"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiyaj tendensiyalarını öyrənirik. Ən yaxşı tərəfi odur ki, sosial şəbəkələr bizi darıxmağa qoymur. İnfluenserlər isə qeyri-adi makiyaj videoları ilə bizi təəccübləndirməyə davam edirlər.
Bu mövsüm "TikTok" bizə parlaq makiyajdan qorxmamağı, parlaq dəriyə sahib olmağı, həmçinin 90-cı illərin gözəllik fəndlərinə müraciət etməyi diktə edir.
Bu yaz dəbli görünmək üçün hansı makiyaj tendensiyalarından xəbərdar olmalıyıq?
"Şirəli dəri"
Diqqətimizi çəkən ilk tendensiya dəridə maksimum parıltıdır. Bu tendensiya 2022-ci ildə məşhur model Heyli Biber sayəsində ortaya çıxdı və hələ də populyarlıq zirvəsindədir. Unutmayın ki, parıltı dedikdə, dərinin təbii parlaqlığı nəzərdə tutulur. Əsas sirr dəri tipinə uyğun yaxşı nəmləndirici və qidalandırıcı kremdə gizlənib. Bu iki məhsul dəri tonunu bərabərləşdirməyə kömək edəcək. Lakin mükəmməl "şirəli" effekti yaratmaq istəyirsinizsə, tonal kreminizə haylayterlər qarışdırıb üzünüzə çəkin.
Mavi göz kölgələri
60-cı illərin mavi göz kölgəsi tendensiyası yenidən gündəmdədir. O vaxtlar kino ikonları qalın qara göz laynerinin altından mavi göz kölgələri çəkməyi çox sevirdi. Jana-Lüka Qodardın "Qadın qadındır" filmindəki Anna Kareninanı xatırlayın. Ancaq təbii ki, bu makiyaj populyarlığının zirvəsinə 90-cı illərdə çatdı. Kristina Aquleradan Cennifer Lopez və Britni Spirsə qədər bütün ulduzlar "mavi dumandan" istifadə edirdi. 21-ci əsr də bizə müxtəlif mavi paletlərin istifadəsinə dair kifayət qədər nümunələr verib. Bir çox texnika, çalarlar və birləşmələr var, lakin əsas məsləhəti unutmayın, piqmenti yalnız hərəkət edən göz qapağına tətbiq edin və ya aşağıdan xətt çəkin. İnanın, bu texnika gözləri vurğulamaq üçün kifayət edəcək.
"Buza dönmüş dodaqlar"
Keçmişin yenidən aktuallaşan başqa bir tendensiyası "buza dönmüş" və ya parıltılı dodaqlardır. Bu, Keyt Moss ilə Naomi Kempbellin 30 il əvvəl pərəstiş etdiyi o məşhur effektdir. Buna nail olmaq isə çox sadədir – sadəcə neytral rəngli məhsulun üzərinə parıltılı pomada çəkmək lazımdır. Təbrik edirik, siz o "şaxtalı" parıltıya nail oldunuz.
Haylayterlə konturlama
İşıqlandırıcı və ya hayleyterlə konturlama sosial medianı zəbt edib. Bu effekti yaratmaq üçün "TikToker"lər 4-ü 1-də olan məhsuldan istifadə edir – "Glowtouring". Sözügedən məhsul dəriyə gözəl parıltı verməklə yanaşı, həm də praymer, qapadıcı, işıqlandırıcı və BB krem kimi istifadə edilə bilər. Bu viral tendensiyanın əsas xüsusiyyəti parlaq konturlamadır. Bunun sayəsində sadəcə ideal üz cizgiləri deyil, həm də parlaq dəri əldə edəcəksiniz.
Rəngsiz dırnaqlar
Dırnaq sənayesində tendensiyalar da işıq sürəti ilə dəyişir. Manikür ustaları bizi getdikcə daha çox yeni dizaynlarla təəccübləndirməyi bacarırlar. Bu dəfə şəffaf dırnaqlar trendlər arasına daxil olub. Bu manikürü təkrarlamaq üçün dırnaq rənginə tam uyğun gələn lak seçməlisiniz. Gözəl və səliqəli! / gencaile.az

Gözəllik və Moda     Baxılıb: 890   Tarix: 06 may 2024
f Paylaş

Oxşar xəbərlər

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

.

Cazibadar görünmək istəyən qadınlar üçün 4 qayda

Unudulmaz qadın olmaq əslində çətin deyil. Cazibədar qadınlar həmişə özünə güvənən qadındır. Heyrətlənən və sevilən qadın olmaq əslində heç də çətin deyil. Cilvəli və incə xanımlar hər mühitdə özlərinə diqqət çəkməyi bacarırlar

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Diqqəti cəlb etmək istəyirsinizsə… – QADINLAR OXUSUN

Cazibədar görünmək, əks çinsin xoşuna gəlmək hər bir qadının arzusudur. Siz də diqqəti cəlb etmək istəyirsinizsə, onda aşağıda göstərilən məlumatlara diqqət yetirin. Saç düzümünüzə fikir verin. Çalışın saç düzümünüzə qarş

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

turlar.az

sonxeber.az hamilelikde qidalanma geyim və ayaqqabılar adlarin menasi sanamalar ayaqda qabar cinsi isteksizlik boşanma səbəbləri kosmetika bakire novruz bayramina aid gözellik gozde olar novruza aid hakistalar