Braziliyadan Azərbaycana ayaq açan MÜALİCƏVİ MEYVƏ

Braziliyadan Azərbaycana ayaq açan MÜALİCƏVİ MEYVƏBraziliyalı alim tərəfindən çox maraqlı şəkildə kəşf edilən subtropik feyxoa meyvəsi olduqca faydalı və müalicəvi xüsusiyyətlərə malikdir.
İlk dəfə alim və seleksioner Silva Feyxo tərəfindən araşdırılan meyvə qeyri-adi görünüşü və tərkibi ilə məşhurlaşmışdır. Silva Feyxo onun tərkibini, faydalılığını, müalicəvi keyfiyyətlərini müəyyənləşdirərək onu gündəlik qidalanma rasionuna əlavə etmişdir. Meyvənin adı isə göründüyü kimi alimin şərəfinə - feyxoa adlandırılmışdır.
Milli.Az Publika.az-a istinadən sizə bu meyvənin maraqlı xüsusiyyətlərini təqdim edir:
Vətəni Braziliya olan bu subtropik meyvə - feyxoa çox az ölkədə yetişir. Azərbaycan da həmin ölkələrdən biridir. Mütəxəssislər Azərbaycanda feyxoanın yetişdirilməsi üçün şəraitin olduğunu və həmin meyvələrin insan orqanizminə lazımlı vitaminlər ötürdüyünü bildiriblər.
Feyxoanın tərkibi:
- Dəniz məhsulları qədər tərkibində yodla zəngin feyxoa meyvəsi orqanizmin normal fəaliyyətini tənzimləyir. Feyxoa orqanizmdə qalxanvari vəz hormonlarını qidalandırır. Məhz bu səbəbdən yod çatışmazlığının qarşısını almaq üçün bu meyvədən müntəzəm istifadə etmək məsləhətdir.
- Feyxoanın tərkibi kaliumla zəngindir. Kalium isə ürək fəaliyyəti üçün mühüm minerallardan biridir. Müntəzəm olaraq feyxoa ilə qidalanan insanların ürək əzələləri sağlam, ürək fəaliyyəti normal olur.
- Feyxoanın tərkibi C və PP vitaminləri ilə zəngindir. Bu isə damarlarda qan dövranını sürətləndirir, laxtalanmanın miqdarını azaldır.
- Feyxoanın qabığında olan katexin və leykoantosian maddələr insan orqanizmində güclü antioksidant təsiri yaradır. Birinci növbədə xərçəng hüceyrələrinin yaranmasının qarşısını alır.
- Mədə-bağırsaq xəstəliklərinin müalicəsində də istifadə edilən feyxoa pektin və qidalı liflərlə zəngindir. Mədədə yaranan əlavə turşuluğun qarşısını alır.
-Yüksək təzyiqdən əziyyət çəkən insanlar feyxoa yeməyə üstünlük versin. Meyvənin tərkibi yüksək təzyiqi aşağı salaraq maddələr mübadiləsini normallaşdırır.
- Təbii antibiotik effekti yaradan feyxoa həm də iltihab proseslərinin qarşısını alır. Virus və infeksiyaların qarşısını alır. İmmun sistemini gücləndirir. Bu səbəbdən feyxoanı soyuq fəsillərdə soyuqdəymədən müdafiə olunmaq məqsədilə yemək tövsiyyə olunur.
- Feyxoa mürəbbəsi də soyuqdəymə əleyhinə istifadə olunan təbii müalicə üsullarından biridir. Lakin mütəxəssislər meyvənin təzə-təzə istehlak edilməsini məsləhət görürlər.
Milli.Az

Xəbərlər     Baxılıb: 699   Tarix: 01 noyabr 2023
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Albalı bu xəstəliyin dərmanıdır

a istinadən albalının faydalarını təqdim edir:. Gündə nə qədər kolbasa yemək olar? . Niyə körpələrə yumurta ağı vermək olmaz? . Ən zərərli tərəvəzin adı açıqlandı . - Albalı ürək xəstəlikləri riskini azaldır. - Albalı arıqlamağ

.

COVID-19-dan sağ qalanların 64 faizinin vəziyyəti bir il ərzində pisləşir – ARAŞDIRMA

San-Fransiskodakı Kaliforniya Universitetinin tədqiqatçıları ağır formada COVID-19-dan sağ çıxan insanların üçdə ikisinin bir ildən sonra sağlamlığının pisləşdiyini müəyyən edən bir araşdırma aparıblar.   -a istinadən xəbə

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən

İnfeksionist: "Əgər bir həftədən yuxarı yüksək qızdırma müşahidə edilərsə. Uzun fasilədən sonra qızılca virusu yenidən özünü göstərməyə başlayıb. Bu dəfə Hacıqabulda virusa yoluxan 17 yaşlı yeniyetmə dünyasını dəyişib

.

Qanqalın möcüzələri - Çölə tökülən can dərmanı

Bahar gələndə yol kənarlarında soyulmuş qanqal satanları çox görmüsünüz yəqin. Çox ucuz qiymətə satılan bu yabanı bitki dadlı olmaqla yanaşı həm də sözün həqiqi mənasında can dərmanıdır.   -a istinadən "Şəfalı bitkilər"

.

Bu problemləri yaşamaq istəmirsinizsə, stressdən uzaq olun

Dərimiz gündəlik həyatımızın qaçılmaz hissəsi sayılan stressin ən ağır yükünü daşıyır. Buna görə də bir çox dəri xəstəlikləri yaranır. . -a istinadən xəbər verir ki, dərimiz bədənimizin ən böyük orqanıdır və ətraf mühit faktorların

.

Sağlam qidalanmaqla bağlı yanlış fikirlər

Qidalanma sahəsində yanlış fikirlər sağlamlığınıza əhəmiyyətli dərəcədə zərər verə bilər, .   -a istinadən xəbər verir ki, buna görə də sosial şəbəkələrdən gələn bütün tövsiyələri həqiqət kimi qəbul etməməlisiniz. Bu gün

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

turlar.az

sonxeber.az yemek reseptleri gelinlikler həkim məsləhəti valideyne aid statuslar 2024 qonaq otagi seks pozasi displaziya kosmetika prostat veten haqqinda atalar sozleri qurd ve quzu vətən haqqında bayatılar intim