Toyda ermənilərin güllələdiyi 3 yaşlı qız - "Hamısını öldürəcəm..."

Toyda ermənilərin güllələdiyi 3 yaşlı qız - "Hamısını öldürəcəm...""Mən toya getmişdim, məni vurdular".

Bu sözləri ötən gün düşmən gülləsinə tuş gələn 3 yaşlı Zəhra Əliyeva deyib.

Hələ 3 yaşı olmasına baxmayaraq, Zəhra artıq dəfələrlə ölüm qorxusunun nə olduğunu yaşayıb. Hər gün güllə səsləri, hər an ölüm qorxusu balaca qızcığazın demək olar ki, gündəlik yaşam tərzidir. Dünən isə nənəsi ilə toya gedən Zəhra düşmən tərəfin atdığı gülləyə tuş olub. Özü ilə ölüm gətirən güllə bu dəfə ondan yan keçib. Balaca Zəhra o anları çətin ki, unuda bilsin:

"Mən toya getmişdim, orada yemək yedim. Atdılar, gəldi başıma dəydi, onların hamısını öldürəcəm. Nə olduğunu anlamadım. Güllə səsi eşidiləndə yaralandığımı gördüm".

Erməni tərəfin cəbhənin Tərtərin Qapanlı kəndi istiqamətində atəşkəsi pozması nəticəsində yaralanan 3 nəfər dinc sakindən biri dı Mədinə Əhmədovadır. Güllə onun sağ qoluna dəyib. Hadisə şahidlərinin köməkliyi ilə o, Tərtər xəstəxanasına yerləşdirilib. Güllə yarası yüngül olsa da, əməliyyat bir neçə saat davam edib.

Mədinə Əhmədova deyir ki, bu anlar həyatının sonuna kimi yadından çıxmayacaq:

"Əvvəlcə nə olduğunu anlamadım. Qolum keyiməyə başladı. Uşaq başını tutub ağladı, bacım yerə yıxıldı. Bu zaman güllə səsi gəldi. Artıq qolumun nədən keyləşdiyini başa düşdüm. Güllə mənə də dəymişdi. Özüm bir yana, uşaqdan çox qorxdum. Başının qanamasını görəndə dilim-ağzım qurusun, elə bildim, Zəhraya nəsə olub. Sonra xəstəxanaya gətirdilər və dedilər ki narahat olma, balaca yaxşıdır. Bir neçə saat davam edən əməliyyatdan sonra özümü yaxşı hiss etdiyim üçün evə buraxıldım. Həkimlər sağ olsun, indi yaxşıyam".

Digər yaralı, Müşkinaz Tanrıverdiyevanın vəziyyəti nisbətən ağır olduğundan o, Bərdə Mərkəzi Xəstəxanasına, oradan isə Bərdə Müalicə Diaqnostika mərkəzinə yerləşdirilib.

Müşkünaz xanımın sol böyründən dəyən güllə daxilə nüfuz edərək onun daxili orqanlarına ciddi ziyan vurub. 6 saata yaxın davam edən cərrahiyyə əməliyyatından sonra güllə onun bədənindən çıxarılıb. Çətinliklə danışan Müşkünaz xanım yaşamını bərpa etdikləri üçün "həkimlərə təşəkkür edirəm" deyə bilib.

Həkimlərin bildirdiyinə görə, hazırda reanimasiyada olan yaralının vəziyyəti stabil-ağır olaraq qalır. //Teleqraf.com

    Baxılıb: 2069   Tarix: 03 sentyabr 2015
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Oqtayla Dilarə cütlüyündən ŞAD XƏBƏR - qızı Aytənin toyu olacaq

Əməkdar artist Dilarə Əliyeva ilə "Soy production"ın rəhbəri Oktay Əliyev toya hazırlaşır. Axşam.az-ın məlumatına görə, cütlüyün qızı Aytən ailə qurmağa hazırlaşır. 21 yaşlı Aytənin nişanı avqustun 29-da olacaq

.

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı..

Təbii inqredientlərdən və vitaminlərdən ibarət effektiv ağardıcı krem. Serum ilə birlikdə!. Həyatın müxtəlif mərhələlərində dəridə az və ya çox intensivlikdə piqmentasiya əmələ gələ bilər. Bu, irsiyyət, yaş, hamiləlik, aşılayıc

.

Sevdiklərinizə dəyərli olduqlarını hiss etdirin! Hər zaman hədiyyə edə biləcəyiniz ALIŞQANLAR

Dairəvi qığılcımla və USB şunuru ilə doldurulan nazik formaya sahib olan alışqan səssiz şəkildə touch effektlə əli yandırmadan istənilən siqaret ölçüsünə görə uyğundur. MƏHSUL HAQQINDA ƏTRAFLI

.

Əli Mirəliyev gizlinləri açdı: "Toliki rüsvay etdi..."

Prodüser Toliklə (Tarix Əliyev) Əli Mirəliyev arasında qalmaqal yaşanıb. Belə ki, Tolikin verilişlərin birində dediyi "mərhum xalq artisti İlhamə Quliyeva sağlığında Əli Mirəliyevi evinə qoymurdu" açıqlaması qarş

.

Birlikdə yaşamağa ev axtarırlar - FOTO

Məşhur aktyor Seçkin Özdemir və sevgilisi Demet Özdemir uzun zamandır kirayə ev axtarışına çıxıb. xəbər verir ki, cütlüyün bu axtarışı, "Eyni evdə yaşamaq qərarını aldılar" söz-söhbətinin yayılmasına şərait yaradı

.

Röya Aygünü məhkəməyə verdi - Yenilənib

Əməkdar artist Röya Ayxan həmkarı Aygün Bəyləri məhkəməyə verib. Bu barədə sənətçinin vəkili Namiq Şükürov saytına açıqlamasında bildirib:. "Röya xanımın adından onun şərəf və ləyaqəti müdafiə olunması ilə əlaqədar olara

.

Vüqar xanım müğənniləri təhqir etdi: "Mənə qardaşım deməyə qadağa qoyuram"

Müğənni Vüqar Muradov şou-biznesdəki xanım ifaçılara qadağa qoyub. xəbər verir ki, ifaçı bununla bağlı şəxsi instagram hesabında paylaşım edib. Belə ki, qadın müğənnilərin ona "qaqaşım" və ya "qardaşım"

.

Damlanı görənlər tanımadı - HAMI BU FOTODAN DANIŞIR

Tanınmış müğənni Damladan xəbər var. xəbər verir ki, ifaçı sosial şəbəkə hesabında fərqli fotosunu paylaşıb. Belə ki, hər zaman qara rəngli saçlarla izləyicilərinin qarşısına çıxan Damla bu dəfə sarı rənglənmiş saçlarıyl

.

"Qulağıma nalayiq sözlər kimi qəribə səslər gəlir" - Xalq artisti

Xalq artisti Könül Xasıyeva Yeni il bayramından sonra Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alacaq. xəbər verir ki, bu barədə report-a açıqlamasında xalq artist özü məlumat verib. O, hazırda evd

turlar.az

sonxeber.az maskalar geyim seçimi aksessuarlar prezervativ hicablı geyimlər ana və körpə uc baci dolmasi kosmetika ariqlamaq vətən novruza aid hakisdalar sevgi usaq seirleri