"Aparıcı bakirə olmamalıdır" söhbətinə xanım aparıcılardan MARAQLI REAKSİYALAR (VİDEO)

"Aparıcı bakirə olmamalıdır" söhbətinə xanım aparıcılardan MARAQLI REAKSİYALAR (VİDEO)Ötən gün "Lider" televiziyasında Murad Arifin aparıcılığıyla yayımlanan "Status" verilişində radio prodüseri Zaur Kazımovun səsləndirdiyi fikirlər sosial şəbəkələrdə müzakirə olunmaqdadır.

Kazımovun radioya aparıcıları "bakirəlik meyarı"yla seçməsi haqda fikirləri isə birmənalı qarşılanmayıb: "Radioda aparıcı olmaq istəyən namizədlərlə müsahibə edəndə ilk sualım "Bakirəsən, yoxsa yox?" olurdu. Və əgər cavab "bakirəyəm" olurdusa, deyirdim ki, bağışlayın, biz sizinlə işləyə bilməyəcəyik. Ümumiyyətlə, radio aparıcılarının minumum 40 yaşı olmalıdır".

Xanim.az xəbər verir ki, ölkə.az səsləndirilən fikirlərlə bağlı bəzi xanım teleaparıcıların fikirlərini öyrənib. Onları şərhsiz təqdim edirik:

ATV-nin aparıcısı Aytən Səfərova:

"Bakirə olub-olmamaq hər kəsin intim məsələsidir. İnsan qırx yaşına qədər ailə qurmayıb, kiminləsə münasibətdə olmadan belə dünya görüşünə, savada malik ola bilər. Zauru da qınamıram. Çünki o, uzun müddət Avropada yaşamış insandır. Bizim mentalitetlə Avropanı bir az səhv salıb, diqqətsiz, ehtiyatsız ifadə işlədib. Ancaq bunu mütləq qeyd etməliyəm ki, Zaur Kazımov öz işinin peşəkarıdır. Bizdə insanlar "ginekelogiya" sözünü eşidən kimi deyirlər ki, necə tərbiyəsizdir. Amma yaş məsələsinə gəlincə, mən də 20-25 yaşımda özümü çox ağıllı hesab edirdim. Deyirdim ki, məndən ağıllı aparıcı, DJ yoxdur. İndi qırx olmasa da, müəyyən yaşa çatmışam. İndiki radiolarda uşaq-muşaqlar var. Uşaq-muşaq deyərkən yaş amilini nəzərdə tutmuram. Çünki əlli yaşda da bisavad olmaq mümkündür. Bəli, dünyanın ən mötəbər televiziya və radio kanallarında müəyyən yaş həddinə çatmış şəxslər çalışır. Bu mənada Zaurla razıyam. Sadəcə, rus təhsilli olduğuna, Avropada yaşadığına görə belə danışıb. Bizdə bakirə sözünü işlədəndə elə baxırlar ki, sanki söyüş söydün. Az qalırlar insanı daşa bassınlar. Orada Zaur həmin sözü bir az da zarafatyana deyib.

"Xəzər" televiziyasının aparıcısı Lətafət Ələkbərova:

"Mən iyirmi bir ildir aparıcıyam. Təbii ki, aparıcı daha təcrübəli, olqun olanda ona daha çox inanırlar. Sözsüz ki, mən də 16-17 yaşımda aparıcılığa başlamışam. Ancaq həmin yaşda bakirəydim. İndi isə anayam, on yaşında qızım var. Bu da faktdır ki, aparıcı qırx yaşına qədər püxtələşib, sonra sevilir. Son beş-altı ildə hiss edirəm ki, insanlar məni ciddi qəbul edir, inanırlar, hardasa ağırlığım var. İndi-indi illərlə çəkdiyim zəhmətin bəhrəsini görürəm, sevilirəm, pul qazanmağa başlayıram.

İTV-nin "Həmin tərz" verilişinin aparıcısı Lamiyyə Ələkbərqızı:

"Boş söhbətlərdir və həmin meyarları qəbul etmirəm. Çünki toyum 2004-cü ildə olub, özüm 1997-ci ildən aparıcılıq edirəm. Başa düşmədim, onda nə olmalıydı? (gülür) Bu meyar adət-ənənəmizə də uyğun deyil axı. Aparıcılıq peşədir. Müğənni aparıcılıq edə bilir, aparıcı müğənni olur. Yəni, incəsənət aləmidir. Azərbaycanlıyıq e biz. Bəlkə də Zaur Kazımov səsə görə qırx yaşdan sonra radio aparıcı olmaq olar deyib. Çünki səs formalaşmalıdır. Efirə isə yaş məsələsinin aidiyyəti yoxdur. Efirdə gənc də ola bilər, yaşlı da. Əsas odur ki, sənətinin peşəkarı olsun. Nitqi, tələffüzü, dilimizi səlis bilməyi, efirə yaraşan siması olmalıdır. Ancaq bakirə olub-olmamağın teleaparıcılığa dəxli yoxdur. Onun konkret nəyi nəzərdə tutduğunu bilmirəm".

Telejurnalist Ülviyyə Alovlu:

"Bu açıqlamaya çox güldüm. Mən bilən onları striptiz şou göstərməyə yox, verilişdə aparıcılıq etməyə dəvət ediblər. Yəqin ki, aparıcılığa dəvət edilən şəxsin intellektual səviyyəsi daha vacibdir, nəinki bakirəliyi. O qədər bakirə olmayıb, intellekti aşağı səviyyədə olan adam var ki. Bakirəliyi meyar kimi götürmək çox gülüncdür. İkincisi, fakt olaraq mən varam ki, radiolara müsahibələrə getmişəm. Heç vaxt mənə o sualı verməyiblər (gülür). İnanmıram ki, Zaur Kazımov o qədər vacib adam olub və məhz axırıncı instansiya kimi aparıcıları işə qəbul edib. Yanılmıramsa o ANS-in radiosunda işləyib. Orada müsahibədə olmuşam. Məni Doktor Ziya və DJ Aynur qəbul edib. Ziya müəllim radionun direktoruydu, Aynur Talıbova isə əsas DJ idi. Ondan sonra məni anspress-də işə götürdülər. Amma Aynur Talıbova hazırda AZTV-də çalışan Səbinə Teymurovaya açıq sual verdi və qız ağladı. Mənə də dedi ki, siz hər yerə belə makiyajlı, bəzək-düzəkli gedirsiniz? Cavab verdim ki, xanım hər yerdə gözəl olmalıdır. Axı özü kosmetikadan çox da istifadə etmirdi. Zaurun açıqlamasına gəlincə, bəlkə də o bu sualı ona görə verirmiş ki, aparıcının daha sərbəst, açıqsözlü olub-olmadığını yoxlasın. İstənilən halda bakirəlik aparıcılıq üçün meyar ola bilməz. Əli seksə çatmaq, hələ əli mikrofona çatmaq demək deyil. Bir də onu başa düşmədim ki, yəni, qırx yaşından sonra bakirə qalmaq olar ki? (gülür) Zaur niyə onun narahatlığını çəkir ki? Şou xarakterli verilişlərə gənc xanım daha uyğundur. Çünki iyirmi yaşımda etdiyim hərəkəti indi etməyəcəyəm. İstənilən halda xarakter, status dəyişir. Əyləncəli verilişləri aparmaq üçün mütləq gənc, şən-şux xanım aparıcı olmalıdır. Çünki o hərəkətləri etmək qırx yaşlı xanıma yaraşmayacaq və baxıb, ələ salıb güləcəklər".

BAKU.WS

Xəbərlər     Baxılıb: 2817   Tarix: 25 noyabr 2017
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Botoksun psixikaya faydası üzə çıxdı

Botoks toksin inyeksiyasının nəinki miqren, həmçinin depressiya və təşvişi azaltması sübut olundu. Milli.Aaz "Medicina"ya istinadən xəbər verir ki, təmizlənmiş neyrotoksin olan botoks hazırda qırışları açmaq v

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Keyfiyyətli kolbasanı necə seçmək olar? – DİQQƏTLİ OLUN

Kolbasaları çoxlarının sevdiyi məşhur qidalardan biricif. Bəs, doğru kolbasaları necə seçmək olar? .   -a istinadən xəbər verir ki, hər zaman tərkibinə diqqət etməlisiniz. Buna görə də, tərkibindəki maddələri təhlil etməy

.

Ürəyi xəstə olanların nəzərinə - Bu qida ömrü azaldır

Ürək xəstəlikləri ən önəmli sağlamlıq problemlərindən biridir. Ona görə də, bu problemi yaşayan insanlar üçün qidalanmanın təsiri böyükdür. -a istinadən ürək xəstəliyi olan insanların uzaq durmalı olduğu qidaları təqdim edir:

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

turlar.az

sonxeber.az yaz geyimleri 2024 toy makiyaji sekilleri aksessuarlar testosteron nədir qaslar erroziya nədir xolesterini azaldan qidalar kosmetika novruza aid hakışta novruz bayrami baldiz qiz evi ucun baldıza aid hakışta