Vaginal qaşıntının səbəbləri və müalicə üsulları...

Vaginal qaşıntının səbəbləri və müalicə üsulları...Qaşınma harada olmasından asılı olmayaraq, insanın rahatlığını pozur. Vaginal qaşıntı (uşaqlıq yolunda, böyük və kiçik dodaqlar, uşaqlıq yolu giriş, klitor) bütün qadınların qarşılaşdığı ortaq problemdir. Qaşıntı qadının yaşından asılı olmayaraq, hər dövrdə ola bilər. Səbəbləri isə yaşa görə dəyişir. Publika.az-ın sağlamlıq bölməsi bir çox qadını narahat edən bu problemin səbəbləri və həlli ilə bağlı məlumatları təqdim edir: Göbələk infeksiyası Vaginal qaşıntının əsas səbəbləri göbələk infeksiyasıdır. Uşaqlıq yolunda olan faydalı bakteriyalar, adətən, göbələyin qarşısını alır. Ancaq antibiotik qəbulu həmin faydalı bakteriyaların məhv olmasına səbəb olur ki, nəticədə də göbələk əmələ gəlir. Göbələk infeksiyasının həlli Uşaqlıq yolunda qaşınma göbələyin ilkin əlamətidir. Əgər bu əlamətlər hamiləlik dövründə baş veribsə, onda dərhal həkimə gedin. Ginekoloqlar bu kimi problemlərlə qarşılaşdığınız zaman "anti-fungal" kremlər tövsiyə edir. Ancaq unutmayın, göbələk şəkərdən qidalandığı üçün müalicə müddətində şəkərli qidalar yeməməyi təklif edirik. Dəri problemləri Ekzema kimi dəri problemləri də uşaqlıq yolunda qaşıntıya səbəb ola bilər. Dəri problemlərinin həlli Mütləq həkimə müraciət edin. Dermatoloqlar bu məsələdə sizə ən doğru yolu göstərəcəklər. Cinsi yolla yoluxan xəstəliklər Uşaqlıq yolunda rast gəlinən qaşınmanın səbəbi cinsi yolla yoluxan hər hansı bir xəstəlik də ola bilər. Ancaq bu xəstəliklər qaşıntıdan çox ağrıya səbəb olur. Bir neçə gündən çox davam edərsə, cinsi təmasdan çəkinin və həkimə gedin. Klimaks dövrü Esterogen hormonunun azalması ilə əlaqədar uşaqlıq yolu divarlarında nazikləşmə və quruma baş verir. Bu da həssaslığı artıraraq qaşıntıya səbəb ola bilər. Əmizdirmə dövrü Əmizdirmə dövründə də esterogen hormonlarının azalması ilə əlaqədar qaşıntı yaranar. Kimyəvi maddələr Kremlər, vaginal duşlar, yuyucu vasitələr, sabunlar, tualet kağızları, yumşaldıcılar da qaşıntıya səbəbi ola bilər. Vaginal qaşıntının digər səbəbləri: Sidik dəymiş alt paltarı nəmli qaldığı üçün qaşınma verər. Kiçik yaşlı qızlarda gigiyenik təmizliyə əməl olunmaması da infeksiya və qaşıntının səbəbidir. Vaginal qaşıntının müalicəsi Müalicə səbəbə görə təyin olunur. Bəzən təkrarlanan və uzunmüddətli müalicə lazım gəlir. Qaşıntını aradan qaldırmaq üçün yuxarıda da qeyd etdiyimiz kimi "antifungal" dərmanlar işlədilir. İnfeksiya varsa, ona uyğun antibiotik, müəyyən dəri xəstəlikləri üçün steroid tərkibli kremlər, klimaksla bağlı qaşıntı üçün isə esterogen tərkibli kremlər istifadə edilir. Vaginal qaşıntını aradan qaldırmaq üçün digər tədbirlər - 100 faiz pambıq alt paltarı geyinin. - Alt paltarınızı hər gün dəyişin. - Dar və sintetik paltarlar geyinməyin. - Yaş çimərlik geyimi ilə oturmayın. - Uşaqlıq yolunu hər gün yuyun. - Uşaqlıq yolunu yuyarkən ehtiyatlı davranın, kisə və sabun vurmayın. - Sabun, dezodorant və ya ətir istifadə etməyin. - Gündəlik bezi 3-4 saatdan çox istifadə etməyin. - Cinsi əlaqə ilə keçən xəstəliklərdən qorunmaq üçün kondom istifadə edin. - Vaginal dodaqlar ətrafında olan tükləri ülgüclə təraş etməyin. Mənbə:publika.az

Sağlamlıq     Baxılıb: 15279   Tarix: 25 oktyabr 2016
f Paylaş


xidmetler

Oxşar xəbərlər

.

Cinsi həyatınızı yüksəltmək üçün sirli hiylələr

Hər bir adam seks yaşamağı və bu zaman alınacaq ləzzəti sevir. Ona görə də, bu mövzular daima maraqla oxunur, tətbiq etmək üçün istifadə edilir. Həyəcanın dozasını yüksəltmək, zövq dünyasında uçmaq, hər hüceyrəsi ilə zövq

.

Güc və enerjini artıran qidalar hansılardır?

"Bədəndə güc və enerjini bərpa etmək üçün rasiona müəyyən qidaları daxil etmək lazımdır. Bu qidalara ispanaq, avokado və çia toxumları daxildir". Bu barədə rusiyalı diyetoloqlar danışıblar. İspanaq immunitet sistemin

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Dırnaq boyası xanımlarda hansı xəstəliyi yaradır?

Hər bir qadın əllərinin gözəl və səliqəli görünməsini arzu edir. Dırnaqlar isə boyanmış olduqda təbii ki, çox gözəl görsənir. Məhz bu səbəbdən, müasir dövrdə bir çox xanımların istifadə etdiyi dırnaq boyalarının müxtəli

.

DİQQƏT: Hansı meyvənin tumu botoks effekti verir?

Dəri və saç problemlərini aradan qaldırmaq üçün çoxlu müxtəlif kosmetik məhsullardan istifadə olunur. Ancaq ekspertlər avokadonun tumunun təbii faydalarının onlardan daha təsirli ola biləcəyini bildirirlər. xəbər verir ki

.

Dəri niyə qaşınır? 15 ƏN YAYILMIŞ SƏBƏB

Dərinin qaşınması bir çox xəstəliklərin və pozulmaların əlaməti ola bilər. Bəzən bu simptom çox ciddi xəstəliyin ilk simptomu kimi meydana çıxır. Bu səbəbdən əgər sizi "səbəbsiz" qaşınma narahat edirsə, mütləq həkim

.

Vaginizm nədir və kişilərdə ilk gecə qorxusu - ARAŞDIRMA

Cəmiyyətimizdə "ilk gecə" adlanan ilk vaginal əlaqə hər bir cütlük üçün çox vacibdir. Qızlıq pərdəsi ilə bağlı mənalar və ilk gecə ilə bağlı yanlış təsəvvürlər bir çox narahatlıqlara səbəb olduğu üçün ümumiyyətl

.

Səhər günəşinin depressiyada olan qadınlara faydası

Habertürk saytının məlumatına görə, Ankara Universitesi Tibb Fakültəsi Psixi Sağlamlıq və Xəstəlikləri Fundamental Elm sahəsi üzrə tədris üzvü, prof. dr. Oğuz Erkan Berksun mövsümi keçid dövrlərində biloji saatın pozulmas

.

Müalicəvi masajdan sonra nələrə diqqət edilməlidir?

Müalicəvi masajdan sonra bədənin reaksiyasını izləmək vacibdir. Əzələlər üzərində işlənildiyi üçün yüngül həssaslıq, dartılma və yorğunluq hiss edilə bilər. masaj edilən nahiyəni həddindən artıq yükləməmək və yaranan ağrını

turlar.az

yaz geyimleri 2026 geyim şəkilləri sade makiyaj sekilleri sellulit dondurmalar çanta ayaqqabı cinsi yaxinliq kosmetika aybawi həsən bəy zərdabi xlor lekesi vetene aid bayati baldiza aid hakisda