Xoşbəxtliyə toxun, qadın...

Xoşbəxtliyə toxun, qadın...Ayrılan qadınların və itirilən sevgilərin xatirəsinə...
Təksən hələ... Sevgiyə aparan yolların heç biri kəsişməyib. Xoşbəxtlik adlı cığırı isə heç tapa bilməmisən. Gör ayrılığından neçə il keçib... Uğursuzluq həlqəsində dövr etdiyini zənn edirsən artıq. Dayan, qadın! Bu, uğursuzluq həlqəsi deyil, cəmiyyətin sənə yazdığı "taledir" bəlkə? Qorxma amma, ayrılan qadınların enişi dərin olur...
***
Hər ayrılıq bir nisgil gətirib sənə, bilirəm. Qismətindən gileylənmə amma. Bəlkə Tanrının fikirli vaxtına düşmüsən, taleyini yaza bilməyib sənin. Ürəyini götür əlinə, qorxma və öz taleyini yazmağa çalış... Xəyalların dalınca çox qaçma ancaq, imkan ver, onlar yaxınlaşsın sənə...
***
Çox fikrə dalıb möcüzəyə bənzər xəyallar da qurma, qadın. Özünü balaca qızcığaz, hər xəyalını da cizgi filmi zənn edərsən bəlkə. Özünə gəl, sən gözəl şahzadəykən Fionaya dönə bilərsən, ancaq Şrek gedər, gəlməz. Sən kiçik bir ümidlə qurbağanı dəfələrlə öpərsən, amma o, şahzadə olmaz, dəyişməz. Yatmış gözəl olarsan, səni öpüb yuxudan ayıldan dünyanın ən alçaq adamı olar. Və sən ayrılarsan, ayılarsan... Ümidini sındırar hər gələn... Amma həyat bitməyib. Bilirsənmi, kainat bir-birini tapa bilməyən tənha adamlarla doludur? Öz yarını axtar...
***
Təzada bax, sevdiyin addımbaşı sənin ürəyini qırarkən səsini eşitməyə həsrət ətrafında neçə-neçə adam var. Sən kiminsə sönmüş telefonuna zəng edərsən, ümidin bitməyib, amma bircə zəngini arzulayan yüzlərlə insan var, inan buna. Ürəyində olan bəlkə sosial şəbəkədə də blok etmiş səni, amma sənə uzaqdan baxmağı seçən onlarla dostun və dostun olmayan insanlar var. Biri səni anasının bir salamına layiq görmədiyi halda, anasına səndən danışan neçə-neçə yadın var ətrafında. Biri sənin gülüşünü sındırarkən şəkillərdəki gülüşlərinlə kifayətlənən yüzlərlə yadın var, qadın, unutma bunu. Ətrafına boylan, qadın, qorxma boylanmaqdan...
***
Qərarlı ol, ürəkli ol. Ürəyini başqasında qoyub getmə. Gedənlər də səndən ürəyini qopara bilməsin, izin vermə buna. Qorxma ətrafından, qorxma insanlardan, hamısı yaxşı deyil, bilirəm. Həyat irəliyə baxmaqdır, keçmişi sorğulamaq deyil... Sənə xoşbəxtlik arzulayanları yox, səni xoşbəxt etmək istəyənləri seçməlisən, unutma... Ruhu olmayanlara vaxt ayırmağa dəyməz, ruhu olmayanlar ruhunu incidər... və göz yaşların yuyub aparar sevgiləri. Ona görə bu qədər sevgisizdir dünya. Ağlamadan da unutmaq olar amma. Göz yaşına, gözəl gözlərinə heyfin gəlsin, qadın. Dünya da yazıqdır, onu da sevgisiz qoyma... Ola bilər, sonda sən pəncərəyə söykənib ağlayarkən, sevdiyin anasına qısılıb susacaq. Buna görə ağlama qadın, səni incidən göz yaşlarına da dəyməz, üzülmə...
***
Zamana buraxma olacaqları, zaman dəyişdirir çox şeyi: varlığı sevinc gətirənlər sonralar hüzn də gətirə bilir... Hissləri dəyişdirənlər utansın, qadın. Sən utanma: nə sevgindən, nə hisslərindən. Ayrılıq qərarından da utanma heç zaman, unut getsin. Həyat bəzən unutmaqdır... Heç bir inciklik, iztirab həyatın sonu deyil, inan buna. Qürurlu ol, sevgidə qürur yersizsə, qarşındakı nə deyir bəs? Qoy səni cəmiyyətə təqdim etməyə qorxanlar utansın, sənə sahib çıxmağa çalışmayanlar, cəsarəti çatmayanlar utansın, qadın, sən qorxma... Cəsarətli ol, qarşındakı qorxaqdırsa, sənin cəsarətinin əhəmiyyəti qalmır, bilirəm. Amma xoşbəxtlikdən qorxma, axtar, qadın. O, sənin ətrafında, yaxınında, əl atınca tutacağın yerdədir əlbət. Toxun ona, xoşbəxtliyə toxun, qadın...
ROYA RƏFİYEVA

Maraqlı     Baxılıb: 4030   Tarix: 19 aprel 2016
f Paylaş

Oxşar xəbərlər

.

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizi

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

Direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi başlayır

Bu gün şagird sayı 500-dən çox olan ümumi təhsil müəssisələrinə direktorların işə qəbulu üzrə müsabiqənin esse mərhələsi keçiriləcək. report-a istinadən xəbər verir ki, esse mərhələsi barədə məlumat namizədlərin şəxsi səhifələrin

.

ADA Universiteti üçillik ali təhsil modelinin tətbiqi üzərində işləyir - Rektor

ADA Universiteti fəaliyyətdə olduğu 17 il ərzində keyfiyyətli müəllimlərin axtarışını və yetişdirilməsini qarşısına prioritet məqsəd kimi qoyub.  Trend-ə istinadən xəbər verir ki, bunu ADA Universitetinin rektoru, səfir Hafi

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

Məktəblərdə payız tətili yekunlaşdı

Ümumi təhsil müəssisələrində beşgünlük payız tətili yekunlaşıb. Bu barədə  -a Elm və Təhsil Nazirliyindən məlumat verilib. Payız tətili ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarına da şamil olunub. Xatırladaq ki

.

Azərbaycanın "Şöhrət" ordenli alimi vəfat edib - FOTO

Azərbaycanın tanınmış alimi, Bakı Dövlət Universitetinin (BDU) Tətbiqi riyaziyyat və kibernetika fakültəsinin dosenti Ramin Mahmudzadə vəfat edib. R.Mahmudzadə dünən 87 yaşında dünyasını dəyişib. Qeyd edək ki, onun Azərbaycand

.

Bu gün Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək

Bu gün Bakı Konqres Mərkəzində Ulu Öndər Heydər Əliyevin 100 illik yubileyinə həsr edilən Azərbaycan müəllimlərinin XVI Qurultayı keçiriləcək. report-a istinadən xəbər verir ki, tədbirdə elm və təhsil naziri Emin Əmrullayev

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

turlar.az

sonxeber.az kosmetik vasiteler toy makiyaji sekilleri geyim və ayaqqabılar cizgi filmi dirnaq ucun maskalar bilik haqqinda atalar sozleri mətbəx qaydaları kosmetika novruz hakistalari novruza aid hakistalar novruz hakisdalari kondom gulmeli hakista