Arıqlamaq istəyənlər üçün – İsveç dieti

Arıqlamaq istəyənlər üçün – İsveç dietiİsveç dieti sizi həftədə 7 – 20 kiloqrama qədər arıqladacaq.

İsveçdən danışdığımız zaman ağlımıza ilk gələn İsveç dieti olur. Dietin ən böyük xüsusiyyəti immun sistemini tamamilə dəyişdirməsidir ki, bu da 2 il ərzində artıq çəkilərdən sizi uzaq tutur. 3 gündə düz 4,5 kiloqram itirəcəyiniz bu dieti üçüncü günün sonunda dayandırmaq və təkrar başlamaq istəyirsinizsə, ən az bir həftə ara verməlisiniz. Diet zamanı göstəriləndən artıq çay, qəhvə və başqa içkilər içmək qətiyyən olmaz. Bundan əlavə, duz və şəkəri göstərilən miqdarda istifadə etməli, salatları isə həmişə limon və zeytunyağı ilə yeməlisiniz.

Qeyd edək ki, gündə 2 litr su mütləq içilməlidir. Diet 13 gündən çox davam etməməlidir. 3 aydan tez müddətdə diet təkrarlanmamalıdır. Eyni gün ərzində günorta və axşam yeməklərinin yerini dəyişdirə bilərsiniz.

Qaydalar:

Çay, qəhvə və başqa içkilər içmək olmaz.
Gündə 2 litr su içilməlidir.
Diet 13 gündən az davam etməməlidir.
Diet ancaq 6-cı gün dayandırıla bilər.
3 aydan tez dieti təkrarlamayın.
Eyni gün ərzində axşam və günorta yeməklərinin yerini dəyişdirə bilərsiniz.

Tövsiyələr:

Brokoli tapa bilməsəniz, onu gül kələmi ilə əvəzləyə bilərsiniz. (Hər ikisi "Bazaar store" kimi böyük mağazalarda satılır)
Xolesterini yüksək olanlar yumurtanın ağını yeyə bilərlər.
Ölçüsü və miqdarı göstərilməyən qidaları ölçünü qaçırmamaq şərti ilə istədiyiniz qədər yeyə bilərsiniz.
Diet çətin gələrsə, 6-cı gün dayandırıb, 3 ay sonra 6 gün əlavə saxlaya bilərsiniz.

1-ci gün

Səhər: 1 Fincan qəhvə + 1 parça qənd

Günorta: 2 bişmiş yumurta, 1 porsiya qaynadılmış ispanaq, 1 pomidor

Axşam: 200 qram biftek, zeytunyağlı və limonlu yaşıl salat

2-ci gün

Səhər: 1 fincan qəhvə + 1 parça qənd

Günorta: 1 dilim kolbasa, 100 qram qatıq və ya yoqurt

Axşam: 200 qram biftek, yaşıl salat, 1 meyvə

3-cü gün

Səhər: 1 fincan qəhvə + 1 parça qənd, 1 dilim qızardılmış çörək

Günorta: 1 bişmiş yumurta, 1 rəndələnmiş kök, 25 qram yağsız ağ pendir

Axşam: 2 dilim portağal suyu, 100 qram qatıq

4-cü gün

Səhər: 1 fincan qəhvə + 1 parça qənd, 1 dilim qızardılmış çörək

Günorta: 1 bişmiş yumurta, 1 rəndələnmiş kök, 25 qram yağsız ağ pendir

Axşam: 2 dilim portağal suyu, 100 qram qatıq

5-ci gün:

Səhər: 1 böyük rəndələnmiş kök (limonlu)

Günorta: Qaynadılmış yağsız balıq (200 qram, limonlu və kərə yağlı)

Axşam: 1 biftek (200 qram), salat və brokoli

6-cı gün

Səhər: 1 fincan qəhvə + 1 parça qənd

Günorta: 2 bişmiş yumurta, 1 rəndələnmiş kök

Axşam: Dərisi qoparılmış toyuq əti (200 qram), salat

7-ci gün

Səhər: Şəkərsiz çay

Günorta: Qızartma ət (200 qram), təzə meyvə

Axşam: Heç bir şey

8-ci gün

Səhər: 1 fincan qəhvə + 1 parça qənd

Günorta: 2 bişmiş yumurta, 1 porsiya qaynadılmış ispanaq, 1 pomidor

Axşam: 1 biftek (200 qram), zeytunyağlı və limonlu yaşıl salat

9-cu gün

Səhər: 1 fincan qəhvə + 1 parça qənd

Günorta: 1 dilim kolbasa, 100 qram yogurt,

Axşam: 1 biftek (200 qram), yaşıl salat, 1 meyvə

10-cu gün

Səhər: 1 fincan qəhvə, 1 parça qənd, 1 dilim qızardılmış çörək

Günorta: Qaynadılmış ispanaq, 1 pomidor, 1 meyvə

Axşam: 2 yarıbişmiş yumurta, 1 dilim kolbasa, yaşıl salat

11-ci gün

Səhər: 1 fincan qəhvə, 1 parça qənd, 1 dilim qızardılmış çörək

Günorta: Qaynadılmış yağsız balıq (200 qram, limonlu və kərəyağlı)

Axşam: 1 biftek (200 qram), salat, brokoli

12-ci gün

Səhər: 1 fincan qəhvə, 1 parça qənd, 1 dilim qızardılmış çörək

Günorta: Qaynadılmış yağsız balıq (200 qram, limonlu və kərəyağlı)

Axşam: 1 biftek (200 qram), salat, brokoli

13-cü gün

Səhər: 1 fincan qəhvə + 1 parça qənd

Günorta: 2 bişmiş yumurta, 1 böyük rəndələnmiş kök

Axşam: Dərisi qoparılmış toyuq əti (200 qram), salat

Gözəllik və Moda     Baxılıb: 18745   Tarix: 14 oktyabr 2014
f Paylaş

Oxşar xəbərlər

.

2022-ci ildə dünyanı heyran edən 10 gözəl – FOTOLAR

Gözəllik dünyanı xilas etməsə də, mütləq onu daha parlaq və daha xoş edəcək. Bu prosesdə bəlkə də ən böyük rol xanımların, xüsusən də dünya gözəli olan qızların və xanımların üzərinə düşür. Axı, bütün dünyanın gözləri onlar

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər

.

Estetik olmasaydı, məşhurlar necə görünərdi?

Müasir dövrdə plastik-estetik cərrahiyyə sahəsinin sürətli inkişafı nəticəsində bu əməliyyatlardan istifadə edənlərin sayı getdikcə artır. Əvvəllər əsasən səhnə adamlarında gördüyümüz estetik əməliyyatlara artıq hər kəs müraciə

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

Yaz üçün saç düzümləri: 80-dən bir PARTLAYIŞ

1980-ci illərdə məşhur olan saç düzümü yenidən dəbdədir. Bu barədə "New York Post" məlumat yayıb. Söhbət "permanent wave" (daimi dalğalı) saçlardan gedir. Bu tendensiya modellər Emili Ratajkovski, Bell

turlar.az

sonxeber.az toy gecesi makiyaj etmek qaydalari gozel gorunmek hakista sozleri ilk tibbi yardim veten haqqinda bayati xren yarpagi kosmetika hakista damla xərçəng bürcü qaynana hakista azerbaycan