Bu xəstələrin sayı sürətlə artır: kişilər qadınlara nisbətən

Bu xəstələrin sayı sürətlə artır: kişilər qadınlara nisbətənXalq arasında "qocalıq xəstəliyi" kimi tanınan və dövrün ən çox görülən degenerativ beyin xəstəliklərindən biri olan Parkinson 2040-cı ildə 12 milyondan çox insanın həyatına təsir edə bilər.
Milli.Az xəbər verir ki, Parkinson xəstəliyinə həssaslığı artırmaq və bu xəstəliyə qarşı mübarizəyə diqqəti cəlb etmək məqsədi ilə 11 aprel "Ümumdünya Parkinsonla Mübarizə Günü" kimi qeyd edilir.
Son illərdə bütün dünyada sürətlə yayıldığı üçün mütəxəssislər tərəfindən bir növ "epidemiya" kimi qələmə verilən xəstəlik ilk dəfə 1817-ci ildə Londonda həkim Ceyms Parkinson tərəfindən təsvir edilmişdir.
Bildirilir ki, Parkinson xəstəliyi beyin hüceyrələrinin bir-biri ilə əlaqə saxlamasını təmin edən dopamin adlı maddəni istehsal edən beyin hüceyrələrinin korlanması nəticəsində meydana gəlir. Ən çox görülən simptomları "əzələ sərtliyi, hərəkətdə çətinlik və titrəmə" olan xəstəliyi tam sağaldan heç bir müalicə üsulu yoxdur.
Parkinson Fondunun məlumatlarına görə, bütün dünyada Parkinson xəstəliyi ilə mübarizə aparan insanların sayı artıq 10 milyonu keçib.
Məlumatlar göstərir ki, kişilərdə xəstəliyə yoluxma qadınlara nisbətən 1,5 dəfə çoxdur. Bundan başqa, xəstəliyə yoluxanların əksəriyyəti 60 yaşdan yuxarı insanlardır.
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) məlumatına görə, Parkinsonda əlillik və ölüm riski digər nevroloji xəstəliklərlə müqayisədə daha sürətli artır.
Məlumdur ki, xəstəlikdən ölənlər 2019-cu ildə 2000-ci illə müqayisədə 100 faiz artaraq 329 min nəfərə çatıb.
Aclıq, iqlim dəyişikliyi və xəstəlik kimi qlobal problemlərə dair elmi məlumatları dərc edən "Our World in Data" internet saytının məlumatına görə, Avropa qitəsi 2019-cu ildə Parkinson xəstəliyindən ölüm hallarının ən çox baş verdiyi yerlər sırasındadır.
Yunanıstan "Parkinson xəstəliyindən ən çox ölən Avropa ölkəsi" olaraq qeydə alınıb.
2019-cu ilin məlumatlarına görə, Yunanıstanda hər 100 min nəfərə 25,2, İslandiyada 15,6, Finlandiyada 15,4, Almaniyada 15,1, İtaliyada 13,9, Albaniyada 12,8, Böyük Britaniyada 12,7, Hollandiyada 12,4, Belçikada 12,3 və Avstriyada 12,32 nəfər düşür.
Bu göstərici Yaponiyada 11, ABŞ-da 10,5, Avstraliyada 8,1 olub. Rusiyada Parkinson xəstəliyindən ölümlər digər ölkələrlə müqayisədə 100 000 nəfərə 6,4 nəfər aşağıdır.
Mütəxəssislər xəstəliyə yoluxma və ölüm hallarının sayının artmasını demoqrafik artımla yanaşı, orta ömür müddətinin uzanması ilə əlaqələndirirlər.
ABŞ-da hər il 90.000 insan Parkinson xəstəliyinə tutulur. Bu ölkədə Parkinson xəstələrinin sayının 2030-cu ilə qədər 1,2 milyona çatacağı təxmin edilir.
ABŞ Xəstəliklərə Nəzarət və Qarşısının Alınması Mərkəzlərinin (CDC) məlumatına görə, xəstəlik, ABŞ-da ölüm hallarının 14-cü səbəbi arasındadır. (publika.az)
Milli.Az / news.milli.az

Xəbərlər     Baxılıb: 2134   Tarix: 21 aprel 2023
f Paylaş

Oxşar xəbərlər

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Pəhriz kekslərini necə hazırlamaq olar? - Unu bununla əvəz edin

Pəhrizdə olsanız belə, bu, özünüzü dadlı yeməkdən imtina etmək üçün bir səbəb deyil. Təqdim edəcəyimiz reseptə görə hazırlanmış pəhriz keksləri öz çəkilərinə baxanlar üçün əsl xilasedici olacaq. . Gecə yatmazdan öncə anana

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Konservləşdirilmiş balıqdan imtina etməyin, amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən bildirir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Qızılca ilə bağlı XƏBƏRDARLIQ - Yenidən. Hazır qəhvəd

.

Çox tərləyənlər bu yazını oxusun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. -a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən, qadınlard

.

Bu dərmanı içəndə tərəvəz yeməyin

İngiltərədə mütəxəssislər antibiotik qəbul edən və onu xəstələrə yazan həkimlərə səslənib. . -a istinadən xəbər verir ki, insanlara antibiotik içərkən çiy tərəvəz və salatdan uzaq olmaları bildirilib. Bu, orqanizmdə mikro

.

Hamilə qadınlar bu qidaları qəbul etməməlidir

Hamiləlik hər bir qadının həyatında vacib bir mərhələdir, bunun üçün düzgün hazırlanmaq lazımdır. .   -a istinadən bildirir ki, əsas aspektlərdən biri düzgün qidalanmadır. . Ana olmağa hazırlaşan qadın, kifayət qədər miqdard

.

Kakaonun qiyməti kəskin ucuzlaşdı

Aprelin 19-da kakao paxlasının qiyməti tarixi maksimuma çatıb. Həmin gün Nyu York birjasında bu məhsulun 1 tonunun qiyməti 11 722 dollar idi. -a istinadən xəbər verir ki, may ayında məhsulun qiymətində 30 faizə yaxın azalm

turlar.az

sonxeber.az geyim necə seçməli kosmetik vasiteler geyim dəbləri veten haqqinda bayati hamilə geyimləri hekayələr hamiləlik hesablama kosmetika gozde olar statuslar sekis hakista hüzeyir hacibəyov