlarını hiss etdirin! Hər zaman hədiyyə edə biləcəyiniz ALIŞQANLAR

Dairəvi qığılcımla və USB şunuru ilə doldurulan nazik formaya sahib olan alışqan səssiz şəkildə touch effektlə əli yandırmadan istənilən siqaret ölçüsünə görə uyğundur. MƏHSUL HAQQINDA ƏTRAFLI

.

Erməninin öldürdüyü beş azərbaycanlı gənc dəfn olundu - FOTOLAR

Gürcüstanın paytaxtı Tiflisdə yol-qəza hadisəsi nəticəsində həlak olan 5 azərbaycanlı gənc bu gün Sadaxlı kəndində torpağa tapşırılıb. -a istinadən bildirir ki, dəfn mərasimində Sadaxlı, eləcə də ətraf kəndlərin sakinləri

.

Zibillikdən sərvət tapdı, görün nə etdi

Türkiyənin Bursa şəhərində zibil qabına tullanmış çantanın içində təxminən 9-11 min manat (20-25 min lirə) dəyərində qızıl tapan mühafizəçi çantanı polis məntəqəsinə təslim edib. BİG.AZ Sputnik Azərbaycan-a istinadən bildiri

turlar.az

sonxeber.az yay kolleksiyasi qadın geyimi donlar 2024 qargidali salati salatlarin dizayni hamiləlik həftələri toy ideyalari kosmetika vətən hamilelik novruz hakistalari dolca opusme