Şəkər tozunu zeytun yağı ilə qarışdırın və...

Şəkər tozunu zeytun yağı ilə qarışdırın və...Dodaq quruluğu xüsusilə qış aylarında yaşanır. Soyuq havalar dərinin qurumasına səbəb olur. Dodaqlar isə daha həssas olduğu üçün daha tez quruyur. Aile.lent.az dodaq quruluğunu aradan qaldırmaq üçün bitki mənşəli həll yollarını təqdim edir.

Dodaqlar yumşaq və canlı qalması üçün günəşdən qorunmalıdır. Yüksək faktorlu qoruyucu balzam və kremlər sürtün. Bir də soyuq havalarda dodaqları tez-tez yalamaq olmaz, əks halda dodaq quruluğu problemindən canınız qurtarmaz.

Dodaq quruluğu üçün təbii həll yolları

İstifadə etdiyiniz dodaq boyasına diqqət edin. Bəzi məhsullar dodaqların qurumasına və nəmini itirməsinə səbəb olur. Bitki tərkibli dodaq boyaları istifadə edin.

Dodaq üçün kakao, zeytun yağı da istifadə edə bilərsiniz.

Dodaq qurumasının bir digər səbəbi də ölü dəri hüceyrələrinin və kirin toplanması ola bilər. Bunun üçün ən effektli üsul pilinqdir. Bir az şəkər tozu və zeytun yağını qarışdırın və bununla dodaqlarınıza masaj edin. Təxminən 10 dəqiqə dodaqlarınızda saxlayın. Sonra ilıq su ilə durulayın.

Xiyar da dodaqların yumşaq qalması üçün məsləhət görülür. Dərini yumşaldır və qidalandırır. Eyni zamanda dəri hüceyrələrinin yenilənməsinə yardımçı olur. Bir az xiyar rəndələyin və dodaqlara çəkin. Təxminən 10 dəqiqə saxlayıb ilıq su ilə yuyun. Hər gün müntəzəm olaraq 2, ya 3 dəfə edə bilərsiniz. Xiyar soyuq halda dodaqlara çəkildiyində daha yaxşı effekt verir.

Bundan başqa, aloe vera geli ən effektli nəmləndiricilərdəndir. Dərinin günəş şüalarından qorunmasına yardımçı olur, eyni zamanda dəri qüsurlarını azaldır. Dodaqlara hər gün bir az aloe vera geli çəkin. Durulamağa ehtiyac yoxdur.

Dodaqlardakı quruluqdan qurtulmaq üçün vazelin də istifadə edə bilərsiniz. Gecələr yatmadan əvvəl bir az vazelin sürtün. Bir gecə saxlayıb ertəsi gün ilıq su ilə yuyun. 1 həftə boyunca ardıcıl olaraq edin.

1 çay qaşığı zeytun yağı, 2 çay qaşığı şəkər tozu və 1 xörək qaşığı balı qarışdırın. Əldə edilən qarışımı dodaqlara çəkin. 10 dəqiqə sonra ilıq su ilə durulayın.

Dodaqların yumşaq və canlı görünməsi üçün qidalanmanıza da diqqət etməlisiniz. Xüsusən də C, B vitaminləri ilə zəngin qidalar yeyin. Omega 3 yağ turşuları ilə zəngin yağlı balıqlar və kətan toxumunu qidalanmanıza əlavə edin.

Dərini nəmli saxlamaq üçün müntəzəm olaraq meyvə və tərəvəz suyunu için. Maye itkisinə səbəb olan qəhvə və çay qəbulunu azaldın.

Hər gün 3 litrə yaxın su için.
lent.az

Xəbərlər     Baxılıb: 1721   Tarix: 17 yanvar 2017
f Paylaş

Oxşar xəbərlər

.

Qara zirənin inanılmaz faydaları - Hər gün səhər acqarına

Təbii dərman kimi istifadə olunan qara zirə(çörəkotu) əsrlər boyu alternativ təbabətdə istifadə olunur. Hazırda da qara zirə həm müalicə məqsədi, həm də ləzzətli dadına görə tez-tez yediyimiz yeməklərdə istifadə olunur. Anca

.

Bu 3 məhsul xərçəngdən qoruyur

Terapevt Yelena Malışeva və kardioloq German Qandelman xərçəngin qarşısının alınması üçün faydalı olan 3 məhsulun adını açıqlayıblar. Onlar bu barədə "Birinci Kanal"da yayımlanan "Sağlam yaşa" proqramınd

.

Yuxusuzluğun beş əsas səbəbi

Xroniki yuxusuzluğun fizioloji səbəbləri ola bilər. .   -a istinadən xəbər verir ki, bunu ingiltərəli mütəxəssis Mayk Koçiş deyib. Koçiş yuxu problemlərinin beş səbəbini açıqlayıb. Onun sözlərinə görə, yuxu pozğunluğunu dah

.

Cücərmiş kartofu atmayın – Qızıl dəyərində

Adətən payız aylarında kisələrlə alınan kartof müəyyən müddət ərzində istehlak edilmədikdə cücərməyə başlayır. Təəssüf ki, cücərməyə başlayan bu kartoflar zibilliyə atılır. Mİlli.Az " "a istinadən xəbər verir ki

.

Alimlər həyəcan təbili ÇALDI: uşaq salfetləri autizm yaradır

Uşaq salfetləri, yuyucu vasitələr, eləcə də dırnaq boyalarında olan OFR və QAC kimyəvi maddələri beyin strukturlarına zərər verə bilər və autizm riskini artırır. -a istinadən bildirir ki, bunu ABŞ-ın Case Uestern Reserv

.

Tünd şokoladın müalicəvi əhəmiyyəti üzə çıxdı

Alimlər ürək-damar sağlamlığını dəstəkləmək üçün yeni yollar tapmağa davam edirlər. Çindən edilən son araşdırmalar maraqlı nəticə ilə diqqəti cəlb edir: tünd şokolad təkcə müalicəvi deyil, həm də hipertoniya ilə mübarizəd

.

Bunları etsək daha çox yaşaya bilərik - naturopat Günay Seyfullayeva qlobal problemdən danışdı

Ürək-damar sağlamlığının qorunması uzun və sağlam ömür sürməyin bir nömrəli şərtidir. Bəs ürək-damar xəstəliklərinin təsirlərini azaltmaq və həyat keyfiyyətini yaxşılaşdırmaq üçün nələr etməliyik?. Bununla bağlı saytımız

.

Hansı yeməkləri sabaha saxlamaq olmaz? - SİYAHI

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducud

.

Orqanizmi zamanla dağıdıb məhv edən qidalar

Yeməyə vərdiş etdiyimiz, süfrəmizdən əskik etmədiyimiz qidalar birdən yox, zamanla, asta-asta orqanizmi daxildən dağıdır. -a istinadən xəbər verir ki, adı açıqlanmayan diyetoloq bu qidalar barədə xəbərdarlıq edib:. "Yediyimi

turlar.az

sonxeber.az yemek reseptleri geymler 2024 geyim dəbləri yoğun bağırsaq xəstəlikləri qas duzeltme cennet almasi sanamalar kosmetika suni mayalanma ziyafet geyimleri qu quşu öpüşme qaynanaya aid