Bu tərəvəzlər qocalmanın qarşısını alır

Bu tərəvəzlər qocalmanın qarşısını alırAlimlərin fikrincə, iltihabın profilaktikası sayəsində qocalmanı yavaşlatmaq olar. "Aging and Disease" nəşrində dərc edilmiş hesabatda deyilir ki, müalicə olunmayan iltihab nəticədə qocalma prosesini sürətləndirə və yaşla bağlı xəstəliklər riskini artıra bilər. Beləliklə, iltihabın profilaktikası həm də qocalmanı yavaşlatmağa imkan verir. Orqanizmdə xroniki xəstəliklərlə mübarizə yollarından biri hərəkətli həyat tərzi ilə birlikdə sağlam qidalanmadır. Mütəxəssislər deyirlər ki, üstəlik, qida maddələri ilə zəngin müəyyən məhsullar iltihab və vaxtından əvvəl qocalma ilə mübarizədə xüsusilə səmərəli kömək edirlər.
Milli.Az AZƏRTAC-a istinadla bu qida məhsullarından bəhs edir.
Kök. Bədənin sağlam sümük və dəri vəziyyətini dəstəkləyən A vitamininin yaradılması üçün istifadə etdiyi karotenoid - beta-karotin ilə zəngindir. Kök orqanizmdə iltihab və oksidləşdirici stresi azalda, immun sisteminin möhkəmləndirilməsinə kömək edə bilər.
Bolqar istiotu. Təbii antioksidantlar olan C və A vitaminləri ilə zəngindir. Antioksidantların yüksək səviyyəsi onu iltihaba qarşı möhtəşəm məhsula çevirir.
Brokkoli. Brokkoli orqanizmdə C-reaktiv zülalları kimi iltihab markerlərinin səviyyəsini azaltmağa qadirdir. Təbii antioksidantlar olan böyük miqdarda sulforofanlar bu tərəvəzi iltihab əleyhinə məhsula çevirir.
Kartof. Təzə kartof lif, kalium və azad radikallarla mübarizə aparmağa qadir olan C vitamini ilə zəngindir. Qaynadılmış, bişmiş və ya soyudulmuş halda qəbul edilən tərəvəz iltihabı azalda, orqanizmdə xolesterin və qan təzyiqinin səviyyəsini aşağı sala, revmatoid artritdə ağrını azalda bilər.
Yaşıl yarpaqlı tərəvəzlər. Yarpaqlı tərəvəzlər tərkibində yüksək səviyyədə antioksidantlar və polifenolların olduğuna görə ən faydalı iltihab əleyhinə qida məhsulları siyahısına daxil olunub. İspanaq, kələm, yarpaqlı salatlar orqanizmi A, C, E və K vitaminləri, dəmir, kalium, kalsium, maqnezium və liflə təmin edirlər.
Sarımsaq. Bu tərəvəz iltihab əleyhinə xüsusiyyətlərə malik olan kükürd tərkibli birləşmələrlə zəngindir, onlar hətta bəzi xərçəng şişlərinin artmasının qarşısını alırlar.
Soğan. İltihabı azaltmağa kömək edən kaliumla yanaşı, bu əlçatan tərəvəz, həmçinin iltihab əleyhinə effektə malik olan kvertsetin kimi antioksidantla da zəngindir.
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 903   Tarix: 13 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Xərçəng əmələ gətirən ət məhsulları bunlardır

Xərçəngi tətikləyən qidalar içində ilk pillədə kanserogenlərlə zəngin ət məhsulları gəlir. -a istinadən xəbər verir ki, britaniyalı diyetoloqlar Dueyna Mellora və Metyu Lamberta 5 ət məhsulunun adını açıqlayıb:. "Əslind

.

Qaynadılmış yumurtanı axşam yeməyin FAYDALARI

Qaynadılmış yumurtanı səhər yeməyindən daha çox axşam yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, yumurtanın tərkibində çox miqdarda protein var. Axşam yumurta yemək yuxu zamanı yağ yandırma prosesini stimullaşdırır

.

Bədii ədəbiyyat oxumaq beyinə necə təsir edir?

Almaniyanın Vürzburq Universitetindən olan alimlər müəyyən ediblər ki, bədii ədəbiyyat oxumağın koqnitiv bacarıqlara kiçik, lakin əhəmiyyətli təsiri var. -a istinadən bildirir ki, tədqiqat "Journal of Experimental Psychology

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Qəhvə qiymətləri ən yüksək həddə çatdı

Espresso və hazır içkilərdə istifadə edilən Robusta qəhvəsinin qlobal qiymətləri aprel ayında 1979-cu ildən bəri ən yüksək səviyyəyə qalxıb.   -a istinadən xəbər verir ki, bu barədə Beynəlxalq Qəhvə Təşkilatının (ICO) so

.

Kəklikotunun bilinməyən FAYDALARI

Kəklikotu yeməkdə, xalq təbabətində və kosmetologiyada istifadə olunur.   -a istinadən xəbər verir ki, bu bitki müalicəvi xüsusiyyətlərə malikdir, antiinflamatuar təsir göstərir və yeməklərə ədviyyatlı ətir və dad verir

turlar.az

sonxeber.az toy gecesi geyim dəbləri hamilelikde qidalanma arıqlama vasitələri 3 baci dolmasi müalicəvi bitkilər sarimsagin xeyri kosmetika novruza aid hakisdalar dovsan sac duzumleri itburnu bahar