Sağlam həyat tərzinin əsas prinsipləri.
Hazırda ən aktual problemlərdən biri də həyat tərzinin əks istiqamətdə inkişafıdır. Sürətli həyat tempi, ekologiyanın pisləşməsi, informasiya və texniki xarakterli gərginliyin artması kimi amillər insan orqanizminə mənfi təsir göstərir. Buna görə də Sağlamlığı qorumaq qaydalarını bilmək və əməl etmək vacibdir.
Sağlam həyat tərzi dedikdə insan fəaliyyətinin əlverişli inkişafı nəzərdə tutulur. Sağlam həyat tərzinə əməl etmək həm də uzunömürlülüyün qarantıdır. Təqdim edəcəyimiz profilaktik tədbirlər bədənin fiziki, ruhun isə psixoloji rifahını inkişaf etdirməyə yönəlib.
1. Düzgün qidalanma. Bütün vitaminlər, mikroelementlər və həyat enerjisini siz qidalardan alırsınız. Buna görə də orqanizminizi nə ilə bəslədiyinizə nəzarət edin.
2. Uşaq yaşlarında fiziki aktivliyin aşılanması (idman, qaçış, üzgüçülük, hərəkətli oyunlar və s. )
3. Müsbət düşünmək. Elmi təcrübələr göstərir optimistlər daha uzun və xoşbəxt yaşayırlar.
4. Zərərli vərdişlərdən qaçmaq. İçki, narkotik, siqaret çəkmək kimi zərərli vərdişlər həyat keyfiyyətinin aşağı düşməsinə səbəb olur.
5. Elementar gigiyenik qaydalara əməl etmək.
6. Pofilaktika və ya xəstəlikləri ilkin mərhələdə təyin etmək məqsədilə tibbi müayinədən keçmək .
7. Beyin fəaliyyəti. Sizin beyniniz də bədəniniz kimi "qida" tələb edir. Kitab oxuyun, krossvord həll edin, elm və təhsilə aid verlişlərə baxın, səyahət edin, xarici dil öyrənin.
Prinsipcə qeyd olunanlar kifayət qədər sadə olduğu kimi, həm də hamıya tanışdır. Ancaq reallıq budur ki, onlara əməl etmək bir qədər çətindir. Müasir insan sağlamlığının düşməni bugünkü müasir rahat həyatdır: demək olar ki, hamının avtomobili olduğundan heç kim piyada gəzmir, kompüter və internetdən istənilən informasiyanı əldə etmək kitab oxumaq vərdişlərini tamamilə yox edir, yarımfabrikat qida məhsullarının istifadəsi vaxta qənaət etsə insan sağlamılığı üçün zərərlidir.
İndiki zamanda sağlam olmaq vacibdir, çünki sağlam həyat tərzi sizin ömrünüzün uğurlu və uzun olması üçün əsas şərtdir.
xidmetler