Valideynlərə...

Valideynlərə...Valideynlərə...

•Uşaqlarınızın yerinə yetirməsini istədikləriniz sizin də etmək istədiklərinizdir.

•Hörmət edilməyən uşaqdan hörmət, sevgi göstərilməyən uşaqdan da sevgi gözləməyin.

•Uşaqlarda marağı, fərdiliyə yönəlik fəaliyyətlərin qarşısını almayın. Çünki maraq elmin, fərdilik isə bilikli olmağın göstəricisidir.

•Uşaqlara həm bir şey öyrətməyə, həm də onlardan bir şeylər öyrənməyə çalışın.

•Onlarla münasibətdə əsəbləşməkdən əvvəl yaxşı düşünün. Əsla onları döyməyə çalışmayın.

•Uşaqları yeməyə məcbur etməyin, bu aclığın vəzifəsidir.
Qayda qoyduğunuz zaman bunların səbəblərini də uşaqlara açıqlayın, çünki bu onların haqqıdır. Uşaqlarınızın dostlarını öz dostlarınız kimi qarşılayın.

•Uşaqlarınızı sevdiyinizi göstərmək üçün onları gözlənilməz hədiyyələrlə sevindirin. Əgər uşağınız fikirlərindən və ya sirlərindən birini sizinlə bölüşmək istəyirsə, onun sizə olan etibarını nəzərə alın və ona qulaq asın.

•Əgər səhvinizi uşağınıza etiraf edə bilmirsinizsə, onda bir qədər sonra etibarınızı itirə bilərsiniz.

•Uşaqlarınıza verdiyiniz sözləri mütləq yerinə yetirin.

•Sual verdiyiniz zaman cavabını gözləyin, çalışın danışan uşağınız fikrini tamamlasın.

•Uşağınızla oynamaq həm onun üçün, həm də sizin üçün əhəmiyyətlidir. Əgər uşağınızın dişlərini fırçalamasını istəyirsinizsə, siz də fırçalamalısınız.

•Uşaqlarınızın danışıqlarını lağa qoymayın. Uşaqlarınızı digər uşaqlarla və yetkin insanlarla yaxın olmaqdan çəkindirməyin.

•Uşaqların nənə və babaları ilə birlikdə olmasına şərait yaradın.

•Uşaqlarınızla onların gözlərinə baxaraq danışın.

•Uşaqlarınızı nəzarətsiz buraxmayın. (Valideyn olmağın ən çətin tərəflərindən biri də elə budur)

•Uşaqların bəzi şıltaq hərəkətlərini təbii qarşılayıb, bu zaman soyuqqanlı olun.

•Hər gecə uşağınızı yatırmağa apardığınız zaman onları öpüb xoş sözlər deyin.

•Uşağınızın bir işdə iştirak etməsini istəyirsinizsə, ondan yardım etməsini xahiş edin.

•Uşağınızın sizə qarşı olan nifrəti onun sizə olan etibarının göstəricisidir.

•İşlətdiyiniz kobud ifadələr uşağınızın gələcəkdə kobud olmasına gətirib çıxaracaq.

•Əgər uşaqlarınız evdə nələrisə dağıdırlarsa, buna mane olmayın, lakin sonda onları toplamalarını öyrədin. Günəşin batmasını, göy qurşağını və digər təbiət hadisələrini birlikdə izləyin.

•Əgər həyat yoldaşınızla mübahisə edirsinizsə, uşağınız soruşduqda bunu təkzib etməyin, lakin bu məsələnin həll oldunduğunu bildirin.

•Yersiz şəkildə uşağınızı tərifləməyin, bu zaman həqiqi təriflərin dəyəri olmaz.

•Uşağınız istəməsə də siz ona yüksək səslə kitab oxuyun.


Ailə və Uşaq     Baxılıb: 1571   Tarix: 14 oktyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Keysəriyyə əməliyyatı keçirmiş qadınlarda ANA SÜDÜ PROBLEMİ

"Təbii doğumla uşaq dünyaya gətirən ananın südü dərhal gəlir və o doğumdan sonra qısa müddətdə körpəsini ana südü ilə qidalandıra bilər. Amma keysəriyyə əməliyyatı ilə uşaq dünyaya gətirən qadınlardqa süd dərhal gəlmi

.

Hamiləliyin ilk 3 ayı bunu etməlisiniz - FOL TURŞUSU NİYƏ VACİBDİR?

Hamiləlikdə fol turşusu qəbul edilməsə, dünyaya gələcək körpənin sağlamlıq problemləri ola bilər. Türkiyəli ginekoloq Nazlı Salihoğlu bildirib ki, bütün hamilə qadınlara fol turşusu istifadə etmək birmənalı olaraq tövsiy

.

Körpəlikdən formalaşan bu duyğu bütün həyat boyu özünü göstərir - ANALAR DİQQƏTLİ OLSUN

Güvən insanın həyatının müxtəlif dövrlərində yaranan və inkişaf edən hissdir. Bu hissin kökləri insanın həyatında erkən başlayan və sonrakı həyat təcrübələri ilə formalaşan müxtəlif amillərdən qaynaqlanır. Körpəlik dövr

.

Bu səbəbdən hər il 65 min uşaq 5 yaşına çatmamış ölür

30 yaşlarında siqaretdən imtina edənlərin ömrü təxminən 10 il uzanır. Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatlarına görə, dünyada 1,3 milyard tütün məhsulu istifadəçisinin 80 faizindən çoxu aşağı və orta gəlirli ölkələrd

.

Ata-uşaq münasibəti: Özgüvəni artırır, şəxsiyyəti formalaşdırır

Uşağın inkişafında analarla yanaşı ataların da rolu böyükdür. Bununla əlaqədar psixiatriya mütəxəssisi Dos. Dr. Serhat Tunç məlumat verib. Güclü ata-övlad ünsiyyəti olan uşaqların müsbət şəxsiyyət xüsusiyyətlərini inkişa

.

Uşaqlarda sidikqaçırmanın qarşısını almaq üçün AKKUPUNKTUR üsulu

Uşaqlarda enurez ( gecə sidik qaçırması) problemi . Bioloji aktiv nöqtələrin insan bədənində sayı 100-dən çoxdur. Lakin müalicə məqsədilə əsasən 600-700 nöqtə istifadə edilir. Bu nöqtələr qeyd edildiyi kimi müxtəlif üzvlərd

.

Hamiləlikdə hipotiroidizm - Zob xəstəliyi sayılır?

Sağlam olan qalxanabənzər (tiroid) vəzi hamiləlik dövründə tiroid hormonlarının istehsalını artıra bilər, lakin qalxanvari vəziniz zəif çalışırsa (bu, hipotiroidizm kimi tanınır), o bunu edə bilməyəcək. Hamiləlikdə hipotiroidiz

.

Ana bətnində DAUN SİNDROMU necə müəyyən edilir? - DETALLAR

Ana bətnində Daun sindromlu körpə hərəkətləri, sözügedən sindromun anlaşılması üçün son dərəcə əhəmiyyətlidir. Əgər ana bətnində daun sindromlu körpənin əlamətlərinin nə olduğu ilə maraqlanırsınızsa, məqaləmizi oxumağınız

.

Hamiləlik zamanı krampların qarşısını necə almalı?

Hamiləlik dövründə bəzi fizioloji və psixoloji təsirlər baş verir. Bu təsirlərdən biri Hamiləlik Kramplarıdır. Xüsusilə hamiləliyin ikinci trimestrində (təxminən 20 həftədən sonra) başlayan və bəzi hallarda çox ağrılı ol

turlar.az

sonxeber.az toy makiyaji sekilleri geyim şəkilləri makiyaj instagram sonsuzluq elza seyidcahan yemək resepti toxuma və əl işləri kosmetika kökəlmək üçün qadin.az novruz bayramına aid hakışta hakistalar novruza aid hakışda