Azərbaycanda ailələr hansı səbəbdən boşanırlar?

Azərbaycanda ailələr hansı səbəbdən boşanırlar?"Azərbaycanda boşanmaların səbəbləri sırasında ilk yerdə tərəflərin xasiyyətlərinin tutmadığı göstərilir".

Bu barədə "Report"a Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin İnformasiya və analitik araşdırmalar şöbəsinin baş məsləhətçisi Aynur Veysəlova bildirib.

O deyib ki, əslində, nikahın pozulmağını istəyən tərəflərin xasiyyətlərinin tutmaması ümumiləşmiş səbəbdir:

"Bu səbəbi araşdıranda, tərəfləri dinləyəndə müxtəlif və fərqli məqamlara rast gəlinir".

Komitə rəsmisinin sözlərinə görə, birgəyaşayış üçün insanlar bir-birinə uyğunlaşmalıdırlar:

"Uyğunlaşma olmayanda, yəni dünyagörüşü, həyata baxış, əqidə, həyat haqqında düşüncələr nikah quran şəxlər arasında bir-birini tamamlamırsa, bu, böyük problemlərə yol açır".

A.Veysəlova qeyd edib ki, zərərli vərdişlərə aludəçilik də boşanmanın səbəbləri sırasında yüksək faiz təşkil edir:

"Tərəflərdən biri hansısa bir vərdişinin olduğu haqqında tərəf müqabilinə xəbər vermir, gizlədir. Bu cür hadisələr isə sonradan ailədaxili münaqişənin səbəblərinə və boşanmalara gətirib çıxarır".

Komitə rəsmisinin sözlərinə görə, digər bir məsələ də reproduktiv sağlamlıqla bağlıdır:

"Reproduktiv sağlamlıq çox vacib məsələdir. Ailə qurmağı planlaşdıran tərəflər bir-birilərinə öz sağlamlıqları haqqında məlumat verməlidirlər, bu mütləqdir".

A.Veysəlova qeyd edib ki, ailədaxili zorakılıq, qadın və kişinin həddindən artıq qısqanc olması, bir-birilərini həddən artıq nəzarətdə saxlamaları da boşanmalar zamanı əsas səbəb kimi göstərilir.

Ailə və Uşaq     Baxılıb: 2014   Tarix: 19 sentyabr 2015
f Paylaş

Turlar.az

Oxşar xəbərlər

.

Hamiləliyiniz belə keçirsə OĞLUNUZ OLACAQ - Əlamətləri bunlardır

Hamiləlik zamanı uşağın cinsiyyətinin oğlan olmasını necə anlamaq olar? Uzun illərdir yayılan fikirlərə görə, əsas əlamətləri bunlardır:. Qarın uclu və aşağıya doğru olur. Ananın ürəyi daha çox şirniyyat istəyir. Sidiyi

.

Uşaqlarda oğurluq vərdişi: Kleptomaniya

Kleptomaniya, insanın ehtiyacı olmasa belə, oğurluq istəyinə qarşı dura bilməyəcəyi bir vəziyyət olaraq təyin olunur. Ən çox nəzarət problemi olan və yüksək impulsivliyi olan insanlarda rast gəlinir. Erkən uşaqlıq və yeniyetməli

.

Körpələri yelləyərək yatırmayın – RİSKLƏRİ NƏLƏRDİR?

Valideynlərin əksəriyyəti körpəni yelləyərək yatırırlar. Bu üsul kifayət qədər faydalı görünsə də, əslində körpələr titrəmənin təsiri ilə bayılma deyilən bir vəziyyətə düşürlər. Bu, qədim zamanlardan bəri tətbiq olunan v

.

Körpələr yuxu görürmü? - YATAN UŞAĞIN REAKSİYALARININ SƏBƏBLƏRİ

Bir çox insan körpələrin yuxuda niyə gülümsədiyi və mırıldadığı bağlı düşünür. Körpələrin bu davranışlarını bəzi insanlar sadəcə bir refleks olaraq qəbul edir, bəziləri isə körpələrin əslində yuxu gördüyünü fikirləşir. Körpələ

.

Abortdan sonra yenidən hamilə qalmaq - Təhlükəli tərəfləri

ABORTUN EFFEKTİVLİYİ. Bəzi hallarda, abortun keçirilməsinə baxmayaraq hamiləlik qalır və öz inkişafını davam etdirir. Dərman vasitəsi ilə abortdan sonra dölün qalma ehtimalı orta hesabla 2-dən 5%-dəkdir. Vakuum aspirasiyas

.

Analıq estetik əməliyyatı nədir? - NƏLƏR İCRA EDİLİR?

Hamiləlik dövründə bir qadının bədəni fiziki və hormonal dəyişikliklərə məruz qalır. Körpəni qidalandırmaq üçün döşlər süd vəzilərində inkişaf gedir və süd vəziləri böyüməyə başlayır. Ana olduqdan sonra da bu proses dava

.

Hiperaktiv uşaqlar necə qidalanmalıdır?

Günümüzdə bir çox uşaq oturaq həyat tərzi keçirir, bu da onların obez uşaqlara və gələcəkdə obez yetişkin insanlara çevrilmə riskini artırır. Mövzu ilə əlaqədar türkiyəli diyetoloq Rıdvan Arslan məlumat verib. "Uşağınızı

.

Ana bətnində autizm bu səbəbdən yaranır - SUYUN TƏRKİBİ

İllərdir autizmə səbəb olan faktorları araşdıran elm adamları ilə rezonans doğuran məluamat açıqlayıblar. Danimarkada aparılan yeni bir araşdırmada autizmi suda litiumun miqdarı ilə əlaqələndirilib. Kaliforniya Universitetində

.

Uşaqlarda inkişaf ləngiməsi artıb - SƏBƏBLƏRİ

Son dövrlərdə poliklinikalara uşaqlarda fiziki inkişafın ləngiməsi ilə bağlı müraciətlər artıb. Bunu Bakı Baş Səhiyyə Mərkəzinin tabeliyində fəaliyyət göstərən 17 nömrəli Uşaq Poliklinikasının həkim-endokrinoloqu Flora Alcanov

turlar.az

sonxeber.az kosmetik vasiteler geyim necə seçməli qaşların formalari dadlı yemək illik bürclər yeməklər balqabaq tumu kosmetika baldiza aid hakisda ariqla anabaci rus dilin nece orenek maraqlı