Doğuşdan sonra qadınlar niyə depressiyaya düşür?

Doğuşdan sonra qadınlar niyə depressiyaya düşür?Doğuşdan sonra yaranan yorğunluq və gücsüzlük gənc ananın psixoloji vəziyyətinə mənfi təsir göstərə bilər.

Doğuşdan sonra yaranan depressiya da bütün dünya üzrə milyonlarla qadını maraqlandıran problemlərdən biridir.

Medicina.az doğuş sonrası yaranan depressiyanın səbəblərini araşdırıb.

Məlum olub ki, yaranan bu vəziyyətin səbəbi qəfil baş verən hormonal dəyişiklik, doğum səbəbindən yaranan stress, körpənin qayğısına qalma həyəcanı və s. olur. Bu depressiya əsasən öz yüksək həddinə doğuşun 4-cü günü çatır və 14-15-ci günlərə qədər həmin səviyyədə qalır.

Bu zaman gənc analar dərin qüssə, darıxma və şəxsi natamamlıq hissi yaşaya bilər. Belə olduqda qadın körpə ilə emosional əlaqə hiss etmir və onun qayğısına qalmaqda çətinlik çəkir.

Depresiya aylarla uzana, hətta psixoza səbəb ola bilər. Bu zaman körpənin, ananın və ev sakinlərinin həyatı təhlükə altına girmiş olur.

Səbəbləri

Bu narahatlığın əsas yaranma səbəbi qanda olan hormonların səviyyəsinin dəyişməsi olsa da, bir sıra digər amillərdən asılı olaraq da yarana bilər.

•Əsasən uşaqsalma, ölü uşaq doğma və bir sıra çətin doğuşlar səbəbindən meydana çıxır.

•Qadının həyatında daha əvvəldən depressiya yaşanıbsa, o zaman onun doğum sonrası depressiya yaşama şansı yüksələcək.

•Yaxınları tərəfindən kifayət qədər qayğı görməmək

•Uşağın hər hansı bir xəstəliklə dünyaya gəlməsi

•Siqaret çəkmə, alkoqol və narkotikdən istifadə

•Planlaşdırılmayan və ya arzuolunmayan hamiləlik

Qeyd edək ki, qadın depressiv vəziyyətdə olarkən onda özünəqəsd fikri yaransa da, bu, keçici xarakter daşıyır. Əgər bu vəziyyət vaxtında aradan qaldırılmazsa, o zaman qadında psixoza bağlı hallüsinasiya görmə, səslər eşitmə yarana bilər.

Bu vəziyyəti aradan qaldırmaq üçün isə aşağıdakı hallar diqqət yetirilməlidir:

•Maksimum çox yatmaq lazımdır.

•Uşağın qayğısı ilə digər yaxınlarınızın məşğul olmasını təmin edin. İstirahətinizə kifayət qədər vaxt ayırın.

•Hisslərinizi gizli saxlamayın, yaxınlarınızla bölüşün.

•Ev işlərini ideal görməyə can atmayın. Bütün vaxtınızı körpəyə ayırın. Digər işlər gözləyə bilər.

•Kofein tərkibli içkilər və alkoqol qəbul etməyin.

•Qida rasionu sağlam qidalardan ibarət olmalıdır.

•Dostlanızla və həyat yoldaşınızla görüşə, söhbətə vaxt ayırın. Tez-tez gəzməyə çıxın.

Saglamolun.Az

Xəbərlər     Baxılıb: 1554   Tarix: 13 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Meteohəssas insanlar üçün sabahın PROQNOZU

Mayın 9-da gözlənilən tibbi-meteoroloji proqnoz açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən -a verilən məlumata görə, Abşeron yarımadasında meteoroloji amillərin mülayim tərəddüdü gözlənilir ki, bu da  meteohəssas insanla

.

Bu yaşdan sonra prostatdan yoxlanmaq lazımdır

5 il öncəyə qədər 50 yaşdan yuxarı kişilər prostat xərçənginə qarşı yoxlanmalı idisə, artıq bu tələb dəyişib. -a istinadən xəbər verir ki, uroloq Aleksandra Vinnikova prostat xərçənginin müasir kişilərdə ən çox rast gəlinə

.

Zeytun yağının daha bir faydası ortaya çıxdı

Son araşdırmalar göstərib ki, gündə təxminən yarım xörək qaşığı zeytun yağı demensiyadan ölmə ehtimalını azalda bilər. Ürək damarlarını qoruyan, stressi azaldan çay. Min dərdə dərman "ağ çiçəyim"- Ağacda bitən ca

.

Konservləşdirilmiş balıqdan imtina etməyin - Amma belə yeyin

Konservləşdirilmiş məhsullar sağlam hesab edilmir.   -a istinadən xəbər verir ki, şəkərlə doldurulmuş konservləşdirilmiş tərəvəz və meyvələrdən imtina etmək daha yaxşıdır. . Mütəxəssislər konservləşdirilmiş balıqdan imtin

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Hazır qəhvədə xəstəlik yayır? - İçki həvəskarlarının 90%-i yanılır

Bir çox insanlar səhərlər dəmlənmiş qəhvə əvəzinə hazır qəhvə içirlər. Bəzi qəhvə həvəskarları bu vərdişi etiraf etməkdən utanırlar. Utanmaqlarına səbəb onlar əmindirlər ki, içdikləri içki keyfiyyətsizdir və orqanizm üçü

.

Çox tərləyənlər bu yazını oxuyun

Tər qoxusunu aradan qaldırmaq üçün müxtəlif antipersperantlardan istifadə edilir. axşam.az-a istinadən xəbər verir ki, bu vasitələr orqanizm üçün zərərlidir. Həddən artılq istifadəsi müxtəlif dəri xəstəliklərinə o cümlədən

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Tez yuxuya getmək üçün nə etməli - MƏSLƏHƏT

Ümumi fiziki və emosional vəziyyətimiz sağlam və keyfiyyətli yuxudan asılıdır, amma bir çox insanlar, xüsusən də böyük şəhərlərin sakinləri yuxuya getməkdə problem yaşayırlar.   -a istinadən xəbər verir ki, bunun səbəbi stress

turlar.az

sonxeber.az yaz geyimleri 2024 toy makiyaji sekilleri aksessuarlar testosteron nədir qaslar erroziya nədir xolesterini azaldan qidalar kosmetika novruza aid hakışta novruz bayrami baldiz qiz evi ucun baldıza aid hakışta