30 yaşdan sonra qadınların yaşlı görünməsinə səbəb olan "populyar" səhvlər

30 yaşdan sonra qadınların yaşlı görünməsinə səbəb olan Yəqin ki, dünyada elə bir qadın tapılmaz ki, 30 yaşdan sonra da gözəl və cazibədar qalmaq istəməsin. Məhz bu yaşı gənclik və yetkinlik arasında sərhəd hesab edirlər. Bu baxımdan, bir çox qadın, necə deyərlər, "tam böyümək" zamanında gəncliyi mümkün qədər uzun müddət qorumaq üçün nə etməli sualı ilə qarşılaşır. Bunun üçün bir çox addımlar atırlar, lakin bəzilərinin səhv olduğu ortaya çıxır.
Qocalmanın qarşısını almaq olarmı?
Belə bir deyim var ki, yaş sadəcə şəxsiyyət vəsiqənizdəki rəqəmlərdir. Bu deyim bir tərəfdən həqiqətdir, çünki iyirmi yaşlarında olub kobud dəriyə, gözaltı kölgələrə malik, lakin 50 yaşlarında incə, cavan və şən görünən xanımlarla tez-tez rastlaşırıq.
Çox təəssüf ki, qocalmanın qarşısını almaq mümkün deyil, lakin praktika göstərir ki, yaşla gedən dəyişiklikləri sağlamlığı və sosial fəallığı artırmaqla gizlətmək olar. Bunun əvəzinə dəbli qadınlar bəzən səhv və tamamilə əks nəticələrə səbəb olan üsul və vasitələr seçirlər.
 Yaşı daha da artıq göstərən əsas səhvlər aşağıdakılardır:
30 yaşdan yuxarı qadınların ən "populyar" səhvi ortaya çıxmaqda olan boz saçlara qarşı istehzalı münasibətdir. Əlbəttə ki, bir neçə boz tük gözə çarpmır, ancaq sayı çoxdursa, bu artıq bir şey edilməli olduğuna işarədir. Ağ saçlar süni şəkildə düzəldilmirsə, insanların əksəriyyətinin düşüncəsində qocalıqla əlaqələndirilir.
Hədsiz parlaq və gözəçarpan makiyaj. Cavan görünmək istəyib, həddindən artıq dekorativ kosmetikadan istifadə edən qadınlar var. Nəticəsi əksinə olur. Təmiz dəri, parlayan gözlər tünd dodaq boyası və göz kölgələrindən daha gənc görünməyə səbəb olur.
Yorğun bir baxış, "işgəncəli" üz ifadəsi. Bu, qadına digər şeylərdən daha artıq yaş verir. Dünyaya geniş gözlərlə baxın, hər kiçik şeydən ləzzət almağı öyrənin, o zaman cavan və gözəl olacaqsınız.
Davamlı olaraq gənclərin tərzini izləmək cəhdləri. Stil və yaş arasındakı uyğunsuzluq yaxşı bir şeyə səbəb ola bilməz. Gözəl bir xanıma yaraşan kimi yaşınıza uyğun, lakin təmiz, təzə və zərif geyinin.
Günəş vannası və solariuma həddindən artıq həvəs. Dəri quruyur, kobudlaşır,  ləkələr yaranır və bu heç bir halda qadını cavanlaşdırmaz.
Fiziki fəaliyyətə laqeyd yanaşma. Əzələlər zəifləyir, dəri sallanır, selülit və yağ əmələ gəlir. Fitness, pilates, idman, düzgün qidalanma sizə harmoniya tapmaq imkanı verəcəkdir.
Qırışlar. Onları nə qədər gizlətməyə çalışsaq da, yaşın əsas göstəricisidir. Qırışları dekorativ kosmetika ilə örtmək istədikdə daha da gözəçarpıcı olur. Bunun əvəzində bahalı təbii qulluq vasitələrindən istifadə etməyə çalışın.
Hər qadın gənc görünə bilər. Ancaq bu məqsədə çatmaq üçün vasitə seçərkən hər şeyi diqqətlə düşünmək və birbaşa əks nəticələrə səbəb olan səhvlərdən çəkinmək lazımdır.
Nubar Süleymanova /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 7296   Tarix: 28 aprel 2022
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Tünd dərilər üçün xüsusi makiyaj DETALLARI

Düzgün vurğu və yüngül oyunlardan ibarət olan makiyaj sənəti hər dəri rənginə görə fərqlənir. Açıq dəri işığı fərqli şəkildə əks etdirdiyi halda, tünd dərili insanlar tamamilə fərqli şəkildə göstərir. Dərinin rənginə uyğu

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlar

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-ya

turlar.az

sonxeber.az yay geyimləri 2024 kosmetoloq gözəllik məhsulları yaz yay 2024 gündəlik bürclər nişanlılıq meshurlar haqqinda kosmetika layla arıqla birlik haqqinda insan qizlar