ATV-nin məşhur aparıcısı Vüsalədən ŞOK ETİRAF: "Onunla vətəndaş nikahımız var"...

ATV-nin məşhur aparıcısı Vüsalədən ŞOK ETİRAF: "Onunla vətəndaş nikahımız var"...Şəxsi həyatı ilə bağlı heç kimə hesabat verməyi xoşlamır. İnsanların, qohum-əqrəbanın onun barəsində nə düşündükləri maraqlı da deyil. Şayiələri vecinə də almır…

Tanınmış aparıcı Vüsalə Kərimovanın Yenicag.az-a müsahibəsini təqdim edirik.

– Sosial şəbəkələrdə çox fəalsan. Heç səni əsəbiləşdirənlər olur?

– Qıcıqlandığım məqamlar çox olur. Klaviatura arxasında oturan qəhrəmanlar var, hansı ki, üz-üzə gələndə adamla "cicim-bacım"la danışırlar. Hamısı da yalançı profil açıb, insanın həyatını, taleyini bilmədən başlayırlar məşhurları söyməyə. Əslində, belə şeyləri görəndə əsəbiləşməkdən çox, təəssüf hissi keçirirəm. Əgər mən səni sevmirəmsə, sənin səhifəndə nə işim var? Adama deyərlər, xoşun gəlmir, məni izləmə. Səni nə vadar edir, fotolarımın altından yazırsan ki, nə gündəsən sən? Gərək için nə qədər çirkin olsun ki, bu sözləri yaza biləsən. Ona görə də mən İnstaqramda cəmi 33 nəfəri izləyirəm. Hamısına da baxıb, fotolarını və digər paylaşımlarını layk edirəm.

– İndiyə qədər özün haqqında hansı rəyləri oxuyanda əsəbiləşmisən?

– Pərvin Abıyeva demişkən, mənimçün müqəddəs olan elə adamlar var ki, onlara toxunanda dəli olaram. Mənim toxunulmazım oğlumdur. Özümə hər söz demək olar, vecimə almaram, amma oğlum haqqında artıq-əskik danışanı öldürüb, türməyə girirəm. O məqamda çox qəddar ola bilərəm.

– Yəni belə təhqirlər olub?

– İki il əvvəl şəkilimin altında məni təhqir etmişdilər. Yazmışdılar ki, kül bunun başına, oğlunu küçələrdə qoyub, onunla-bununla fingildəşir. Mən bunu oxuyub əsəbiləşdim. Bir az keçdi, yaxın rəfiqəm zəng eləyib, başladı ağlamağa ki, bəs xəbərin var, sənin barəndə nələr yazıblar? O rəfiqəm də mənim oğluma necə diqqətli olduğumun şahididir. Oğlum hələ indiyə qədər bir gün də olsun məndən ayrı qalmayıb.

– Səncə, bunları yazanlar kimlərdir?

– Onlar məni istəməyən və varlığımdan qıcıqlanan adamlardır. Onlara elə gəlir ki, məndən acıq çıxırlar.

– Şayiələrə reaksiyan necə olur bəs?

– Heç vecimə də deyil. Hesab edirəm ki, mənim barəmdə şayiələr danışılırsa, demək ki, mən varam.

– Bəs bu şayiələr səni ruhdan salmır?

– Qətiyyən, çünki mənim itirəcəyim heç nə yoxdur. Kim nə günah edirsə, öz adına yazılır. Hər kəs elədiyi yaxşılıq və pisliyin cavabını alacaq. Hərdən deyirəm ki, ay bədbəxt, niyə axı mənə görə özünü günaha batırırsan?

– Bu yaxınlarda sosial şəbəkədə bir stutus diqqətimi çəkdi: Şərqlə Qərbin fərqi bundadır ki, Şərqdə elədiklərinə görə başqalarına hesabat verirsən, Qərbdə isə yalnız özünə…

– Mən yalnız özümə hesabat verən adamam.

– Yəni bir addım atanda, düşünmürsən ki, qonşu nə deyər, qohumlar nə deyər?

– İnanın ki, düşünmürəm. Mən öz həyatımı yaşamağı sevirəm. Mən nə qonşumun, nə valideynlərimin, nə də qohum-əqrəbanın həyatını yox, özümə Allah tərəfindən verilən ömrü yaşayıram. Allahın mənə verdiyi həyatın haqqını verməliyəm.

Qadınlar qocalmaqdan qorxur, bəs sən?

– Qadının yaşı üstə yaş gəldikcə daha da müdrikləşir. Heç vaxt yaşlanmaqdan qorxmamışam. Son vaxtlar oğlumu görənlər təəccüblə soruşurlar ki, neçə yaşında ərə getmisən? Bu sual məni əsəbiləşdirir. 23 yaşda ərə getmişəm, indi 39 yaşım var. Bu boyda oğlumun olması normaldır. Öz yaşımı göstərmirəm də. Buna görə heç kimə yaş da verə bilmirəm. Fikirləşirəm ki, mən yaşımdan cavan göründüyüm kimi bəlkə o da yaşından cavan görünür?! Qadının yaşı onun ağlıdır.

– Sevgidə yaş faktoru sənin üçün önəmlidir?

– Mənim üçün önəmi yoxdur. Əgər iki insan arasında doğrudan da sevgi varsa, yaşın nə fərqi var?!

– Azərbaycanlıların belə münasibətə baxışı fərqlidir amma…

– Hə, o saat deyirlər ki, yəqin qadının malı-pulu var, oğlanı bu yolla ələ keçirib. Amma elələrinə demək lazımdır ki, bəlkə onları bağlayan bağlar var? Kim kimi məcbur edə bilər ki, bir yerdə olsunlar. Demək ki, bir-birilərinin yanında rahatdırlar.

– Gözəl qadınsan…

– Qadından bu sözü eşitmək çox gözəldir.

– Deyirlər, qadını sevgi gözəlləşdirir…

– Düz deyirlər. Əlbəttə qadın sevgisiz yaşaya bilməz.

– Vətəndaş nikahına necə baxırsan?

– Çox gözəl baxıram və həyatımda da belə bir insan var.

Xəbərlər     Baxılıb: 3336   Tarix: 28 iyun 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Gündə nə qədər oturmaq, durmaq və yatmaq lazımdır?

Alimlər gündə nə qədər oturmaq, durmaq və yatmaq lazım olduğunu hesablayıblar.   -a istinadən bildirir ki, Suinburn Texnologiya Universiteti və Baker Ürək və Diabet İnstitutunun alimləri yatmaq, məşq etmək, oturmaq və aya

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Qızartmaq üçün bu 3 yağdan istifadə edin

Düzgün yağla qızartmaq sağlamlığınız, təhlükəsizliyiniz, yemək bişirmək və yeməyinizin ümumi dadı və toxuması üçün vacibdir.   -a istinadən bildirir ki, yağın təzə olduğundan və xarab olmadığından əmin olmalısınız. . Ya

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən xəbər verir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha a

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

turlar.az

sonxeber.az adlarin menasi hamilelikde qidalanma sac duzumleri veten haqda atalar sözləri qadın müdafiəsi bürclər və illər sağlamliq kosmetika meseller novruza aid hakista haxisdalar oxatan bahar