Ceyran Rəhimova: "Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım

Ceyran Rəhimova: "Verilişimə gələn müğənnilərin geyiminə qarışırdım. Çünki açıq-saçıq geyinmədən də gündəmdə olmaq olar. Son vaxtlar mənim "Instagram" hesabım açıqdır. Təbii ki, şərhlərin hamısı xoşagələn deyil. Bu, ola da bilməz. Aralarında qərəzli şərhlər də var. İnsan özü bilir, həmin qərəzli şərhləri kimlər yazır. Lakin müsbətlər də var. Ona görə deyirəm ki, vacib deyil açıq-saçıq geyinib gündəm yaradasan. Müəyyən adamlar var idi ki, o dövrdə efirə çıxanda geyimi, hərəkəti davranışı ilə. Axı sən həyatda bu deyilsən. Bəs niyə kamera qarşısına çıxan kimi belə oldun, dəyişdin? Sən bir oxuduğun mahnıya, onun yazarına, bəstəkarına bax, ondan sonra. Axı sənin oxuduğun xalq mahnısı, muğamla geyimin düz gəlmir. Ona görə geyimlərinə müdaxilə edirdim".
Sözləri aparıcı Ceyran Rəhimova verilişlərin birində deyib. O, fəaliyyət göstərdiyi dövrdə qarşılaşdığı rəqabətdən söz açıb. Aparıcı verilişinin bağlanmasını istəyənlərin olduğunu etiraf edib:
"Mən onları görmürdüm. Həmişə öz işimlə məşğul olmuşam. Verilişin efirə getməyini istəməyənlər də var idi. Verilişi efirdən çıxarmaq istəyiblər. Amma yenə də öz işimdə olmuşam. Onlardan bezib televiziyadan getdim. Artıq elə şeylərlə mübarizə aparmaqdan yoruldum. Ona görə də düşündüm ki, getsəm, yaxşıdır. Həmin insanlar bu gün heç televiziyada deyil, uzaqlaşıblar".
C.Rəhimova son aylarda yaşadığı itkilərdən danışıb:
"Güclü qadın ifadəsini sevmirəm. Qadına güclü sözünü yaraşdırmıram. Qadın incə, zərifdir. Amma həyat bizi gücləndirir. Biz güclü olmağa məhkumuq. Həyatımda nə qədər çətin anlar olsa da, onların öhdəsindən gəlmişəm. Amma itki insanı gücdən salır. İstər kişi, istərsə də qadını. Son 10 ayda həyatımda iki ağır itki oldu. Gördüm ki, həqiqətən də gücümü itirmişəm. Dünyasını dəyişmək asandır, amma onun dərdini çəkmək çətindir". 
Qeyd edək ki, C.Rəhimova uzun illər AzTV-də "Sən bir nəğmə" verilişinin aparıcısı olub. Bu yaxınlarda aparıcı tezliklə efirə qayıdacağını bildirmişdi.
Aparıcının bir müddət əvvəl bacısı vəfat edib.
///Axşam.az / azxeber.com

Şou Biznes     Baxılıb: 675   Tarix: 15 aprel 2024
f Paylaş

Oxşar xəbərlər

.

Taylor Svift rekord qırdı

14 dəfə Grammy mükafatı alan müğənni Taylor Swift yeni albomu ilə rekord qırıb. xəbər verir ki, Swift-in 6 gün əvvəl yayımlanan "The Tortured Poets Department" albomu bir həftədən az müddətdə Spotify-da 1 milyar

.

Fatiməni məhkəməyə verdilər

Rəqqasə Fatimə Fətəliyeva yenidən məhkəməlik olub. Axşam.az-a istinadən xəbər verir ki, buna səbəb onun biznesidir. Bu haqda sənətçi "Günaydın Azərbaycan" verilişində danışıb. O bildirib ki, gözəllik mərkəzini

.

Xəstəxanalıq olan məşhur aktrisa fanatlarına çağırış etdi - FOTO

Türkiyəli aktrisa Tuvana Türkay xəstəxana otağından foto paylaşaraq izləyicilərinə xəbərdarlıq edib. xarici mediaya istinadən xəbər verir ki, "Qüdsün Fatihi Selahəddin Eyyubi" serialında rol alan Tuvana Türkay pərəstişkarların

.

11 səbəb üçün alça yeyin - FAYDALARI

Yaşıl alçanın bir çox faydalı xüsusiyyətləri var. Axşam.az alçanın bilinməyən 11 faydasını təqdim edir:. 1. Birləşdirici  toxumaları gücləndirir. 2. Pəhriz əsnasında çəkinizin azalmasına köməkçi olur. 3. Yüksək miqdarda antioksidan

.

Müğənniyə pul xərcləyən sevgilidir, sponsor yox' - Mədinə Məlik

Təcrübəli prodüser və müğənni Mədinə Məlik ARB televiziyasında "Elgizlə izlə" verilişində qonaq olub. xəbər verir ki, o, sponsor hesabına populyarlaşan müğənniləri sərt tənqid edib. "Müğənniyə pul xərcləyə

.

Rusiyalı aparıcı ana olmağa hazırlaşır

Rusiyalı moddel və aparıcı Victoria Bonya ana olmağa hazırlaşır. xəbər verir ki, uzun zamandır gizli saxladığı sevgilisinin hədiyyələrini izləyicilərinə nümayiş etdirən Bonya, hamiləlik suallrı qarşısında susqunluğunu qoruyurdu

.

55 yaşlı Selin Diondan yarılçılpaq fottoseessiya - FOTOLAR

Sərt əzələ sindromu xəstəliyi ilə mübarizə aparan dünyaca məşhur müğənni Selin Dion Fransanın "Vogue" jurnalının yeni sayının üz qabığına çəkilib. xəbər verir ki, 55 yaşlı müğənni ağ köynək və şortda yarıçlpaq pozala

.

Qalkin Allaya mənimlə bağlı qadağa qoyub' - Flip Kirkorovdan etiraf

Flip Kirkorov Alla Puqaçova ilə soyuq münasibətlərindən danışıb. xəbər verir ki, Puqaçovadan boşandıqdan sonra Filipp Kirkorov keçmiş həyat yoldaşı ilə mehriban münasibət saxlamağa çalışdığını, lakin Qalkinin buna mane olduğun

.

Kayli Cenner brendi üçün yarıçılpaq poza verib - FOTOLAR

Kylie Jenner şəxsi brendi olan "Khy"ın yeni kampaniyası üçün yarıçılpaq poza verib.  . xarici mətbuata əsasən xəbər verir ki, yayımlanan kadrlarda onun cins şalvarda və üst hissədən çılpaq olması diqqət çəkib. İk

turlar.az

sonxeber.az kosmetoloq toy makiyaji sekilleri geyim və ayaqqabılar dondurma dırnaqlara qulluq hamilələrin qidalanması makaronlar kosmetika badambura 8 mart tanisliq xanim az azerbaycanli is adami amerikada gullelendi