Trampdan Azərbaycana ŞOK QADAĞA: Bundan sonra...

ABŞ prezidenti Donald Trampın miqrantların, qaçqınların, habelə bir sıra ölkələrin vətəndaşlarının girişinə qadağa qoyulması barədə fərmanına müvafiq olaraq ölkənin hakimiyyət dairələriindiyədək verilmiş 100 min vizanı ləğv ediblər.

Ötən həftə imzalanmış fərmana müvafiq olaraq Suriyadan olan qaçqınların qeyri-müəyyən müddətə yerləşdirilməsi yasaqlanıb, habelə İraq, İran, Sudan, Yəmən, Liviya və Somalidən olan şəxslərə ABŞ-a giriş qadağan olunub.

Ləğv edilmiş vizaların dəqiq sayı dünən, Yəməndən olan Tariq və Əmmar Əziz qardaşlarının işi ilə bağlı məhkəmə prosesində bəlli olub.

Milli.Az The Washington Post-a istinadən bildirir ki, onlar ABŞ-ın paytaxtı Vaşinqtondan 42 kilometraralıda, Virciniya ştatında yerləşən Dalles şəhərinin hava limanında ötən həftənin şənbə günü saxlanmışdılar.

Ləğv edilmiş 100 min viza barədə məhkəmə prosesində Əziz qardaşlarının vəkilləri danışıblar. Tariq və Əmmar yanvarın 28-də ABŞ-a yollanıblar. Onların immiqrasiya vizaları olsa da, qardaşları Efiopiyaya uçan təyyarəyə oturdaraq ABŞ-dan deportasiya ediblər.

Az qala hamı Trampa qarşı

Donald Trampın fərmanı ABŞ-da qəzəblə qarşılanıb. Nyu-York, Massaçusets və Vaşinqton ştatlarının baş prokurorları bu miqrasiyafərmanına qarşı məhkəməyə təqdim olunmuş şikayət iddiasına qatılıblar.

Fərman ABŞ ilə yanaşı, dünyanın ən müxtəlif ölkələrində qəzəblə qarşılanıb.

Demokrat Partiyasından olan senatorlar fərmanı ləğv edəcək qanun layihəsini səsverməyə çıxarmağa hazırlaşırlar.

İlkin olaraq Donald Trampa qarşı iddia ilə ABŞ-ın ən nüfuzlu hüquq-müdafiə təşkilatlarınldan olan Amerika Vətəndaş Azadlıqlarının Müdafiəsi İttifaqı çıxış etmişdi. Daha sonra "Amazon" korporasiyasının banisi Ceff Bezos, habelə Google, Facebook, Microsoft və Expedia şirkətləri iddianı dəstəklədilər.

İş o yerə çatıb ki, ABŞ Dövlət Departamentinin təqribən 900 əməkdaşı Donald Trampın fərmanının sərt tənqid olunduğu daxili memorandumu imzalayıblar. Dövlət Departamentinin yetkilisinin dediyinə görə, memorandum ölkə rəhbərliyinə təqdim olunub.

Ağ Evin rəsmi yetkilisi Şon Spayser olayla bağlı deyib: "Sənəddən xəbərim var. Lakin əməkdaşların nəzərinə çatdırıram ki, onlar ya fərmanı dəstəkləməli, ya da vəzifələrini tərk etməlidirlər".

Bazar ertəsi Donald Tramp ölkənin baş prokuroru Salli Yeytsi işdən çıxarıb. SəbəbƏdliyyə Nazirliyinin əməkdaşlarının Trampın fərmanını dəstəkləməmələri barədə Yeytsin göstərişi idi.

İpsos beynəlxalq sosioloji mərkəzinin Reuters-lə birlikdə keçirdiyi sorğunun nəticələrinə görə, ABŞ vətəndaşlarının 41 faizi Donald Trampın immiqrasiya qaydalarının sərtləşdirilməsini nəzərdə tutan fərmanını dəstəkləmirlər.

Hakim: "Tramp qanunlara tabe olmalıdır, qanunlar ona yox"

ABŞ-ın Vaşinqton ştatındakı Sietl şəhərinin federal hakimi Ceyms Robart xüsusi qərar qəbul edərək D.Trampın fərmanının ölkə ərazisində qüvvəsini müvəqqəti dayandırıb.
Azərbaycan vətəndaşları ən azı yaxın 90 gün ərzində ABŞ-a yalnız biznes fəaliyyəti ilə bağlı dəvətdən sonra viza ilə gedə bilərlər.

"Qərarım ölkə hökumətinin fərmanını elə indi dayandırır", - Robart deyib.

Fevralın 3-də Miçiqan ştatının şərq dairəsinin hakimi Viktoriya Roberts də D.Trampın fərmanını dayandırıb.

Eyni qərarı Nyu-Yorkun şərq dairəsinin federal məhkəməsinin hakimi Enn Donelli də qəbul edib.

Bütün bunlarla bağlı olaraq ABŞ-ın Federal Sərhəd və Gömrük xidmətləri Donald Trampın fərmanına əsasən yasaq tətbiqolunmuş ölkələrin aviaşirkətlərinə ABŞ-a sərnişin daşımağa icazə veriblər. Beləcə, əvvəlki qaydalar bərpa olunub.

Ağ Ev isə təbii ki, Donald Trampın fərmanını qanuni və məntiqi sayır.\
Xatırladaq ki, bu fərmana əsasən, Misir, Səudiyyə Ərəbistanı, Birləşmiş Ərəb Əmirlikləri və Türkiyə ilə yanaşı, Azərbaycana da məhdudiyyət tətbiq olunub.

Azərbaycan vətəndaşları ən azı yaxın 90 gün ərzində ABŞ-a yalnız biznes fəaliyyəti ilə bağlı dəvətdən sonra viza ilə gedə bilərlər.
Trampdan Azərbaycana ŞOK QADAĞA: Bundan sonra...Trampdan Azərbaycana ŞOK QADAĞA: Bundan sonra...Trampdan Azərbaycana ŞOK QADAĞA: Bundan sonra...Trampdan Azərbaycana ŞOK QADAĞA: Bundan sonra...

Xəbərlər     Baxılıb: 9624   Tarix: 04 fevral 2017
f Paylaş

Oxşar xəbərlər

.

Soğan doğrayanda gözlərin sulanmasının qarşısını almaq üçün 3 SADƏ ÜSUL

Soğan doğramaq əksər hallarda göz yaşı ilə nəticələnir.   -a istinadən xəbər verir ki, soğan doğrayarkən gözlərin sulanmasının qarşısını almaq üçün onu dondurucuda 30 dəqiqə saxlamaq lazımdır. Soyuq temperatur fermentləri

.

Unutqanlığın əsas simptomları: Beynimiz qocalır?

Yəqin ki, çoxumuz "görəsən, nə edəcəkdim, "mətbəxə nə üçün gəlmişdim, "açarlarımı haraya qoymuşam?" kimi sualları tez-tez eşidir, hətta çox zaman özümüz də veririk. Bəzən hətta hansısa bir əşya əlimizd

.

Süni ət təbii ətdən daha sağlamdır?

Sinqapurlu alimlər bitki mənşəli ət əvəzedicilərinin insan sağlamlığına təsiri ilə bağlı araşdırmalardakı boşluğu doldurmaq üçün klinik sınaq keçiriblər. -a istinadən xəbər verir ki, onlar iki növ pəhrizin kardiometaboli

.

Kimlərə portağal yemək olmaz?

Portağal son dərəcə sağlam qidadır, lakin bəzi insanlar bu meyvəni yeməməlidir. -a istinadən xəbər verir ki, endokrinoloq Elena Syuraşkinanın fikrincə, mədə və bağırsaq xəstəlikləri olan şəxslər portağal istehlak etməməlidir

.

Qanın tünd rəngdə olması nəyin əlamətidir?

Qan rəngi bədəndəki oksigen miqdarını göstərir. bildirir ki, əgər qanın rəngi açıqdırsa tərkibindəki oksigenin miqdarının kifayət qədər olduğunu göstərir. Əgər qanın rəngi tünddürsə, bu qandakı oksigenin az olduğunu bildiri

.

Səhərlər idmanla məşğul olmağın orqanizmə TƏSİRİ

Sidney Universitetinin mütəxəssisləri yeni araşdırmada gözlənilməz nəticəyə gəliblər: səhər tezdən idmanla məşğul olmaq ürək-damar sisteminə mənfi təsir göstərir. -a istinadən xəbər verir ki, geniş araşdırma zamanı mütəxəssislə

.

Gecələr kivi yesək, orqanizmdə nə baş verər?

Kivinin faydaları haqqında hər kəs eşidib, lakin az adam bunun yatmazdan əvvəl qəlyanaltı üçün əla seçim olduğunu bilir.   -a istinadən bildirir ki, yatmamışdan əvvəl kivi yemək yuxusuzluğu aradan qaldırmağa kömək edir. Səhərlə

.

Hansı çay COVID-19-un qarşısını alır?

Corciya Universitetinin (ABŞ) alimləri müəyyən ediblər ki, süd və şəkərsiz çay tüpürcəkdə SARS-CoV-2-ni təsirsiz hala sala bilər ki, bu da virusun aşağı tənəffüs sisteminə daxil olmasına qismən mane olur. Bəşəriyyət üçü

.

Yazda xəstələnməmək üçün bu vitaminləri qəbul edin

Fəsil dəyişkənliyi səbəbindən insanlar daha çox yaz və payız fəslində viruslara yoluxur. Dəyişən hava və zəifləmiş bədən infeksiyalar və digər viruslar üçün münbit zəmindir. .   -a istinadən bildirir ki, bu zaman xəstələnməmə

turlar.az

sonxeber.az hamiləlik geyim və ayaqqabılar geyim şəkilləri firni hazirlanmasi valideynə məsləhət testlər dini qadin geyimleri kosmetika olumu birlik haqqinda statuslar vetene aid atalar sozleri hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz