25 il yuxu, 5 il yeyib-içmək, 5 ay intim münasibət – ömrümüz nəyə sərf olunur?

25 il yuxu, 5 il yeyib-içmək, 5 ay intim münasibət – ömrümüz nəyə sərf olunur?Dünyanın əksər ölkələrində hər ilin sonunda statistika qurumları il ərzində doğulanlar, vəfat edənlər, nikaha girənlər və nikahını rəsmi pozanlar, əhalinin gəlir və xərcləri və digər bu kimi rəqəmləri açıqlayır. Bu rəqəmlərin hamısının arxasında insan faktoru dayanır.
Milli.Az musavat.com-a istinadən xəbər verir ki, maraqlıdır, bəs insan özü bu doğumlar və ölümlər arasında vaxtını nəyə sərf edir?
Yaşanan illərin nələrə sərf olunduğuna nəzər yetirsək, belə qənaətə gələrik ki, dünyanın demək olar ki, bütün insanları öz ömürlərini təxminən eyni məşğuliyyətlərə, eyni işlərə, eyni vərdişlərə sərf edirlər.  
Faktlara nəzər yetirək, orta hesabla 70 il yaşayan insan ömrünü nələrə, hansı işlərə xərcləyir?
Əgər insan sutka ərzində 8 saat yatırsa, bu o deməkdir ki, o, ayın 240 saatını, ilin 2880 saatını, yəni 120 gün, bütövlükdə ömrünün 25 ilini yatmağa sərf edir. Hələ onu nəzərə almırıq ki, bir çox insanlar 8 saatdan artıq, 10-12 saat yatırlar.
Müasir insan oyaq vaxtı, yəni yuxudan kənar 16 saatın təxminən yarısını telefon danışığına, televizora baxmağa, kompüter qarşısında əyləşməyə sərf edir. Bu vaxt sərfiyatı isə ömrümüzün təxminən 20 ilini əlimizdən alır. Bu rəqəm bəzi insanlarda daha böyükdür. Çünki elə insanlar var ki, onlar sutkanın yarısından çoxunu monitor qarşısında əyləşirlər.
Orta hesabla insanın ömrünün 4-5 ili qidalanmaya, yeməyə və içməyə gedir. Bu rəqəm fərqli də ola bilər. Çünki elələri var ki, vaxtını çox böyük səxavətlə restoran və kafelərdə yeyib-içməyə, çayxanalarda çay içməyə sərf edir.
Ömrün 2-3 ilini insan şəxsi gigiyenasına və sağlamlığına sərf edir. Bu vaxta həkim müayinəsinə getmək, apteklərdən dərman almaq, diş fırçalamaq, vanna qəbul etmək, xəstəxanada müalicə almaq, sanatoriya və pansionatlarda istirahət etmək daxildir.
Böyük şəhərlərdə yaşayan avtomobil sahibləri öz ömürlərinin 2 ilə yaxın bir vaxtını özlərindən asılı olmayaraq tıxaclarda dayanmağa sərf edirlər. Svetoforlarda yaşıl işığı gözləməyə isə sürücülərin ümumilikdə 20-30 günü gedir.
Şəxsi, yaxud xidməti avtomobili olmayanlar ömürlərinin təxminən 1 ayını ictimai nəqliyyatı gözləməyə sərf edirlər. Əgər gözlədikləri nəqliyyat vasitəsi vaxtlı-vaxtında gəlirsə.
Alış-veriş etmək də ömrümüzdən az kəsmir. Dükan-bazarda kişilər ömrünün 2 ilini, xanımlar isə 3 ilini keçirirlər. Bu rəqəm şopinq azarkeşlərinə, xüsusilə kaprizli xanımlara aid deyil.
Siqaret çəkənlər vaxt baxımından öz ömürlərinə ikiqat zərbə vururlar. Bu xoşagəlməz vərdişlə onlar həm ömürlərini qısaldır, həm də buna görə 160 gün vaxt sərf edirlər.
Xanımlar gözəl görünməkləri naminə vaxt itirməkdən çəkinmirlər. Zərif cinsin nümayəndələri bəzənmək üçün ya salonlarda, ya da evlərində ömürlərinin 135 gününü qurban verirlər.
Xanımların bəzənməyə itirdikləri vaxtı kişilər üz qırxmağa sərf edirlər. Saqqal saxlayanları nəzərə almasaq, bu iş üçün kişilərə 70 il ərzində 115 gün vaxt lazımdır.
Vaxtımızı amansızcasına alan məsələlərdən biri də banklarda, marketlərdə, idarələrdə və s. gözlədiyimiz növbələrdir. Növbələr ömrümüzün düz 6 ayına şərik olurlar.
Mənzilin təmizlik işlərinə, yır-yığışa, səliqə-sahmanına qadınlar könüllü, yaxud qeyri-könüllü ömürləri boyu təxminən 3-4 il vaxt sərf edirlər. Bu səliqəsiz və pinti qadınlara aid deyil.
Elə düşünməyin ki, qadınlar mənzili yığışdıranda kişilər istirahət edirlər. Kişilər eyni vaxtı bağ-bağçaya, mənzil və avtomobil təmirinə sərf edirlər. Bəziləri isə ev işlərində xanımlarına kömək edirlər.
Nəhayət, kişi ilə qadının birlikdə sərf etdiyi vaxt da var. Bu, intim münasibətlərdir. Hər bir insan orta hesabla ömrünün təxminən 4-5 ayını intim münasibətlərə sərf edir
Milli.Az
Xəbərlərimizi WhatsApp kanalımızdan da oxuyun

Xəbərlər     Baxılıb: 701   Tarix: 21 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Ən zərərli tərəvəzin adı açıqlandı

"Tərəvəzlərin ən zərərlisi kartofdur". . "Unikal"a istinadən xəbər verir ki, bunu rusiyalı qastroenteroloq Daria Utyumova yerli KİV-ə müsahibəsində deyib. . Bu suları içən insan sağlam ola bilməz. Hamını

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

turlar.az

sonxeber.az hamiləlik maskalar toy gecesi kliniki ölüm maraqli toy ideyalari zebra keksi salatların hazırlanması kosmetika hesaplama əfsanələr gözəllik arxadan olmaq kondom nedir