Dünya şöhrətli psixoloqun həyatınıza ciddi təsir edən unikal müalicə TEXNİKASI

Dünya şöhrətli psixoloqun həyatınıza ciddi təsir edən unikal müalicə TEXNİKASIÖzünüzə və ümumiyyətlə həyata münasibətinizi necə dəyişdirmək olar?
Milli.Az xəbər verir ki, dünya şöhrətli psixoloq Luiza Hey "Öz həyatını necə bərpa etməli" kitabında həyata olan münasibətimizi müsbət istiqamətdə dəyişməyin yollarından danışır. Oxucuları psixoloqun "Özümə haqq qazandırıram" müalicə texnikası ilə tanış edirik.
Növbəti ayda daima özünüzə bu sözləri təkrar edin: "Özümə haqq qazandırıram". Bu sözləri gündə 300-400 dəfə təkrar edin. Nə qədər çox olsa, o qədər yaxşıdır. Qoy bu sözlər hər zaman sizinlə olsun və əzbər bildiyiniz duanız olsun. Bu ifadə ona qarşı çıxan hər şeyi şüurunuzun səthinə çıxaracaq.
Məsələn, ağlınıza hər hansı mənfi fikir gəldiyi zaman: "Kök olduğum halda özümü necə bəyənə bilərəm?", yaxud "Belə bir şeyin mənə kömək etməsini düşünmək axmaqlıqdır" deyə bilərsiniz. Bilin ki, artıq fikirlərinizi nəzarət altına almağı öyrənməyin vaxtıdır. Fikri olduğu kimi qəbul edin və onu Allah amanında buraxın. Vida kimi nəzakətlə deyin: "Səni Allah amanında qoyub özümə haqq qazandırıram".
Bəziləri bu məşqin səmərəsiz, əhəmiyyətsiz və mənasız olduğunu düşünə bilər. Qoy bu fikirlər sakit şəkildə şüurunuzdan keçsin, onların üzərinizdə heç bir gücü yoxdur, əlbəttə ki, onları özünüz seçməmək şərti ilə. Belə fikirlər dəyişikliklərə qarşı sizin dirənişinizdir.
Heç nəyə baxmayaraq, davam etməlisiniz. Başqalarının sizə dediklərinə fikir verməyin. Əgər kimsə haqq qazandırmağınız bir şeyi etdiyi zaman bu ifadəni özünüzə söyləsiniz, daxilən ruhi inkişaf prosesində olduğunuzu biləcəksiniz.
Düşüncələri özümüzə tabe etməyənə qədər onların üzərimizdə heç bir hakimiyyəti yoxdur. Fikirlər özlüyündə heç bir əhəmiyyət daşımır. Onları biz əhəmiyyətli edir və arzu etdiyimiz mənanı özümüz seçib yükləyirik. Bu baxımdan özünü qəbul etmək başqalarının fikirlərindən xilas yolu ilə keçir.
Sizə tez-tez "çəhrayı donuz" desəydim, mənə ya gülər, ya da dəli olduğumu deyərdiniz. Buna heç bir halda inanmardınız. Özümüzə dediklərimizin çoxu eyni dərəcədə mümkünsüzdür. Məziyyətlərinizin bədən quruluşunuz ilə düz mütənasib olduğuna inansaq, bu, aşkar cəfəngiyyata inanmaq deməkdir.
Adətən bizim çatışmazlıq hesab etdiyimiz hər hansı bir xüsusiyyət individuallığımızın ifadəsidir. Unikallığımız da bundadır. Təbiət özünü heç vaxt təkrarlamır. Dünyanın yaradılışından bəri yer üzünə oxşar qar dənəsi və damcı düşməyib. Hətta hər çobanyastığı da digərlərindən fərqlənir.
Barmaq izlərimiz də bizim kimi fərqlidir. Təbiət belə qurulub. Əgər siz bunu qəbul etməyə hazırsınızsa, onda özünüzü tez-tez başqaları ilə müqayisə etməyəcəksiniz. Başqalarına oxşamaq öz ruhunu qurutmaq cəhdləridir. Bu dünyaya biz özümüzü ifadə etmək üçün gəlmişik. Həyatda ruhi axtarışları başlayana qədər kim olduğumu bilmirdim.
Odur ki, bizi bədbəxt edən fikirləri qovmaq vaxtıdır. Gəlin sevdiyimiz işləri görək və yanında özümüzü yaxşı hiss etdiyimiz insanlarla bərabər olaq.
Məlumat üçün bildirək ki, Luiza Hey müsbət enerji ötürən, ruhlandırıcı əsərlər müəllifi və "Hay House" nəşriyyat şirkətinin təsisçisidir. Amerikalı yazıçı daha çox "Həyatına şəfa ver", "Düşüncə gücü ilə müalicə" kitablarına görə tanınır.
İstedadlı psixoloqun bestsellerlərindən biri də "Öz həyatını sağalda bilərsən" kitabıdır. Bu kitab 30-dan çox dilə tərcümə olunub və minlərlə insanın həyatını xilas edib. Kitabın əsas ideyası ondan ibarətdir ki, xoşbəxtlik hər kəsin öz əlindədir. Çox sadə səslənir, elə deyil? Onda niyə bizim aramızda problemlərini həll edə bilməyən çox pessimist və bədbəxt insanlar var? Bəlkə, həyata başqa cür baxmağın zamanıdır?
Milli.Az

Xəbərlər     Baxılıb: 758   Tarix: 22 oktyabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Onlara sağlamlığınızı əmanət ETMƏYİN: vicdansız həkimlərin 5 ƏLAMƏTİ

Hər hansı ciddi problem üçün həkimə müraciət etməkdən çəkinməməlisiniz, lakin bəzi əlamətlər həkiminizin yaxşı seçim olmadığını və alternativ axtarmağın lazım olduğunu göstərir.   -a istinadən bu əlamətləri sadalayır:. Həki

.

Min bir dərdin dərmanı – Zəncəfilli çay

Min bir dərdin dərmanı - Zəncəfil. Təkcə immunitetin artmasına deyil, eyni zamanda payız aylarında əhvalınızın yaxşı olmasına kömək edəcək. Əgər təzə zəncəfil yerinə toz halına salınmış zəncəfil istifadə etsəniz, o zama

.

Ürək damarlarını qoruyan, stressi azaldan çay

Təbii sağlamlıq məhsulları ənənəvi tibb alternativləri arasında populyarlıq qazanır. Bu məhsullar arasında berqamot kimi dərman bitkilərinin sağlamlığa müsbət töhfələri önə çıxır. Bəs berqamotun sağlamlıq üçün faydaları nələrdir?

.

Armud şirəsi 10 xəstəliyin dərmanı imiş

Armud şirəsi qədimdən bir çox xəstəliklərin şəfası hesab edilib.   -a istinadən armud şirəsinin 10 faydasını təqdim edir:. Çox tərləyənlər bu yazını oxuyun. Banan qabıqlarını ƏSLA ATMAYIN! - Gözünüzün altına qoysanız. Ba

.

Duzlu qida sevənlərə xəbərdarlıq: Dəhşətli xəstəliyə

Vyana Tibb Universitetinin (Avstriya) alimləri qidaya duz əlavə etmək, həmçinin duzlu qidaların həddindən artıq istehlakı ilə mədə xərçənginə tutulma riskinin 39% artması arasında əlaqəni müəyyən ediblər. Xərçəng əmələ gətirə

.

Yemək bişirəndə duzu nə zaman əlavə etməliyik?

Duz yeməyin dadının dəyişməsinə kömək edir. Məhz bu səbəbdən duz olmadan yemək yemək son dərəcə çətindir. .   -a istinadən xəbər verir ki, bəzi yeməkləri başlanğıcda duzlamaq lazımdır. Söhbət istənilən növ dənli bitkilərdə

.

Qırışları və ləkələri yox edən düyü maskası – RESEPT

Düyü maskalarının gücü hamıya məlumdur. Bir çox məşhur brendin təqdim etdiyi düyü maskası minlərlə qadının gözəllik rutinində yer alır. Düyü maskaları həm qırışları açır, həm də dəri ləkələrini aradan qaldırır. Eyni zamand

.

Hıçqırıqdan necə qurtulmaq olar? - 6 sadə üsul

Mütəxəssislər hıçqırıqdan qurtulmağın yollarını açıqlayıblar. -a istinadən xəbər verir ki, hıçqırıqdan qurtulmağın 6 sadə üsulu var. 1. Əgər su içirsinizsə, onda yalnız buzlu su və yalnız kiçik qurtumlarla için və ya sadəc

.

Təzyiqi olanlar bunları yesin

Yüksək təzyiq (hipertoniya) 40 yaşdan sonra bir çox insanlarda rast gəlinir. Təzyiqi dərmanla yanaşı bitki və quru meyvələrlə də salmaq mümkündür. -a istinadən təzyiq xəstələri üçün lazımlı olan quru meyvələri təqdim edir:

turlar.az

sonxeber.az qadın geyimi makiyaj etmek qaydalari geyim necə seçməli arıqlamaq qaydaları elm haqqinda atalar sözləri zebra keksi müalicəvi bitkilər kosmetika babasil oglan evi xerceng novruz bayramına aid hakışda aysel