Balıq yağının faydaları

Balıq yağının faydalarıBalıq yağı, digər normal yağlarla qarışdırılmamalı və saysız-hesabsız faydası olan yağdır. Bədənə lazım olan minerallar və turşular olan yağdır. Balıq yağı istifadəsi son illərdə gedərək artır. Balıq yağıyla əlaqədar çox sayda araşdırmalar aparılıb və onun inanılmaz faydaları aşkar edilib.

Ürək xəstəliklərindən depressiyaya qədər bir çox xəstəlikdə balıq yağı öz təsirini göstərir.

Balıq yağının faydaları ehtiva etdiyi omeqa 3 yağ turşusundan qaynaqlanmaqdadır. Balıq yağının içində EPA və DHA adı verilən Omeqa-3 yağ turşuları var.

Balıq yağı növləri: Balıq yağı növləri 2 şəkildədir. 1-Fish body oil: Balığın gövdəsindən əldə edilən balıq yağı. 2-Cod liver oil: Balığın qaraciyərindən əldə edilən balıq yağı. Hər ikisində də omeqa 3 var. Cod liver oil A və D vitamini baxımından da zəngindir.

Omeqa 3 yağ turşusunun beynin yaşlanma müddətini azaldıcı təsirinin olduğu və də Alzheimerə qarşı qoruyucu xüsusiyyət daşıdığı müəyyən edilib. Orqanizmdə lazımi qədər omeqa 3 yoxdursa, depressiya və bir çox başqa psixoloji narahatlıqlara səbəb ola bilər.

Uşaqlarda balıq yağı istifadəsi: Omeqa 3-ün uşaqlarda zehni inkişafa müsbət təsir edir və gücləndirir. Yaşlılıqda görülən göz zəifliyini aradan qaldırar.

Omeqa 3 xərçəngə qarşı da qoruyucu və önləyici xüsusiyyətlərə malikdir. Balıq yağı revmatizmada olan oynaq şişliyi və ağrıları da yüngülləşdirir.

Hamiləlikdə balıq yağı istifadəsi: Vitamin mineral möhkəmlətmələrin yanında omeqa 3 istifadəsi də hamilə qadınlara tövsiyə edilir. Hamiləlikdə balıq yağı istifadəsi hamiləliyin son üç ayında və doğumdan sonrakı ilk bir neçə ayda əmizdirən anaların istifadə etməsi mütləqdir. Hamiləliyin son aylarında anadan körpəyə çox nisbətdə omeqa 3 keçər. Balıq yağının körpələrin mərkəzi sinir sisteminə və bədən inkişafına təsir etməsi də faktdır.

Xəbərdarlıq 1 — Balığın qaraciyərindən çıxarılmış olan balıq yağlarını hamilələr istifadə etməməlidir. Çünki bu balıq yağı növünün içində yüksək miqdarda A vitamini var. Yüksək dozalarda A vitaminin qəbulu ana qarınındakı körpəyə zərər verər. Hamilələr Balığın gövdəsindən çıxarılan və A vitamini ehtiva etməyən balıq yağı növünü istifadə etməlidir.

Xəbərdarlıq 2 — Balıq yağının faydalarından yararlanmaq üçün civə güllə və digər ağır metallar ilə çirklənməmiş balıqdan əldə edilən balıq yağı istifadə etmək lazımdır. İstifadə etdiyiniz balıq yağının bu cür zərərli maddələr ehtiva etmədiyindən əmin olmalısınız.

Hər balıqda omeqa 3 tapılmır. Qızıl balıq, uskumru, siyənək balığı, sardina, alabalıq omeqa 3 ehtiva edən balıqlardır. Soyuq sularda yaşayan yağlı balıqlarda omeqa 3 yağ turşuları daha çoxdur. Balıqlar bu maddəni planktonlardan çıxararlar. Digər omeqa 3 qaynağı qoz, kətan toxumudur.

Omeqa 3-ün sağlamlığa olan faydaları inkar edilməzdir. Lakin balıq yağındakı bütün omeqa 3 bədəninizin istifadəsinə hazır vəziyyətdə deyil. Balıq yağı istifadəsi: Gündə 1-3 qr qəbul edilməsi tövsiyə edilir. Bəzi vəziyyətlərdə daha çox miqdarda da istifadə etmək olar.

Son illərdə aparılan araşdırmalarda o da məlum olub ki, balıq yağı arıqlamağa kömək edir.

Sağlamlıq     Baxılıb: 53768   Tarix: 16 dekabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Seksoloqdan kişilərə tövsiyə- Bu tumları yeyin

Kişi cinsi sağlamlığı üçün lazım olan hər şey adi balqabaq tumlarında birləşib. "Medicina" xəbər verir ki, rusiyalı seksoloq Şevçenko kişilər üçün bir çox vitamin və mineralların zəruri olduğunu bildirib və çıxı

.

70% insan intim həyatından narazıdır – SƏBƏB

İnsanlar arasında aparılan sorğu 70% insanın intim münasibətlərindən razı qalmadığını üzə çıxarıb.  . "Medicina" xəbər verir ki, 14 fevral münasibətilə keçirilən sorğuda 18% insan demək olar ki, normal cinsi əlaq

.

Hansı halda seks insanı xoşbəxt edir?

ABŞ alimləri müntəzəm intim münasibətin xoşbəxtlik üçün vacib olduğunu sübut edib. "Medicina" xəbər verir ki, sorğuda 300 könüllünün intim həyatı və razılıq hissi araşdırılıb. Məlum olub ki, həyatlarında mütəmad

.

Sağlam və enerjili intim üçün cütlüklərə - 7 SİRR

Bəli biz cinsi əlaqədə olmağı sevirik, lakin heç birimiz robot olmadığımıza görə cinsi əlaqəyə həmişə hazır və istəkli olmaya bilərik.Xüsusilə də uzun müddətli münasibətlərdə həmişə cinsi əlaqəyə girmək mümkün olmaya bilər

.

Şarmlı qadınlarda kişiləri başdan çıxaran şeylər - BU YALNIZ QADIN SİRRİDİR - FOTOLAR

Qadınlar kişilərin diqqətini cəlb etmək üçün bir çox üsullardan istifadə edirlər. Bu üsullar nəticə vermədikdə özünü bədbəxt hiss edir, amma əslində vəziyyət o qədər də mürəkkəb deyil. Kişilərin qadınlara baxdığı bəzi məqamla

.

Samirə Bağırova: "Hər qız evinin xanımı olmaq, evində çılpaq gəzmək istəyir

Bir neçə gündür, aparıcı Xoşqədəm Hidayətqızının ARB TV-də yayımlanan "Səni axtarıram" verilişində ortaya atılan gəlin-qaynana mövzusu sosial şəbəkələrdə müzakirə yaradıb. Belə ki, verilişdə psixoloq Əli Nağıye

.

Cavan və gözəl qalmaq üçün - Möhtəşəm ƏDVİYYAT

Sarıkökün sağlamlıq üçün misilsiz faydaları elmdə çoxdan sübut olunub. Bu ədviyyat mikrob və virus əleyhinə təsir edir, orqanizmdə iltihabları azaldır, güclü antioksidant olduğundan xərçəngin riskini azaldır, qaraciyər üçü

.

Kişilər bu süddən içsə qadınlar məmnun qalır - Cinsi gücünü artıran vasitə

Badam hələ qədim zamanlardan kişilərdə cinsi gücünü artıran vasitə kimi tanınır. Badamın tərkibində olan nadir arginin aminturşusu təbii potensiya stimullaşdırıcısıdır. Həmçinin badam testosteronun ifrazını artıran maqneziu

.

Porno asılılığı nədir? - Qadınlar ərlərinə niyə qadağan edir? - ARAŞDIRMA

Cütlüklər arasında problemli, lakin danışılmayan məsələlərdən biri də porno filmlərə baxmaqdır. Məlumata görə, pornoya baxanlar əsasən kişilərdir. Adətən, qadınlar bunu problem hesab edirlər. Onların fikrincə, bu hərəkə

turlar.az

sonxeber.az kosmetika mehsullari reseptler yemek reseptleri kişi psixologiyası toyuqlar haqqinda geyim və aksessuarlar ayaq sismesi kosmetika haqisda atalar sözü qadin saglamlig birlik haqqinda oxatan