Bakıda 2 il əvvəl süd vəzilərini böyüdən qadında xərçəng aşkarlandı – FOTO

Bakıda 2 il əvvəl süd vəzilərini böyüdən qadında xərçəng aşkarlandı – FOTOBütün dünyada olduğu kimi, Azərbaycanda da bir sıra estetik əməliyyatlara tələbat artır. Süd vəzilərinin ölçüsü və formasından, xüsusən südvermədən sonra dəyişimlərdən kompleks keçirən gənc qadınlar indi daha da əlçatan olan silikon qoyulması və süd vəzilərinin böyüdülməsi əməliyyatlarına üz tutur. Özlüyündə riskli olan süd vəzi əməliyyatları zamanı toxumalar ciddi travmaya uğrayır, süni olaraq toxuma altına implant yerləşdirilməsi fəsadsız ötüşməyə bilir.
Milli.Az medicina.az-a istinadən bildirir ki, mammoloq onkoloq Rəna Abdullayeva son diaqnoz qoyduğu xəstələrdən birinin süd vəzilərinin böyüdülməsi əməliyyatı keçirdiyini diqqətdən qaçırmayıb.
39 yaşlı pasiyent sol süd vəzidə ağrı, narahatlıq səbəbindən USM müayinədən keçir və onun süd vəzisində törəmə aşkarlanıb.
Biopsiyadan sonra sol süd vəzin xərçəngi diaqnozu təsdiqlənib. Xəstə əməliyyat və müalicəyə yönləndirilib.
Həkimin bildirdiyinə görə, qadın 2 il əvvəl süd vəzilərinə implant yerləşdirib və həmin ərəfədə müayinələrdən keçib və onda şiş yox imiş.
Hər halda pasiyent özü belə bildirir.
"Əslində törəmə əllə hiss olunurdu, lakin xəstəmiz özü bunu hiss etməyib, 1-2 ay ağrılardan sonra müayinə qərarına gəlib".
Süd vəzi xərçənginin məhz estetik əməliyyat və implantlardan sonra yarandığını dəqiq demək olmaz. Çünki risk təkcə burda deyil. Ola bilər əməliyyatdan öncəki müayinələr zamanı şiş çox kiçik olub və süd vəzi toxuması onu dəqiq görünməsinə imkan verməyib.
Gənc qadınlarda süd vəzi şişləri aqressiv formalarda ola bildiyindən, qısa müddətdə yaranıb böyüyə bilər.
"Xanımlarımız bəzən ailəsini qorumaq, psixoloji güvən qazanmaq, gözəllik naminə çox şeylərdən keçirlər. Amma problem özünə qarşı diqqətsiz və dəyərsiz olmaqdadır. Estetik əməliyyatlardan öncə hər şeydən çox özünüzü düşünün və mütləq peşəkar mammoloq müayinəsindən keçin. Eləcə də hər qadın evdə öz-özünü müayinə edib, süd vəzini yoxlamasını bacarmalı və bunu etməlidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1361   Tarix: 05 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

"Ölkənin bu ərazilərində xəstəliklərin artması müşahidə olunur" – HƏKİM SƏBƏBİ AÇIQLADI

Əldə olunan göstəricilərə görə, 18 yaşadək insanların ən yüksək ümumi xəstələnmə Bakı, Abşeron və Xızıda qeyd olunur. . Maraqlıdır, bəs bunun səbəbi nədir? Yaşadığımız yer sağlamlığa nə dərəcədə təsir edir?. xəbər verir ki

.

Orqanizmdə iltihabı azaldan 7 qida

Bu qidaları çox miqdarda yemək lazımdır ki, bədəndə iltihab azalsın. Çünki iltihab xroniki xəstəlik və xərçəngin səbəbidir. -a istinadən xəbər verir ki, diyetoloq Trista Best antioksidant təsirli ən güclü qidaları açıqlayıb

.

Məşqdən əvvəl bu qidaları yeməyin inanılmaz faydası

Məşqdən əvvəl karbohidratlı qəlyanaltılar və içkilər istehlak etmək yorğunluğun qarşısını almağa və uzun seanslar üçün əzələlərinizdə daha çox glikogen saxlamağa kömək edə bilər. -a istinadən xəbər verir ki, bu barədə Britaniy

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

34 ölkədə qadağan olunan məhsul Azərbaycanda çiçəklənmə dövrünü yaşayır: Sağlamlığımız təhlükədədir

Hazırda dünyada 34 ölkədə qadağan olunan bu məhsul, Azərbaycanda demək olar ki, çiçəklənmə dövrünü yaşayır. Söhbət elektron siqaretlərdən gedir. Uşaq, böyük, qadın, kişi - istənilən insanın əlində bu kiçik, rəngli alətlər

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Qəzəb sağlamlığa necə təsir edir?

Qəzəb, bir çox mənfi duyğular kimi, sağlamlığımıza təkcə emosional deyil, həm də fiziki təsir göstərir. .   -a istinadən xəbər verir ki, Nyu-York şəhərində 280 sağlam könüllü üzərində aparılan araşdırma nəticəsində məlu

.

Qurbağa zəhəri gələcəyin antidepresantı ola bilər

Alimlər psixodelik təsir yaradan qurbağa zəhərindən depressiya və anksiyetenin müalicəsi üçün istifadə edilə biləcəyini düşünürlər. -a istinadən xəbər verir ki, LSD və psilosibin kimi psixodelik dərmanların zehni xəstəliklər

turlar.az

sonxeber.az qadin dunyasi toy makiyajlari reseptler ud hindi faydalari islamda qadinlar uşağın cinsiyyəti qış xəstəlikləri kosmetika yutube dolça novruz hakısdası novruz hakisdalari oxu az