Böyüklərdə öskürəyin xalq təbabəti vasitələri ilə müalicəsi

Böyüklərdə öskürəyin xalq təbabəti vasitələri ilə müalicəsiÖskürək bir əlamət kimi geniş yayılıb. Öskürək bir çox xəstəliklərin əlaməti kimi meydana çıxa bilir. Bu xəstəliklərin sırasına bronxit, laringit, ümumi soyuqlama, qripp, ağ ciyərlərin soyuqlaması, allergiya xəstəlikləri, faringit və s. aiddir. Öskürmə zamanı qida qəbul eləmək, yatmaq, işləmək çətinləşir.
Bunların baş verməməsi üçün isə öskürmə əlamətləri başlayan zaman onu xalq təbabəti vasitələri ilə aradan qaldırmaq lzımdır.
Təbii yollarla öskürəyin müalicəsi
Öskürəyin xalq təbabəti vasitələri iə müalicəsi zamanı quru öskürəyin yaş öskürəyə çevrilmədən müalicə etmək, broxlarda və ağciyərlərdə bəlğəm əmələ gəldikdə isə onları xaric edib sağalmasına xidmət etmək nəzərdə tuitulur. Xalq təbabəti ilə müalicə dedikdə sağalma ilə heç bir yanaşı təsirin olmaması da əsas məsələlərdən biri sayılır.
Aşağıda adları qeyd edilən xalq təbabəti vasitələti tənəffüs yollarında qan dövranını yaxşılaşdırır, bəlğəmin effektiv surətdə sorulmasına, bronxlardakı şişkinliyin azalmasına, öskürəyin azalmasına, tənəffüs yollarında iltihabi proseslərin azalmasına səbəb olur.
Öskürək onu yaradan xəstəliyin səbəblərindən asılı olaraq quru və yaş, xroniki, hürücü, boğulmalarla və s. müşahidə edilə bilir
Sarımsaq və soğan qarışımı
Hər iki tərəvəzdən eyni miqdarda (100 qram) götrürülür və xıralanıb üzərinə yarım litr süd tökülüb 10 dəqəqə qaynadılır. Qarışımın üzərinə bal əlavə edilib isti halda içilir. Öskürək zamanı bu qarışımdan gündə 5 dəfə qəbul edilir.
Turp
Turp şirəçəkən maşından keçirilir. Adətən 2 orta ölçüdə turpun şirəsinin üzərinə 10 qram əsil bal əlavə edilib içilir. Bu qarışım xroniki öskürəyi sağıldır. Qarışımdan gündə 5 dəfə içilir. Bu resept quru öskürəyi sağaldır.
Zəncəfil
Öskürmənin müalicəsində təzə zəncəfildən istifadə edilir. Dərman hazırlamaq üçün zəncəfil xırdalanır, ona limon və portağal şirəsi əlavə edilir, bal qatılır. Qarışım isti halda gündə 3 dəfə içilir. 80 qram xırdalanmış zəngəfil 2 litrlik qazanda 15 dəqiqə qaynadılır. Onu xırdalayıb 2 litrlik termosda da dəmləmək mümkündür. Qaynadılmış zəncəfilin 1 stəkan suyuna dadlandırıcı kimi 60 qram bal, nanə yarpaqları, portağal şirəsi əlavə edib yatmazdan qabaq içmək xroniki öskürəklər zamanı çox faydalıdır.
Soğan və şəkər tozu
Yarım kiloqram soğan qazanda xırdalanır, üzərinə yarım kilo şəkər tozu qatılıb qarışdırılaraq yüngül bişirilir. Sonra qarışıma 1 litr su əlavə edilib zəif odun üzərində 1 saat qaynadılır.Qarışım hazır olub soyuduqdan sonra qarışıma 2 xörək qaşığı keyfiyyətli bal əlavə edilir. Qarışım şüşə qabda ağzı bağlı şəkildə saxlanılır və gündə 5 xörək qaşığı olmaqla 3 dəfə içilir. Bu qarışım bəlğəmgətirici təsirə malikdir.
Zəncəfil və alma
10 qram təzə xırdalanmış zəncəfil 1 stəkan suda qaynadılır. 15 dəqiqə sonra üzərinə 10 qram bal, alma və limon şirəsi əlavə edilir. Bu qarışımdan 1 saatdan bir içmək öskürəyin qısa zamanda kəsilməsinə səbəb olur. Qarışım iltihab əleyhinə və bakteriasid təsir göstərir. Qarışımdan bronxitlər və ağ ciyərlərin iltihabi xəstəlikləri zamanı qəbul edilir.
Süd və yumurta
Bu reseptdən bəlğəmli öskürək zamanı istifadə edilir. Bu zaman 200 ml südə 1 yumurta və 1,5 xörək qaşığı yağ və bal əlavə edilib içilir. Qarışım yatmazdan əvvəl içilir. Bu qarışım bəlğəmin sorulmasına yardım edir.
Yuxarıda qeyd edilən öskürək əleyhinə təbii müalicə növlərinin hamısı dəfələrlə tətbiq edilmiş və effekt əldə olunmuş dərman müalicələridir. Öskürək vaxtında və düzgün müalicə olunmadıqda onun fəsadları və ağırlaşmaları olur. Bu zaman isə həkimin müayinə və müalicəsinə ehtiyac duyulur. Odur ki, öskürəyin baş verdiyi ilk günlərdən onun müalicəsinə çalışmaq və əlaməti tamamilə aradan qaldırmaq lazımdır. Xalq təbabəti vasitələrinin faydalı olduğunu bilsəniz də həkiminizlə əlaqə saxlamağı unutmayın.
Aşağıdakı vasitələr böyüklərdə öskürəyin sağalmasını sürətləndirir.
1. Eyni miqdarda isti süd və mineral suyu (barjom) qarışdırıb içmək öskürəyi azaldır.
2. Üyüdülmüş yerkökü süddə bişirilir, üzərinə bal və az miqdada yağ lavə edilib içilir.
3. Bir xörək qaşığı kərə yağı, keyfiyyətli araq, süd, az miqdar bal, 1 ədəd yumurta və 1 çay qaşığı soda qarışdırılır və səhərlər acqarına içilir.
4. Limon şirəsi və bal qarışımından hazırlanan şirədən gündə 7 dəfə, hər dəfə 3 çay qaşığı içilir.
5. Keyfiyyətli konyak, bal və kərə yağının eyni miqdarından hazırlanmış qarışımdan gündə 6 dəfə, hər dəfə 1 çay qaşığı içilir.
6. Yumurta və şəkər tozu qarşımından qoql-moql hazırlanır və süd əlavə edilərək içilir.
7. Təzə sıxılmış yerkökü şirəsinə süd əlavə edilir və gün boyu içilir.
Öskürək əleyhinə bitki dəmləmələri
1. Andız, gülxətmi, dəvədabanı, şirin biyan, ivan-çay bitkilərindən bütün apteklərdə satılır. Onların hərəsindən bir az qarışdırılaraq dəmlənən çayı içmək öskürək əleyhinə təsir göstərir. Bunun üçün qarışımın üzərinə 200 ml qaynar su tökülüb 20 dəqiqə dəmlənir və yeməkdən əvvəl gündə 4 dəfə içilir.
2. Dəvədabanı, at pıtrağı kökü, biyan və şüyüd toxumunun hərəsindən bir az götürülür və 12 saat 1 litrlik termosda dəmlənir. Qarışımda eyni ölçüdə bitki qurularından istifadə edilməli və qarışımın miqdarı 40 qram olmalıdır. Dəmləmədən gündə 5 dəfə 2 xörək qaşığı içilir.
3. Donuz piyini sinə və kürək nahiyəyə sürtmək bəlğəmin sorulmasına, öskürəyin azalmasına səbəb olur. Bu prosedur yatmazdan əvvəl həyata keçirilir və xəstə tərlədikcə onun köynəyi dəyişdirirlir. Prosedur çox effektlidir, amma tərləyən zaman xəstənin paltarlarını dəyişməyi nəzarət altında saxlamaq lazımdır.
4. Gülxətmi qurusunun 1 xörək qaşığının üzərinə 200 ml qaynar su tökülüb dəmləmək və gün ərzində 400 ml-dən az olmayaraq içmək öskürəyi azaldır və kəsir.
5. 1:1 miqdarda araq və gülxətmini 8 gün şüşə bankada qaranlıqda saxlamaq və yeməkdən əvvəl 35 damcı içmək öskürəyi kəsir.
Təbii vasitələrdən istifadə etməklə öskürəyinizin azalmadığı tətqirdə mütləq həkimə müraciət etmək lazımdır. Həkimin öskürəyin əmələ gəlməsi səbəbini araşdırması və o istiqamətdə müalicənin aparılması vacibdir.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1187   Tarix: 21 noyabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Çirkli ev sağlamlığınız üçün faydalı ola bilər – İlginc açıqlama

Evini tez-tez təmizləməyən insanların sizdən daha sağlam olmasında məhz "pintilik" amili rol oynaya bilər?. Bu, qeyri-mümkün səslənsə də, elm adamları məişət mikroblarının sağlamlıq üçün faydalı ola biləcəyini deyirlər

.

Hava dəyişdikdə oynaqlar niyə ağrıyır?

"Dayaq-hərəkət aparatının xəstəlikləri, xüsusən də artroz olan xəstələrdə hava şəraiti dəyişdikdə ağrılar artır". Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI . Mədə üçün ən faydal

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir? – Bu halda həkimə müraciət edin

Bədənin müxtəlif yerlərində vaxtaşırı yaranan şişkinlik, çoxumuzun zaman-zaman yaşadığı problemdir. Bu, adətən mayenin müvəqqəti olaraq toplanmasından qaynaqlanır. Ancaq şişkinlik tez-tez baş verirsə, diqqət tələb edən məsələy

.

Bu yağlar qanda laxtalanma riskini artırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən bildirir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Banan yeməyin faydaları və zərərləri. Soğanın hansı növü daha faydalıdır?

.

İllərə meydan oxuyacaqsınız: Cinsi gücü artıran, orqanizmi gənc saxlayan qidalar

Sağlam cinsi həyat psixi və fiziki sağlamlıq baxımından mühüm rol oynayır. Cinsi həyat stress kimi səbəblərdən təsirlənsə də, istehlak edilən qidalar da böyük əhəmiyyət kəsb edir. Tərəvəzlər və yağsız zülallarla zəngin, həmçini

.

Şaftalı bu xəstəliyi olanlara faydalıdır

Şaftalı şirin və dadlı meyvə olması ilə yanaşı, vitamin, minerallar, orqanik turşular, efir yağları, qidalı liflər və s. faydalı maddələrlə zəngindir. Həmçinin bu meyvənin insan sağlamlığına bir çox faydaları var. -a istinadə

.

Ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlandı

Alimlər ətin tərkibindəki mikrobların sayını təyin edən sensor hazırlayıblar.   -a istinadən xəbər verir ki, hazırda bu sensor ABŞ-da və İsrailin böyük müəssisələrindən birində sınaqdan keçirilir. Mütəxəssislər ət parçasını

.

Elektron siqaret çəkmək hansı xəstəliklərə səbəb olur?

Elektron siqaret çəkmək hobbisi son dərəcə təhlükəlidir, çünki nəticələri müxtəlif yollarla özünü göstərə bilər.   -a istinadən xəbər verir ki, Ukraynanın İctimai Sağlamlıq Mərkəzi bu cür təhlükəli əyləncələri sevənləri

turlar.az

sonxeber.az toy makiyajlari sade makiyaj sekilleri qaşların formalari bayatılar vətən haqqında erotik fantaziya faydalı məlumat 2024 payiz geyimleri kosmetika paxlava vetene aid atalar sozu dieta nagillar rus dili