Bulqur salatı (Kısır)

Bulqur salatı (Kısır)Türkiyədə hansı məclisə getsən, hardasa 90 faizində kısır adlı salatı süfrədə görə bilərsiniz. Elə Türkiyədən kənarda yaşayan türklərin süfrələrində də. Mən onu birinci dəfə dadandan sonra o qədər bəyənmişəm ki, Türk məclislərinə gedəndə gözüm həmişə kısır axtarır. Evdə özüm də hazırlayıram fürsət tapdıqca. Salat qısa vaxt ərzində hazırlanır. Sizə əsas lazım olan ərzaq bulqurdur, özüdə plovluq olan iri bulqur deyil, narın olanı.

Kısırın əsas ərzaqı bulqur və cəfəri olsa da, Türkiyədə hərənin öz kısır resepti var. Reseptlər regionlara görə də dəyişə bilir. Məsəl üçün, kimi buraya heç narşərab qatmır, kimi sarımsaq qatır, kimi soğanın acısını cıxardıb qatır, kimi isə heç soğan qatmır, kimi xiyar-pomidor-bibər də doğrayıb qatır. Bunlar hamısı zövq məsələsidir.Mənim sevdiyim resept budur. Şəkildəki narşəraba fikir verin, o buraya nə uzaq, nə yaxın – düz Azərbaycandan gəlib! Bəh bəh! Sizə nuş olsun!

Bulqur salatı (Kısır)

Ərzaqlar:

2 fincan xırda bulgur (Türkiyədə buna köftelik bulqur deyirlər)
2 fincan qaynar su
1 xörək qaşığı tomat pastası
1 xörək qaşığı qırmızı bibər pastası ( acılığı zövqə görə seçilir)
1/3 fincan zeytun yağı
1 orta ölçülü limonun şirəsi
2 xörək qaşığı narşərab
¼ fincan xırda doğranmış baş soğan
1 fincan doğranmış təzə cəfəri
½ fincan doğranmış təzə nanə
½ fincan göy soğan
Zövqə görə duz və xırdalanmış quru qırmızı acı bibər
Süfrəyə vermək üçün kahı yarpaqları

Birinci olaraq bulqur hazırlanır. Bulquru aşağıdakı 2 üsüldan biri ilə hazırlamaq olar.

1-ci üsul: Bulqur orta ölçülü qaba əlavə olunur. Ayrıca tomat və bibər pastası qaynar suda həll edilir və bulqurun üzərinə tökülür. Sonra isə üzəri qapaqla örtülür. Bulqur suyu tam canınca çəkənə və şişənəcən 20 dəqiqə bir kənarda saxlanılır. Sonra qapaq götürülür. Çəngəl və ya qaşıqla bulqur qarışdırılır.

2-ci üsul: Bulqur orta ölçülü qaba əlavə edilir.Üzərinə çıxana qədər qaynar su tökülür. Qapaqla örtülür. Su bulqura tam hopana və bulqur şişincəyə qədər 20 dəqiqə ərzində ağzı ötülü qabda saxlanılır. Hazır olduqda qarışdırılır. Üzərinə tomat və bibər pastası əlavə edilir.Bütün bunlar əllə yaxşıca qarışdırılır.

Daha sonra bura zeytun yağı,limon şirəsi,narşərab qatılır.

Doğranmış baş soğan və digər göyərtilər əlavə edilir və qarışdırılır. Zövqə görə üzərinə duz və qırmızı bibər qarışığı vurulur.

Hazır salat süfrəyə kahı yarpaqları ilə birlikdə verilir. Nuş olsun!

Mətbəx     Baxılıb: 2523   Tarix: 02 oktyabr 2021
f Paylaş

Oxşar xəbərlər

.

Qat-qat xəmir ilə göbələkli, farş ətli piroq

Yumşaq qat-qat xəmirdən müxtəlif cürə yeməklər hazırlaya bilərsiniz. Qeyd edək ki, qat-qat xəmir mağazalarda hazır satılır. İstəsəniz evdə də hazırlaya bilərsiniz. Tezliklə qat-qat xəmirin resepti də saytımızda hazır olacaq

.

Mərci mal əti şorbası Scrocchiarella restoran resepti

Tərkibi (1.8 L qazana). Yerkökü - 100 q. Qırmızı soğan - 150 q. Kərəviz - 60 q. Mal əti bonfili - 300 qr. Mərci - 120 q. Təzə bolqar bibəri - 200 q. Zeytun yağı - 50 q. Kərə yağı - 50 q. Pomidor sousu - 400 q. Soyulmuş sarımsa

.

Çox şık, çox məmnun: Kremli toyuq resepti

Kremli toyuq resepti üçün maddələr. Toyuq üçün:. 3. nömrə. toyuq budu. 5. yemək qaşığı. zeytun yağı. 2 -ci. diş. sarımsaq. bir. çay qaşığı. quru kəklikotu. bir. desert qaşığı. limon qabığı. bir. desert qaşığı. duz. bir. ça

.

BALQABAQ VƏ BİSKVİTLİ TORT RESEPTİ

Tərkibi:. 3-4 dilim iri balqabaq. 2,5 stəkan şəkər tozu. 1 litr süd. 3 xörək qaşığı un. 1 xörək qaşığı nişasta. 1/2 paket marqarin. 1 paket vanil. 200 qram qoz ləpəsi. 100 qram fındıq. 3 paket biskvit (peçenye). Hazırlanması:

.

Balqabaq yeməyi resepti üçün maddələr 5 nömrə orta balqabaq bir nömrə orta soğan 3 diş sarımsaq 4 yemək qaşığı zeytun yağı bir nömrə böyük pomidor 1/2

Balqabağın toxumlu hissələrini yemək hazırlayarkən istifadə etməyin, çünki yeməyi sulandırmaz. Rəndələnmiş balqabaqlı balqabağın hazırlanmasında da istifadə edə bilərsiniz. İstəsəniz balqabağı yarıya bölün. Tava içərisin

.

Ləzzətə hopdurulmuşdur: Fan Kartof Resepti

Fan Kartof Resepti üçün Tərkibi. 4. orta ölçü. kartof. 5. yemək qaşığı. kərə yağı. bir. diş. sarımsaq. bir. desert qaşığı. duz. 3-4. filial. rozmarin (istədiyiniz kimi). bir. çay qaşığı. təzə doğranmış qara bibər. İkinc

.

Özünü müalicə: Tərəvəzli şorba resepti

maddələr. Baharatlı Tərəvəz Şorbası Resepti üçün Tərkibi. 4. yemək qaşığı. Günəbaxan yağı. bir. nömrə. soğan. 2 -ci. nömrə. yerkökü. bir. nömrə. qırmızı bolqar bibəri. bir. nömrə. kərəviz sapı. bir. nömrə. kabak. 2 -ci. filial

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

turlar.az

sonxeber.az qadin dunyasi qadın geyimi toy makiyajlari dirnaq uzatmaq yollari qadin dunyasi.az ulduz falı reyhan kampotu kosmetika hakiwda yuxuda qara ilan gormek penis novruz bayramina aid hakisdalar novruz hakisdalari