Azərbaycanda xəstələr ürəklərindəki qüsurdan xəbərsiz yaşayırlar - HƏKİMDƏN SOS

Azərbaycanda xəstələr ürəklərindəki qüsurdan xəbərsiz yaşayırlar - HƏKİMDƏN SOSAzərbaycan Tibb universitetinin Tədris Cərrahiyyə Klinikasının ürək kateterizasiyası və angioqrfiya laboratoriyasının müdiri, tibb üzrə fəlsəfə doktoru, invaziv kardioloq Qalib İmanov anadangəlmə ürək qüsurları haqda danışıb.
Sputnik Azərbaycan müsahibəni təqdim edir.
- Anadangəlmə ürək qüsurlarının səbəbi nədir?
- Bu problem inkişaf etməmiş və inkişaf etməkdə olan ölkələrdə izlənilir. Azərbaycana gəlincə, statistikaya baxsaq, anadangəlmə ürək qüsuru ilə doğulan uşaqlara daha çox cənub rayonlarında, ucqar kəndlərdə rast gəlinir. Bunun əsas səbəblərindən biri hamiləliyə düzgün nəzarət olunmaması, vaxtında müayinədən keçməməklə bağlıdır. Halbuki, anadangəlmə ürək qüsurlarını erkən mərhələdə müayinə zamanı diaqnoz qoymaq mümkündür. Amma şikayəti olan xəstələrin heç də hamısı zamanında həkimə getmir. Buna görə də anadangəlmə qüsuru vaxtında aşkarlamaq mümkün olmur. Elə xəstələrimiz var ki, onlara 20-40 yaşında diaqnoz qoyulur. Amma xəstəlik nə qədər tez aşkarlansa və müalicə başlanılsa, müalicə də bir o qədər effektiv olar.
- Belə qüsurları ana bətnindəki döldə müəyyənləşdirmək mümkündürmü?
- Bəzi anadangəlmə qüsurları hələ ana bətnində - döl daxilində görmək olur. Amma uşaq anadan olduqda, bu xəstəlik həyatla uzlaşmadığına görə uşaq dünyasını dəyişir. Qeyd edim ki, hazırda ən çox fetal ekokardioqrafiya müayinəsi ilə diaqnoz təsdiqlənir. Bu müayinəni hamiləliyin 18-ci həftəsindən sonra aparmaq mümkündür. Müayinə zamanı bu qüsurun həyatla uzlaşmadığı aşkarlanarsa, onda hamiləlik sonlandırılır. Əgər müalicə olunan qüsurdursa, uşaq doğulanda artıq bilinir ki, xəstədir.
- Ürək qüsuru olan uşaq hansı yaşında əməliyyat oluna bilər?
- Elə qrup xəstəlik var ki, ancaq əməliyyatla aradan qalxır. Ona görə də bəzən elə olur ki, uşaq anadan olan kimi təcili - ilk saatlardaca əməliyyata alınır. Elə qüsurlar var ki, uşağın çəkisi 10 kiloqramı keçəndən sonra əməliyyat oluna bilər. Bəzi qüsurlar aşkarlandıqda isə uşağın məktəb yaşına çatqıdan sonra əməliyyat olunma məqsədəuyğun hesab edilir. Ayrıca olaraq onu da qeyd edim ki, öz-özünə düzələn, heç müalicə tələb etməyən ürək qüsurları da var.
- Ürək qüsurunun olması gec aşkarlanarsa, bu halda əməliyyat effekt verirmi?
- Qüsurların bir çoxu əməliyyat tələb etmir. Belə qüsurların əlaməti olmur, onları heç müalicə etmək də lazım deyil. Lakin elə qüsurlar var ki, tamam ayrı yanaşma tələb olunur. Məsələn, böyük mədəciklərarası çəpər defektini əməliyyat etməsən, 20 yaşından sonra əməliyyat şansı itir. Belə olan halda xəstə ömür boyu o qüsurla və əziyyətlə yaşamalı olur. Bu xəstəlik əziyyət verəndən sonra xəstə əməliyyata girsə də, oradan sağ çıxmır. Həkimlərə ən çox təsir edən odur ki, insan bu yaşa qədər ürəyindəki qüsurdan xəbərsiz qala bilər. Bu, xəstənin məsuliyyətsizliyi ilə bağlıdır. Çünki ürəkdə küy adi fonendoskopla da eşidilir. Bu halda xəstəni mütləq EXO müayinəyə göndərirlər. Demək bu yaşacan insanın sinəsinə bir dəfə də olsun fonendoskop qoyulmayıb. Yaxud da həmin şəxs deyilənə əhəmiyyət verməyib. Bir xəstəmiz vardı, o 65 yaşınadək fallo, yəni 4 qüsurla yaşayıb.
- Ürək əməliyyatların hamısı Azərbaycanda icra olunurmu?
- Anadangəlmə ürək qüsurları ilə xaricə gedən azərbaycanlı xəstələrin sayı xeyli azalıb. Bunun da səbəbi hər cür qüsurların əməliyyat olunması, peşəkar həkimlərin olması ilə əlaqədardır. Bizim klinikada da ürk qüsurları effektiv şəkildə müalicə olunur və uğurlu əməliyyatları aparılır.
- Ən yüngül qüsurlar hansılardır?
- Bəzi sadə qüsurlar - qulaqcıqarası çəpər, açıq botul axacaq, ənzəcik çəpər kimi qüsurlar heç əməliyyat olunmur. Bu zaman damardan girməklə, xüsusi cihaz defekt nahiyəsinə yerləşdirilir. İnsan üzərində kəsik olmur, xəstə klinikada cəmi bir gün yatır, narkoz almır, kəsik çapıq olmur. Həmin insan da gələcəkdə həyatını sağlam insan kimi davam etdirir.
- Ürək əməliyyatları bahalı və riskli əməliyyat hesab edilir. Bu əməliyyata razılıq verənlər çoxdurmu?
- Düzdür, ürək əməliyyatları bahalı olsa da, geniş tətbiq edilir. İndiyə qədər çoxsaylı uğurlu əməliyyat etmişik. Ən kiçik xəstəmizin 4 yaşı, ən böyüyünün 55 yaşı olub. İnanıram ki, tibbi sığorta sisteminin tətbiqindən sonra bu əməliyyatları daha çox aparmaq mümkün olacaq.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 883   Tarix: 27 yanvar 2022
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Uşaqlarda qan xərçəngi üçün yeni risk faktoru aşkarlanıb

Ekstrakorporal gübrələmə yolu ilə doğulan uşaqlarda uşaq leykemiyasının inkişaf riski daha yüksəkdir, lakin səbəb texnologiyanın özü deyil, yaşlı insanların buna müraciət etməsi ola bilər.   -a istinadən xəbər verir ki, b

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

.

Kartofun əzilməməsi üçün BUNU EDİN

Bir çox insanlar əzilməyən və mükəmməl qızardılmış kartof hazırlamaqda çətinlik çəkirlər. Bəzən kartoflar qızardılarkən ya yapışır, ya da əzilir. Bəs, bunun olmaması üçün nə etmək lazımdır? .   -a istinadən xəbər verir ki

.

Gündə nə qədər kolbasa yemək olar?

"Ürək xəstəliyi riskini azaltmaq üçün heyvani mənşəli məhsullarda olan doymuş yağlar məhdudlaşdırılmalıdır". -a istinadən bildirir ki, bu barədə rusiyalı endokrinoloq və diyetoloq Olqa Çuxaçeva məlumat verib. "Doymu

.

Kompüterdə saatlarla işləməyin FƏSADLARI

Alimlər kompüterdə saatlarla işləməyin fəsadlarını aşkar ediblər.   -a istinadən bildirir ki, insanlar adətən dəqiqədə 20 dəfə göz qırpırlar, lakin diqqəti ekrana cəmləyərkən bu nisbət bir və ya üç dəfə azalır. Daha az qırpm

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

turlar.az

sonxeber.az adlarin menasi qaşların formalari geyim dəbləri plovlar yaz salatlari sonsuzluq sevgi dünyası kosmetika gunay novruza aid hakisda baldiza aid hakisda rus dilini öyrənək 2 ci dərs englishdilində qulaq