Spirtli içkilərlə bağlı YENİLİK: Sabahdan...

Spirtli içkilərlə bağlı YENİLİK: Sabahdan...Sabahdan Azərbaycanda spirtli içkilərin pərakəndə qaydada nağd pulla satışına qoyulan qadağa rəsmən ləğv edilir.
Qadınsaytı.az-ın Publika.az-a istinadən xəbərinə görə, bu, Azərbaycan prezidenti İlham Əliyevin 2015-ci il 7 dekabr tarixli 700 nömrəli Fərmanı ilə təsdiq edilmiş "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"nda dəyişiklik edilməsi haqqında 24 dekabr 2016-cı il tarixli fərmanında əksini tapıb.
Qeyd edək ki, aksiz markaları ilə markalanmalı olan malların siyahısına içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatları daxildir. "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi qaydaları" 2016-cı il yanvarın 1-dən markalanmalı malların (tütün məmulatlarının pərakəndə satışı istisna olmaqla) satılması və satış məqsədi ilə alınması zamanı həmin malların dəyərinin nağd qaydada ödənilməsinə yol verilməməsini nəzərdə tuturdu. Başqa sözlə, aksiz markası ilə markalanmalı olan alışı və satışı bu malların istehsalı, idxalı və ya satışı üçün müvafiq lisenziya olduqda, həmin malları təqdim edən şəxs tərəfindən malların dəyərinin nağdsız qaydada ödənilməklə əldə edilməsini təsdiq edən sənədlər mövcud olduqda və həmin malın təqdim edilməsi (fiziki şəxslərin fərdi istehlakının ödənilməsi məqsədi ilə pərakəndə ticarət və iaşə obyektlərində təqdim edilmə halları istisna olmaqla) ciddi hesabat blankı ilə rəsmiləşdirildikdə həyata keçirilə bilərdi. Bu tələblərdən hər hansı birini pozan şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaqdı.
Ancaq bu il yanvarın 1-dən spirtli içkilərin və pivənin nağd qaydada pərakəndə satışına qoyulan qadağanın tətbiqi mümkün olmadı. Nağdsız ödəniş üçün əksər insanlarda plastik kartların, ticarət obyektlərində də lazımi avadanlıqların olmamasını nəzərə alan dövlət başçısının müdaxiləsi ilə qadağanın tətbiqi müvəqqəti dayandırıldı. Azərbaycan prezidenti İlham Əliyevin 7 noyabr 2016-cı il tarixli fərmanı ilə pivənin pərakəndə qaydada nağd satışına qoyulan qadağa ləğv edildi. Azərbaycan prezidentinin 24 dekabr 2016-cı il tarixli fərmanı ilə "Aksiz markası ilə markalanmalı olan malların Azərbaycan Respublikasının ərazisində dövriyyəsinin tənzimlənməsi Qaydaları"na edilən dəyişikliklə isə artıq spirtli içkilərin nağd pulla pərakəndə qaydada satışına qoyulan qadağa rəsmən ləğv edilir. Bu fərman 1 yanvar 2017-ci ildən qüvvəyə minəcək.
Bu, həm də o deməkdir ki, 1 yanvar 2017-ci ildən içməli spirt, spirtli içkilərin bütün növləri, pivə (alkoqolsuz pivə istisna olmaqla) və pivə tərkibli digər içkilər və tütün məmulatların nağd pulla topdan satışı qəti qadağan olunacaq. Bu tələblərdən hər hansı birini pozan hüquqi və fiziki şəxs İnzibati Xətalar Məcəlləsində və Cinayət Məcəlləsində nəzərdə tutulmuş hallarda məsuliyyət daşıyacaq.

Xəbərlər     Baxılıb: 1310   Tarix: 01 yanvar 2017
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Necə qidalansaq, mədəmiz də bayram edər?

Baharın gəlişinin rəmzi olan Novruz bayramının süfrəsini bol çeşidli yeməklərsiz, şirniyyatsız, çərəzlərsiz təsəvvür etmək mümkün deyil. Amma bu süfrəsini zənginləşdirməyə çalışarkən qidalanmada yol verdiyimiz bəzi səhvlə

.

Bu yeməkləri sabaha saxlamaq olmaz - Siyahı

İnsanlar çox vaxt ertəsi günə saxlanılan yeməklərin sağlam olub-olmadığını düşünmür. Lakin mütəxəssislər iddia edirlər ki, bəzi yeməklər bir neçə saat keçdikdən sonra xəstəlik mənbəyinə çevrilir. Belə ki, onlar soyuducud

.

Uzunömürlülüyün sirri: hər dərdin çarəsi

Yaponların suşidən tutmuş salatlara qədər demək olar ki, hər reseptdə istifadə etdiyi küncüt qida dəyəri yüksək olan toxumdur. Tərkibindəki vitaminlər, minerallar, antioksidanlar və yağ turşuları sayəsində bir çox sağlamlı

.

Üzünüzü qazlı su ilə yuyun, görün nə baş verəcək

Nəmləndirmə dərinin cavan qalmasında böyük rol oynayır. Məhz nəmlilik dəriyə elastiklik, hamarlıq və təravət bəxş edir. axşam.az-a istinadən bildirir ki, quru dəri həmişə qoca görünür. Dəriyə makiyaj edən də səliqəsizdi

.

Elektron siqaret çəkənlərə ciddi XƏBƏRDARLIQ

25 yaşlı Cozef Lourens illərlə siqaret çəkməyin sağlamlığa ciddi fəsadları haqqında öz hekayəsini paylaşıb.   -a istinadən xəbər verir ki, bu barədə "Mirror" portalı məlumat yayıb. . Məlum olub ki, uzun müddət elektro

.

Təbii üsulla göz xəstəliklərini necə müalicə etmək olar?

Bütün xəstəliklərin dərmanı təbiətdə gizlidir. Məsələn, aloe bitkisi faydalı xüsusiyyətləri sayəsində bir çox xəstəliklərin, o cümlədən göz zəifliyinin dərmanıdır. axşam.az-a istinadən bildirir ki, hər gün kompüterdən v

.

"Qadının kök və piyli olması faydalıdır" - Professor

Türkiyəli həkim, professor Oytun Erbaş maraqlı açıqlaması ilə diqqət çəkib. -a istinadən bildirir ki, doktor dərialtı piylərin sağlamlığa xidmət etdiyini bildirib. "Dərialtı piylər beyninizi, ürəyinizi sağlam saxlayar

.

Ən təhlükəli xərçəng növlərindən birinin ilk əlamətləri

Britaniyalı həkimlər dörd narahatedici əlamət açıqlayıblar. Bəzi xərçəng növləri əlamətlərinə görə erkən mərhələdə tanınır. .   -a istinadən bildirir ki, bu barədə Böyük Britaniya Milli Səhiyyə Xidmətinin ekspertləri bildiriblər

.

Kimlər mütləq kəsmik yeməlidir?

Kəsmik, mezofil laktik turşu bakteriyalarının təsiri altında həyata keçirilən laxtalanma adlanan prosesdə südün təbii və ya süni fermentasiyası məhsulunun bərk hissəsidir. Süd törəməsi olmasına baxmayaraq, laktoza dözümsüzlüy

turlar.az

sonxeber.az geymler 2024 maskalar kosmetika mehsullari gəlinlik və toy dəbi hamiləlikdən sonra qan qruplari haqqinda melumat toyuq buglamasi kosmetika novruza aid hakışda vətən həsrətinə aid bayatılar oxatan haqisda həmidə