TƏCİLİ! Bakıda 26 məktəb direktoru işdən çıxarıldı, səbəb...
Direktorların vəzifədən kənarlaşdırılma səbəbləri açıqlandı
"2016-cı təqvim ilində Bakı Şəhər Təhsil İdarəsinin (BŞTİ) tabeliyində olan ümumi təhsil məktəblərində 26 məktəb direktoru tutduqları vəzifədən azad edilib". İdarənin mətbuat xidmətindən Qadınsaytı.az-a verilən məlumata görə, eyni zamanda, rəsmi məlumatda 5 direktor müavini və 5 müəllimin işdən kənarlaşdırıldığı qeyd edilib.
Bundan başqa 2015-ci ildə Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki 19 təhsil müəssisəsinin rəhbəri ilə bağlanmış əmək müqaviləsi ləğv edilib:
"Əmək müqavilələrinin ləğv olunması əsasən, çalışmanın yaş həddinə çatma, təlim-təbiyə prosesinin təşkili ilə əlaqədar müxtəlif istiqamətlər üzrə aparılan araşdırmalar və nəzarət tədbirləri nəticəsində aşkar olunmuş faktlar, şəxsin öz xahişi, vəfat etmə və vəzifə funksiyalarının yerinə yetirilməməsi səbəbləri ilə bağlıdır".
f Paylaşxidmetler