Arqan yağının faydaları

Arqan yağının faydalarıArqan yağı unikal xüsusiyyətlərə malik olan arqan ağacının meyvəsinin çəyirdəyindən alınır. Bu ağac ən çox Cənub-Qərbi Mərakeşdə və Şimal-Qərbi Afrikada bitir. Bu ağac tropik bölgədə bitir və 15 metr hündürlüyə qədər qalxa bilən həmişəyaşıl ağacdır.
Arqan meyvəsinin içərisində 2-3 badam çəyirdəyinə bənzəyən çəyirdək olur. Arqan yağı həmin çəyirdəklərin sıxılması sayəsində əldə edilir. Arqan çəyirdəyindən alınan yağ ən qiymətli bitki yağlarındandır. Arqan yağının tərkibindəki qiymətli maddələrin miqdarı çox böyükdür. Onun alınması üçün çoxlu miqdarda arqan çəyirdəyi lazım olur. Bu çəyirdək çox quru olur və az miqdarda yağ almaq üçün çoxlu miqdar çəyirdək sıxmaq lazım gəlir. Bu isə çox zaman və əziyyət tələb edir. 1-2 litr arqan yağı almaq üçün 100kq  arqan meyvəsindən istifadə etmək lazım gəlir ki, bu da 12-13 ağacın meyvəsidir. Bu qədər meyvədən isə 3 kq arqan çəyirdəyi əldə olunur. Mərakeşdə arqan yağı üç üsulla əldə olunur: soyuq, qovrulmamış çəyirdəklərdən və qovrulmuş çəyirdəkllərdən alınan arqan yağı. Arqan yağından müalicəvi və kolmetoloji məqsədlərlə istifadə edilir.
Arqan yağı tünd qoz yağını xatırlatdığına görə ondan salatların və qidaların dadlandırılması məqsədilə istifadə edilir. Bu yağ tünd sarı və sarının qırmızıya çaları rəngində olur. Bu yağdan əsrlərdir ki, Mərakeş və Afrika ölkələrinin mətbəxində istifadə edilir. Arqan yağından ətlərin və balıqların qızardılması zamanı istifadə edilir. Onu limon şirəsi ilə qarışdırıb salatların üzərinə əlavə etdikdə salatlar daha da dadlı olur. Arqan yağı qapalı şəkildə sərin və qaranlıq yerdə saxlanılmalıdır. 100 qram arqan yağında 100 qram yağlılıq və 828 kKalori var.
Faydalı tərkibi
Müalicə məqsədilə soyuq üsulla əldə edilmiş arqan yağından istifadə etmək məsləhət görülür. Onun rəngi digər vasitələrlə əldə edilmiş arqan yağının rəngindən daha açıq olur. Arqan yağının tərkibində çoxlu miqdarda E vitamini var. Bu zeytun yağının tərkibindəkindən 3 dəfə çoxdur. Arqan yağının tərkibi karotinoidlərlə, oleinlə(40-60%), linolen(28-36% yağı ilə və yağ turşuları ilə zəngindir. Tərkibində olan stearin(6-8%), palmit(13-16%), fol turşusu, polifenol, triterlen spirti, fitosterol, skvalen onun güclü antioksidant olmasının göstəricisidir.
Arqan yağının müalicəvi və faydalı xüsusiyyətləri
Müalicə məqsədilə qovrulmamış arqan çəyirdəklərindən alınan yağdan istifadə edilir. Buna səbəb isə çiy arqan çəyirdəklərindən yağ əldə edən zaman arqan yağının tərkibində olan vitamin və mineral maddələrin öz tərkibini dəyişməməsidir. Arqan yağı ürək xəstəliklərinin əmələgəlmə riskini aradan qaldırır və xəstəlik əlamətlərinin aradan qalxmasına səbəb olur. Ondan istifadə eləmək arterial təzyiqin aşağı düşməsinə, ürək ritmlərinin normallaşmasına, qanda xolesterinin miqdarının aşağı düşməsinə, ürək və damarlarda olan iltihabi proseslərin aradan qalxmasına səbəb olur. Ürəyin işemik xəstəlikləri, atereskleroz, hipertoniya, tromboflebit, tromboz xəstəliklərinin profilaktikası üçün arqan yağı qəbul etməkdə fayda var.
Arqan yağı göbələk və bakteriyalar səbəbindən meydana gələn xəstəliklərin sağalmasını sürətləndirir, orqanizmə bakteriasid təsir göstərir. O immunitetin yüksəlməsinə səbəb olur, onkoloji xəstəliklərin əmələ gəlməsinin qarşısını alır. Arqan yağı içmək görmənin yaxşılaşmasına səbəb olur. Kseroftalmin, blefarit, blefarokonyuktvit, toyuq korluğu, katarakt, qlaukoma, diabetik retinopatiya, makulodistgrofiya zamanı arqan yağından istifadə etməkdə fayda var. O görmə aparatının fəaliyyətinin yaxşılaşmasına, sidik və cinsiyyət sistemi orqanlarının fəaliyyətinin yaxşılaşmasına səbəb olur. Tərkibində olan E vitamini və karatinoidlər spermatozoidlərin sürətini artırır, yumurtalıqların fəaliyyətinin yüksəlməsinə səbəb olur, sonsuzluğun aradan qalxmasına yardım edir. Arqan yağı orqanizmdə cinsi hormonların sintezini normallaşdırır.  Arqan yağı qanda qlükozanın və insulinin miqdarını nəzarət altında saxlayır.
Davamlı olaraq arqan yağı qəbul etmək qanın mikrosirkulyasiyasını yaxşılaşdırır, travmatik zədələnmələrin və dəri xəstəliklərinin sağalmasını sürətləndirir. Siyriq, yanıq və çapıq izlərindən xilas olmaq üçün arqan yağından istifadə etdikdə çapıq toxuma qısa bir zamanda aradan qalxır.
Kosmetologiyada istifadəsi
Kosmetologiyada arqan yağından dərinin, dırnaqların və saçların qidalanması, məhkəmlənməsi üçün istifadə edilir. Ondan makiyajın silinməsi, əl və üz dərisinin elastikləşməsi üçün istifadə edilir. Arqan yağından hazırlanan şampunlar, balzanmlar, pomadalar, günəş əleyhinə kremlər, sabunlar, vanna və duş gelləri ən çox satılan kosmetik vasitələrdəndir. Arqan yağı ilə hazırlanmış kosmetik dəri vasitələri dərinin baryer xüsusiyyətini, elastikliyini, möhkəmliyini artırır, xırda qırışların aradan qalxmasına səbəb olur. Arqan yağı dəridəki iltihabi proseslərin aradan qalxmasına səbəb olur.
Arqan yağının zərərli xüsusiyyərləri
Arqan yağı orqanizm üçün zərərsiz olan yağlardandır. Onun zərərləri barədə heç yerdə qeydlərə rast gəlinməyib.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1093   Tarix: 18 may 2021
f Paylaş

Oxşar xəbərlər

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Alçanın faydaları: Yeməyiniz üçün vacib səbəblər

Yayın gəlişi ilə piştaxtalarda yerini alan alça tərkibindəki vitamin və minerallarla şəfa mənbəyidir. Tərkibində A, C, K vitaminləri, kalium və fosfor mineralları olan alça beta-karoten, lutein və zeaksantin kimi antioksida

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar.   -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Ağrı yoluxucudur – ARAŞDIRMA

Uydurma tibbi prosedurdan əvvəl bir insana bunun ağrılı olduğunu göstərsəniz, o, özünütəlqin səbəbindən narahatlıq duya bilər.   -a istinadən xəbər verir ki, bunu nəticələri "Communications Psychology" (Commun

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Xərçəngdən qoruyan yeni üsul açıqlandı

Vaxtaşırı aclıq qaraciyər iltihabından və xərçəngindən qoruyur. -ə istinadən bildirir ki, bu barədə alimlər araşdırma aparıblar. Almaniya Xərçəng Tədqiqatları Mərkəzinin (DKFZ) və Tübingen Universitetinin alimləri müəyyə

turlar.az

sonxeber.az kosmetoloq həkim məsləhəti toy makiyaji sekilleri firni hazirlanmasi piodermiya nedir mesameler ucun maskalar zorlama səhnə kosmetika hakışta namiq qaraçuxurlu azerbaycanli is adami amerikada gullelendi novruz hakıştası nizami gencevi