Valideyn xeyir-duası ilə evlənmək və ya...

Valideyn xeyir-duası ilə evlənmək və ya...Gənc Sevinc Vəliyeva məsələyə belə münasibət bildirdi: "Əvvəlki zamanlarda ailəyə müdaxilə olurdu, müasir dövrdə isə gənclərin həyata baxış tərzi tamamilə fərqlidir. Məncə, ailə qurmazdan əvvəl gənclər bir-birini daha yaxından tanımalıdırlar".

Aysel Rəhimovanın fikri: "Atamın sözündən çıxa bilmədiyimdən məcburən ərə getdim. Ailəm üç ildən sonra dağıldı. Xanımlara məsləhətim odur ki, seçim edəndə bilməlidirlər ki, bu, həyatda atdıqları ən vacib addımdır. O addımda onlar çox ehtiyatlı olmalıdırlar, min ölçüb, bir biçməlidirlər".

Yaşlı nəslin nümayəndəsi Səkinə nənə fikirləşir ki, ailə valideynin xeyir-duası ilə qurulmalıdır. "Müxtəlif ailələrdə tərbiyə görən gənclərimiz var ki, onların bəzilərinə güvənmək olur, bəziləri isə ailədə gördüyü tərbiyəyə əsaslanaraq onlar özlərinə qarşı olan etibarı itirirlər. Gənclərimiz ailə həyatı qurduqda daha ehtiyatlı olmalı və bunun onların həyatında çox önəmli olduğunu bilməlidirlər. Ailənin təməlinin daha möhkəm olması üçün qarşılıqlı hörmət və yüksək mədəniyyət olmalıdır".

Milli Məclis üzvü Gövhər Baxşəliyeva bu məsələdə valideynin məsləhətinin önəmli olduğunu söylədi: "Ailə quran gənclər, ilk növbədə, öz valideynlərinin xeyir-duasını almalıdırlar. Təzyiq altında qurulan ailələrin axırı olmur. Ailə-məişət münasibətlərində, ümumiyyətlə, millətin inkişafı məsələsində, bir sözlə cəmiyyətdə olan problemlərin həlli məsələsində millətin mədəniyyət səviyyəsi yüksəlməlidir. Ailə-nikah məsələsində mədəni səviyyə yüksək olmalıdır. Gənclərimizə yaxşı olardı ki, bu istiqamətdə məktəblərdə dərslər keçirilsin. Bununla gənclərimiz biləcəklər ki, ailədə münasibətlər necə olur.

Hüseyn Cavidin məşhur olan bir sözünü xatırlatmaq istəyirəm: "Turana qılıncdan daha kəskin, ulu qüvvət, yalnız mədəniyyət, mədəniyyət, mədəniyyət". Ailə yüksək mədəniyyət əsasında qurulmalıdır və valideynlər qətiyyən gənclərin ailə həyatına müdaxilə etməməlidirlər".

Ailə və Uşaq     Baxılıb: 3756   Tarix: 14 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

8 aylıq uşağın inkişafı

8 aylıq körpənin inkişafı çox sürətlə gedir. Balaca öyrəndiyi hərəkətləri tam mənimsəyir, əllərini yaxşı idarə edə bilir. Bu yaşda körpə, böyükləri fəal yamsılayır və sadə hərəkətləri asanlıqla öyrənir. 8 aylıq körpənin xüsusiyyətlərin

.

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin

Ehtiraslı öpüşmək üçün bunlara mütləq əməl edin. Yaxşı öpüşməyin yollarını öyrənmək üçün müxtəlif cinsəllik saytlarında araşdırmalar apardıq. Bu barədə yazılmış mətnləri oxuduq. Gəldiyimiz nəticələri ümumiləşdirib daha ehtirasl

.

Ana südünü artıran 7 qida

Ana südünün körpə üçün nə qədər əhəmiyyətli olması hər kəsə bəllidir. Bəs, ana südünü və onun keyfiyyətini artırmaq üçün hansı qidalardan istifadə etmək lazımdır?. Axşam.az ana südünü artıran 7 qidanı təqdim edir:. 1. Yumurt

.

Körpələrdəki bişməcə nədən yaranır, qarşısını necə alaq? - HƏKİM MƏSLƏHƏTİ

"Bişməcə (diaper dermatit) yeni doğulmuş uşaqlarda (ilk 2 il) tez tez rast gəlinir. Alt bezin olduğu nahiyələrdə, genital orqanlar hissələrində rast gəlinir". Bu barədə pediatr Gülnar Abdullayeva -a açıqlamasınd

.

Böyrəklərdən qaraciyərə... Vitamin artıqlığı ciddi zərər verə bilər

"Vitamin çatışmazlığı qədər vitamin artıqlığı da orqanizmə ciddi zərərələr vura bilər". Bunu uşaq sağlamlığı və xəstəlikləri mütəxəssisi Dr. İhsan Şehla məlumat verib. "Həkim göstərişi olmadan, orqanizmə lazımsı

.

Uşaqlarla istirahətə gedərkən bunları nəzərə almaq lazımdır

Yay aylarında bir çox valideynlər övladlarını istirahət düşərgələrinə göndərirlər. Belə səfər həm uşağın inkişafında mühüm mərhələ ola bilər, həm də ciddi psixoloji sarsıntılara səbəb ola bilər. Bu fikri müsahibəsində uşa

.

Övladlarınızı ANA SÜDÜndən məhrum etməyin

Körpələrin təbiətin onlara bəxş etdiyi ən qiymətli qida olan ana südü ilə qidalandırılmasının çox önəmli olduğu sübut edilmişdir. Ana südünün əsas xüsusiyyətlərindən biri uşağın yaşından və vəziyyətindən asılı olaraq dəyişilməsidir:

.

Azərbaycan toylarında yengə nə üçün lazımdır?

Azərbaycanda toy mərasimləri həmişə özünəməxsus adət-ənənələrilə diqqət çəkib. Bizim toyların bir özünəməxsus tərəfi də yengəlikdir. Əvvəllər yengəliyə xüsusi diqqət yetirilir, onu toyun bir atributu kimi qiymətləndirirdilər

.

Əkiz uşaq doğmaq üçün MÜTLƏQ OXUYUN

1. Oxucu sualı: Salam həkim. Bu yaxınlarda toyum olacaq. Həm ailə quracağım kəs, həm də mən ekiz uşaqlarımızın olmasını istəyirik. Bunun üçün nə isə məsləhətiniz varmı? Ümumiyyətlə, ekiz uşaqların doğulması nədən aslıdır?

turlar.az

toy makiyajlari sac duzumleri geyim şəkilləri yalan danismaq haqqinda atalar sözləri geyim seçimi salatların bəzədilməsi şirniyyat və tortlar kosmetika salatlar veten haqqinda bayatilar xalqlar dostluğu metrosunun üstündə çox təcili mənzil satılır atalar sozu sağlamlığın sirleri