Ağ ciyər arteriyasının tromboemboliyası

Ağ ciyər arteriyasının tromboemboliyasıAğ ciyər arteriyasının tromboemboliyası böyük qan dövranı venalarında və ya sağ mədəcik boşluğunda yaranan,qan axını vasitəsilə kiçik qan dövranına gətirilən tromb hissəcikləri tərəfindən ağ ciyər arteriya kökünün və ya mənfəzinin tutulmasıdır.Ağ ciyər arteriyasının və ya kökünün,yaxud şaxəsinin tromb ilə tutulması ağ ciyər arteriyasının generalizə olumuş spazmı ilə müşayət olunur.Bu proses ağ ciyərdə qan axınının kəskin məhdudlaşmasına səbəb olur.
Ağ ciyər arteriyasının tromboemboliyası müxtəlif xəstəliklərin,travmaların və cərrahi müdaxilələrin geniş yayılmış ağırlaşmasıdır.Bu ölüm səbəbləri arasında üçüncü yeri tutur.Təəssüflə qeyd etmək lazımdır ki,bu xəstəliyə 50% hallarda diaqnoz qoymaq mümkün olmur.Trombun əmələ gəlmə səbəbləri aşağıdakılar hesab edilir:
* bədxassəli şişlər
* hipodinamiya
* məcburi yataq rejimi
* aşağı ərtaf sümüklərinin travmaları
* cərrahi müdaxilələr
* qocalıq və ahıl yaş
* xroniki ürək çatmazlığı
* piylənmə
* şəkərli diabet
* aşağı ətraf venalarının xroniki çatışmazlığı
* eritremiya
* qırmızı qurd eşənəyi
Ağ ciyər arteriyasının tromboemboliyasının əmələ gəlməsinə arteriyanın mənfəzinin mexaniki daralması səbəb olur.Bu isə hemodinamikanın pozulması səbəbindən baş verir.Yarandığı yerdən qopan tromb qan axını vasitəsilə kiçik qan dövranına gətirilir və hissəciklərə parçalanır. Buna görə də əksər hallarda ağ ciyər arteriyasının müxtəlif ölçülü şaxələrinin çoxsaylı emboliyası baş verir.Bu zaman ağ ciyər arteriyasının mexaniki tromboemboliyası ilə yanaşı,kiçik qan dövranının arteriyalarının da spazmı baş verir ki,nəticədə ağ ciyər damarlarının müqaviməti daha da artır.Xəstəlik özünü aşağıdakı əlamətlərlə biruzə verir:
- təngnəfəslik
- döş sümüyünün arxasında ağrılar
- bəlğəmsiz öskürək
- aşağı təzyiq
- ağ ciyər infaktı baş verərsə qanhayxırma
Müayinə zamanı xəstənin dəri örtüyünün sianozlu olması və əsasən boyun hissədən yuxarının sianozlaşması diqqəti cəlb edir.
Xəstəliyə diaqnoz qoymaq üçün dərin venaların ultrasəs və doppler müayinəsinin nəticələri əsas götürülür. Exokarioqrafiya və angioqrafiyanın da nəticələri xəstəliyin diaqnozu və müalicəsi zamanı vacib hesab edilir.
Müalicə tromb əleyhinə vasitələrdən istifadə etməklə aparılır.Lazım gələrsə cərrahi müalicə aparılır.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 868   Tarix: 15 oktyabr 2022
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Yaponlar yeni dərman yaratdı: Hamının dişləri olacaq

Yaponiyada elm adamları müxtəlif səbəblərdən, o cümlədən anadangəlmə qüsurlar, çürümə və ya eroziyaya görə dişlərini itirən insanlar üçün dərman icad ediblər. Hazırda dişləri olmayan insanlar protez və ya implant taxmağ

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

turlar.az

sonxeber.az toy makiyajlari qadın geyimi toy gecesi veten haqda atalar sözləri qrip zökəm düzgün qidalanma quru deri ucun maska kosmetika bayatılarımızda vətən həsrəti gülməli hakıştalar hakista laylalar geyim