Bakıda qızıl qiymətinə satılan diş məcunu - Tərkibində nə var?

Bakıda qızıl qiymətinə satılan diş məcunu - Tərkibində nə var?Bir çoxumuzun hər səhər gördüyü ilk işlərdən biri dişləri fırçalamaqdır. Ta qədim zamanlardan insanlar həm nəfəsin təravətlənməsi, həm də dişlərin sağlamlığı üçün müxtəlif vasitələrdən, reseptlərdən yararlanmağa çalışıblar.
Misirlilər nanədən, ərəblər "misvak"dan istifadə ediblər
Diş məcununa ilk dəfə eramızdan əvvəl IV əsrdə yazılmış Misir əlyazmalarında rast gəlindiyi söylənilir. Qədim Misirlilər nanə, gül, döymə duz və istiot qarışığından istifadə ediblər.
Bakıda qızıl qiymətinə satılan diş məcunu - Tərkibində nə var?Milli.Az publika.az-a istinadən xəbər verir ki, onlar, həmçinin dişlərin ağarması üçün narın doğranmış süngər daşıyla sirkə qarışığını dişlərinə sürtüblər. İslamın ilk illərində Ərəbistanda ağız qoxusunun aradan qaldırılması üçün "misvak" çubuqlarından geniş istifadə olunub.
Bakıda qızıl qiymətinə satılan diş məcunu - Tərkibində nə var?Rusiyada insanlar dişlərin sağlamlığı üçün arı şanı, meyvə ağaclarının şirəsi, qara şam ağacı kömürü qarışığından hazırlanmış maddəni çeynəyiblər.
Bakıda qızıl qiymətinə satılan diş məcunu - Tərkibində nə var?Ftorun orqanizm üçün əhəmiyyəti
Nəhayət, 1873-cü ildə "Colgate" adlı şirkət bankalarda diş məcununun emalına başladı. İkinci dünya müharibəsinə qədər diş məcununun tərkibində sabun da olub. Sonradan onun tərkibinə digər maddələr əlavə edilib. Dişlərin emal qatını qoruyan ftorun əlavə edilməsi isə diş məcununun inkişafında yenilik idi.
Yeri gəlmişkən, orta yaşlı insanın gün ərzində ftora olan ehtiyacı 2-3 mq-dır. Biz ftoru qida və qəbul etdiyimiz su vasitəsilə alırıq. Onun orqanizmə toksiki təsiri, qəbul edilən miqdarından asılı olur. Ftorun orqanizmdə normadan çox olması isə fosfor-kalsium balansının pozulmasına səbəb olur ki, bu da fizioloji qocalmanı sürətləndirir, immuniteti aşağı salır və qalxanabənzər birləşdirici toxumanı zədələyir.
Bakıda qızıl qiymətinə satılan diş məcunu - Tərkibində nə var?"Brain Research" jurnalı ftor haqqında yazdığı məqalədə onun insan beyninə təsir etdiyini və "Alsheymer" xəstəliyi kimi əqli zəifliyə səbəb olduğunu yazır. Yazılanlardan belə nəticəyə gəlmək olur ki, ftoru normadan artıq istifadə etmək zərərli hesab edilir.
Tərkibində bahalı nə var ki...
Hə, indi isə gələk əsas məsələyə. Söhbət ondan gedir ki, bu gün market və apteklərdə müxtəlif növ və adda diş məcunları ilə qarşılaşırıq. Buna görə də seçim etmək bir qədər çətin olur . Seçim zamanı diş məcununun həm də büdcəmizə uyğun olmasını istəyirik. Bəzi marketlərdə diş məcunlarının qiymətləri ilə maraqlandıq. Qiymətlər, sözün əsl mənasında "cib yandırır". Təbii ki, qiymətlər çeşidə və ada uyğun dəyişir. Çəkisi 100 qram olan bu məcunlar 5 azn-dan 10 azn-a qədər qiymət yarlıqları ilə rəflərdə sıralanmışdı.
Ortaya belə bir sual çıxır : Necə olur ki, diş məcunlarının tərkibinə daxil olan komponentlərin maya dəyəri ucuz olduğu halda, onların qiymətləri ciblərimizi və dişlərimizi "yandırır"?! 100 qramlıq diş məcununun qiyməti 10 manatdırsa, deməli, bir kiloqramı 100 manat edir. Kərə yağından 6, baldan 4 dəfə baha. Az qala, qızıl qiymətinə. Diş məcunlarının tərkibində kərə yağının, balın olmadığı dəqiqdir. Bəs bu qədər bahalı nə var ki, qiyməti "ceyran belində"dir?
İqtisadçının təklifi: ərzaq səbətində yer almalıdır
Bu barədə danışan iqtisadçı ekspert Elçin Süleymanov bildirib ki , qiymət artımı qlobal xarakter daşıyır.
"Diş məcunları ağız sağlamlığı üçün kifayət qədər əhəmiyyətli bir məhsuldur. Buna görə də Türkiyə, Rusiya, Amerika və başqa Avropa ölkələrindən ölkəmizə bir ildə, ortalama olaraq 2 ton müxtəlif çeşidli diş məcunları və diş fırçaları idxal olunur.
Pandemiyadan sonra istehsalat zəncirindəki dayanmalar və ləngimələr diş məcunlarının və flrçaların qiymətinə təsir etdi. Sözügedən məhsullar sağlamlığa birbaşa təsirli olduğundan, ərzaq səbətində yer almalıdır. Qiymətlərin baha olması, sözsüz ki, insanların büdcəsinə təsir göstərir.
Dünyanın bir çox ölkələrində diş məcunları kosmetik məhsul sayılır və kosmetik məhsulların tarif dərəcəsi, ƏDV (Əlavə Dəyər Vergisi) rüsumu kifayət qədər yüksəkdir".
Ekspert vurğulayıb ki, qonşu Türkiyədə ƏDV diferensialdır və müəyyən məhsullara fərqlilik tətbiq olunur: "Bunu biz də tətbiq edə bilərik. Təklif edirəm ki, sağlamlığa təsiri olduğu üçün diş məcunları ölkəyə idxal olunan parfümeriya məhsulları ilə bir tutulmasın. Bundan sonra məhsul ƏDV-dən və vergi rüsumundan azad oluna bilər".
Ölkədə istehsalı məqbul sayılmır
Ekspert, həmçinin diş məcununun ölkədə istehsalı haqda da fikirlərini bildirib:
"Ölkəmizdə bu istiqamətdə istehsal prossesinin olmamasının bir sıra subyektiv səbəbləri var. Əvvəla, hesab edirəm ki , 10 milyonluq ölkə üçün böyük istehsalat müəssisəsinin qurulması iqtisadi baxımdan doğru deyil. Azərbaycan öz məhsulunu Orta Asiya bazarına ixrac edə bilərsə, uğurlu olar. Bu, mümkün olsa da, bir qədər qəlizdir. Çünki 150-200 il istehsal yaşı olan brendlər arasında rəqabət aparmaq olduqca çətindir".
Həkim: "Məhsulun qiyməti ucuz ola bilər, amma..."
Tanınmış həkim Qalib Əsədov qeyd edir ki, diş məcunlarının qiyməti, onların keyfiyyəti ilə deyil, dünya bazarındakı mövqeyi ilə əlaqəlidir. Yəni ola bilər ki, məhsulun qiyməti təklif olunan digər məhsulun qiymətindən daha ucuzdur, amma həmin məhsuldan daha keyfiyyətlidir. O, həmçinin diş məcunu seçərkən tərkibində olan ftorun miqdarına xüsusi diqqət yetirməli olduğumuzu vurğulayıb:
"Burada qiymət əsas meyar kimi götürülməməlidir. Diş məcunlarının tərkibindəki komponentlər məhsulu istehsal edən şirkətlər tərəfindən müəyyən olunur. Hər şirkət müxtəlif komponentlərdən istifadə edir. Qiymətlər də buna uyğun dəyişir. Hər bir halda, məhsulu alarkən onun hansı şirkətə məxsus olması haqqında dolğun məlumata sahib olmaq lazımdır . Üstəlik, nəzərə alsaq ki, haqqında danışdığımız məhsulun birbaşa ağız sağlamlığına təsiri var, bu zaman daha diqqətli olmalıyıq. Təbii ki , Amerika və Avropa ölkələrində istehsal olunan məcunlar keyfiyyət və dəqiqlik baxımından naməlum yerdə, zirzəmilərdə hazırlanan məcunlardan daha yaxşıdır".
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 929   Tarix: 03 noyabr 2022
f Paylaş

Oxşar xəbərlər

.

Bu vərdişləri tərgidin, yoxsa

Psixoloqlar hər kəsin aradan qaldırmalı olduğu 6 jest və pozanın adını çəkib.   -a istinadən xəbər verir ki, insanlar çox vaxt müəyyən vərdişlərin onları poza biləcəyini dərk etmirlər. . Bədən dili xarakteriniz və əhvalını

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Qadınlar və kişilər üçün faydalı olan ÇƏRƏZLƏR

Rasionunuza müəyyən növ çərəzlərin daxil edilməsi sağlamlığınızı əhəmiyyətli dərəcədə yaxşılaşdıra bilər.   -a istinadən bildirir ki, dietoloqlar qadınlara qoz, badam, fındıq yeməyi məsləhət görür. Şam fıstığı və badam dər

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Baş ağrılarını bu çayla dərhal aradan qaldırın

Səhər oyananda müşahidə olunan baş ağrısı bütün günü təsir edən və həyat keyfiyyətini aşağı salan bir vəziyyətdir. Baş ağrısı problemi yarananda ağıla tez-tez gələn üsul ağrıkəsicilərdən istifadə etməkdir. -a istinadən xəbə

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

turlar.az

sonxeber.az donlar 2024 kosmetika mehsullari qis geyimləri 2024 stresin elametleri donlar 2024 yay psixologiya arıqlama vasitələri kosmetika englishdilində qulaq geyim sekis nağıllar hakışda