"Xalq ayağını yorğanına görə uzatsın, hökumətdən heç nə gözləməsin" - Deputat

"Xalq ayağını yorğanına görə uzatsın, hökumətdən heç nə gözləməsin" - DeputatSon günlər bəzi mətbuat orqanlarında, həmçinin sosial şəbəkələrdə Milli Məclisin vitse-spikeri Bahar Muradovaya qarşı etirazlar ifadə olunur.

Qadinsayti.az musavat.com-a istinadən xəbər verir ki, xanım vitse-spikerin 2017-ci ilin büdcə layihəsinin müzakirəsi zamanı "xalq ayağını yorğanına görə uzatsın və hökumətdən olan gözləntilərini sonraya saxlasın" dediyini iddia edən bəzi şəxslər buna görə onu tənqid edirlər.

Vitse-spiker sayta açıqlamasında bildirib ki, müzakirələrə səbəb olan fikirlər qəti şəkildə ona aid deyil:

"Birmənalı şəkildə deyirəm ki, o sitatlar nə dekabrın 2-dəki büdcə müzakirələri zamanındakı çıxışımda, nə ondan əvvəlki, nə də ondan sonrakı dövrlərdə dilimdən səslənməyib. Bunlar kimlərinsə təxəyyülünün məhsuludur. Mən başqalarının "təxəyyülünün" bu cür məhsuluna cavabdehlik etmək niyyətində deyiləm. Mənim konkret olaraq büdcə müzakirələrindəki çıxışımın videoyazısı sosial şəbəkədə, həm də Youtube-də var. Maraqlananlar ona baxıb orada fikrimi necə ifadə etdiyimlə tanış ola bilərlər.

Ümumiyyətlə, kimliyindən asılı olmayaraq, kimsə cəmiyyətə yönəlik fikir səsləndirirsə, o bunu müvafiq hüquq normaları çərçivədə işlətməyə çalışmalı, öz mövqeyini də ona uyğun şəkildə bildirməlidir. Hətta bu və ya digər açıqlamalara şərhlər, münasibətlər bildirilirsə, o da ən azı etik çərçivədə və mənəvi dəyərlərə uyğun gəlməlidir. Biz cəmiyyətdə yaşayırıq və burdakı münasibətlər də müəyyən kriteriyalar, müəyyən çərçivələr daxilində qurulur".

Əlavə fikir söyləməyə lüzum görməyən B.Muradova Milli Məclisdəki son müzakirələr zamanı etdiyi çıxışların linkini də təqdim edib.

Maraqlı     Baxılıb: 10137   Tarix: 06 dekabr 2016
f Paylaş


Kurslar.az kurslar

Oxşar xəbərlər

.

İkinci dəfə 300 bal toplayan şagird uğurunun sirrini açıqladı

Tam (11 illik) orta təhsil səviyyəsi üzrə keçirilən buraxılış imtahanında maksimum nəticə göstərən abituriyentlərdən biri də Abşeron rayonu Ceyranbatan qəsəbəsi 1 saylı orta məktəbin məzunu Aydın Çingiz oğlu Həsənlidir. O

.

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək - FOTO

Elm adamları siçanlara maşın sürməyi öyrədəcək. xarici mətbuata istinadən xəbər verir ki, Riçmond Universitetinin nevroloqu Kelli Lambert "The Conversation" jurnalına yazdığı essedə siçovullara maşın sürməyi öyrətdiy

.

Alimlər nəhayət, 100 illik elmi sirri həll etdilər

Alimlər ilk dəfə nadir metal palladiumdan istifadə edərək atom səviyyəsində suyun yaradılmasının unikal prosesinin şahidi olublar. İlk dəfə olaraq hidrogen və oksigen atomlarının nanoölçülü kiçik su qabarcıqları əmələ gətirmə

.

Alimlər mat qaldı: bəzi heyvanlar hər gün spirt içir

Bəzi heyvanlar alimlərin düşündüyündən daha tez-tez spirt qəbul edirlər. -a istinadən xəbər verir ki, meyvə və nektar yeyən əksər canlıların pəhrizində etanol olduğu üzə çıxıb. Exeter Universitetinin britaniyalı alimlər

.

Beş bacı-qardaşın hamısı professordur, ataları akademik

Nizami Tibb Mərkəzinin direktor müavini, doğum evinin rəhbəri təyin olunan professor Fərəh Qaraqurbanlı tanınmış ailənin nümayəndəsidir. "Yeni Sabah"a istinadən xəbər verir ki, o, akademik Afad Qurbanovun qızıdır

.

Bakıda tanınmış professor KLİNİKİ ÖLÜM keçirdi - FOTO

Bakı Dövlət Universitetinin professoru Hikmət Əlizadənin sağlamlığında ciddi problem yaranıb. -a istinadən xəbər verir ki, 70 yaşlı professor dünən iş yerində ürəyində narahatlıq hiss etdikdən sonra təcili tibbi yardıma müraciə

.

Azərbaycanlı alim vəfat etdi

Tanınmış azərbaycanlı alim, texnika elmləri doktoru, professor, AMEA-nın müxbir üzvü Surxay Əkbərov 72 yaşında vəfat edib. xəbər verir ki, bu barədə "Qafqazinfo"ya professor Abdullar Avey məlumat verib. . O bildiri

.

İnsan hüceyrəsinin daxilinin ən detallı görüntüləri - İlk dəfə - (Foto)

İnsan hüceyrəsinin mürəkkəb quruluşunu əks etdirən görüntülər maraq doğurub. xəbər verir ki, alimlər hüceyrənin daxili aləmini indiyədək əldə olunan ən detallı təsvirlərdən biri vasitəsilə nümayiş etdiriblər. Bu mövzuda elm

.

Azərbaycan elminə ağır itki - FOTO

Azərbaycanda baş müəllim vəfat edib. -a istinadən xəbər verir ki, Azərbaycan Texnologiya Universitetinin (ATU) Mexanika və nəqliyyat texnologiyaları kafedrasının baş müəllimi Natiq Vəliyev dünyasını dəyişib. Qeyd edək ki

turlar.az

donlar 2026 gözəllik məhsulları sade makiyaj sekilleri dostluq haqqında atalar sözləri parket döşəmələr baliq qulagi yeni dogulmus korpeye lazim olan esyalar kosmetika sevda englishdilində qulaq toy gecesi novruz olumu