Dünyanın ən ucuz, təsirli və nisbətən zərərsiz DƏRMANI haqqında BİLMƏDİKLƏRİMİZ

Dünyanın ən ucuz, təsirli və nisbətən zərərsiz DƏRMANI haqqında BİLMƏDİKLƏRİMİZ"Aspirin" ticarət adı ilə tanınan asetilsalisil turşusunun tarixi bir çox təsadüflərdən ibarətdir.
Aspirin ağrıları və temperaturu azaltmaq üçün bir vasitə kimi 1897-ci ildən tibdə istifadə olunur. Lakin 20-ci əsrin ortalarında, amerikalı həkim Laurens Kreyven boğazda artıq ətin aradan qaldırılması əməliyyatından sonra asetilsalisil turşusu ilə saqqız tövsiyə etdiyi xəstələrdə tez-tez qanaxma və qan durulması yarandığını görür. Məlum olur ki, xəstələr tövsiyə olunan dozanı dəfələrlə aşıb.
Bundan sonra həkim qərara gəlir ki, bu əks təsir - qanı durultması infarkt və insultin qarşısını almaq üçün effektiv üsuldur. Lakin Kreyvenin tapıntıları qəbul edilmir və 1956-cı ildə yayımlanan məqaləyə əhəmiyyət verilmir. Yalnız 20-ci əsrin sonlarında aspirinin profilaktikası məsələsi yenidən tibin gündəminə qaldırılır.
Maraqlıdır ki, təxminən 80 ildir asetilsalisil turşusundan istifadə edən həkimlər bunun təsir mexanizmini bilməyib. Yalnız 1971-ci ildə ingilis biokimyaçısı Con Ueynin əməyi sayəsində tanınır.
Məlum oldu ki, turşu bədənimizdə xüsusi bioloji aktiv maddələrin - bədənin istiliyinin tənzimlənməsində, iltihab reaksiyalarında və qan laxtalanma sisteminin işində iştirak edən prostaqlandinlərin sintezinə maneə törədir. Odur ki, aspirin belə geniş bir spektrə malikdir. 1982-ci ildə Con Veyn və isveçli həmkarları Sune Berqström və Bengt Samuelson bu kəşf üçün Nobel mükafatına layiq görülür.
Asetilsalisil turşusu ilk dəfə 1853-cü ildə fransız alimi Şarl Frederik Gerard tərəfindən sintez edilib. Əsası qədim zamanlardan bəri bilinən söyüd qabığı idi. O dövrün Alman İmperiyasının qanunlarına görə, kimyəvi birləşmələr patentli deyildi, ancaq bənzərsiz ticarət markası qeydə alına bilərdi. Buna görə yeni dərmana "aspirin" adı verilir. Mənası hərarəti azaldan və ya ağrıkəsən dərman deməkdir.
Əvvəlcə aspirin toz şəklində satılırdı və yalnız 1904-cü ildən bu yana həb şəklində satışa buraxılmağa başlanır. 1915-ci ildən bu yana aspirin satılır. Aspirin dünyanın ucuz, təsirli və nisbətən zərərsiz olmaqla, ən populyar ağrıkəsici dərmanı hesab olunur.
1952-ci ildə uşaqlar üçün yüngül aspirin növü yaradılır, 1969-cu ildə aspirin tabletləri Apollo astronavtının ilk yardım dəstinə daxil edilir.
Bu gün aspirin antipiretik və ağrıkəsici kimi, infarkt və trombozun qarşısını almaq üçün, müəyyən xəstəliklərin kompleks müalicəsində, məsələn, ginekologiyada istifadə olunur. Aspirinin "paxmel" əlamətlərini aradan qaldıran bir vasitə kimi istifadəsi geniş yayılıb.
Aytən Məftun /publika.az

Sağlamlıq     Baxılıb: 1279   Tarix: 19 yanvar 2020
f Paylaş

Oxşar xəbərlər

.

Babasili, mədə xorasını sağaldan qanqal - Qaraciyərin dərmanı

200 il bundan əvvəl qanqalın adı Qədim Romanın tibbi elmi əsərlərində çəkilirdi. Bitki qara ciyər xəstəliklərində istifadə olunurdu. Uzaq keçmişdə qanqalı Avropa həkimləri də qara ciyər xəstəlikləri zamanı istifadə edirdilər

.

Vanil bitkisinin faydaları: Sinirləri dincəldir, öskürəyı xırp kəsir

V. Vanil bitkisi Meksika mənşəli bitkidir. Səhləbkimilər fəsiləsinə aid olan və Meksika meşələrinin sahilyanı ərazilərində bitən dırmanma bitkisidir. Ətrafındakı digər ağaclarda 2-3 sm qalınlığında tumurcuqları ilə 10 metr

.

Bunu etməyən kişilərdə cinsi problemlər yaranır

Mütəxəssislər gündə iki dəfə dişlərini fırçalamayan kişilərdə erektil disfunksiya riskinin artdığını bildirirlər.  xəbər verir ki, bunu son aparılan tədqiqatlar sübuta yetirib. Araşdırmalar göstərib ki, ağız gigiyenasın

.

Qadınların ən erogen zonaları – Birinci yerdə beyin

Münasibətlər harmoniya və qarşılıqlı inam üzərində qurulursa, qadınlar öz üstünlükləri haqqında danışmaqdan çəkinmirlər. Amma elə də olur ki, zərif cinsin nümayəndəsi öz bədənini tanımırvə ya cinsi mövzuda nəsə deməkdən qorxur

.

Həftədə 3 dəfə intim münasibət - Bu xəstəlikləri sağaldır

Müntəzəm sağlam cinsi münasibətlər insan orqanizmində bir sıra pozğunluqlar və xəstəliklərin müalicəsinə də müsbət təsirini göstərir.  seksin hansı xəstəliklərdə yardımçı dərman ola biləcəyi barədə araşdırmasını təqdim edir

.

Qadınlara dodaq boyasına niyə icazə verilmirdi? - Zərərli idi, yoxsa... Qəribə FAKTLAR

Bəzi ölkələrdə dini səbəblərə  görə qadağan edilən dodaq boyası (pomada) buna baxmayaraq, son 137 il ərzində  ardıcıl olaraq hazırlanan kosmetik vasitədir. Müasir dövrdə çantasında dodaq boyası daşımayan bir qadın tapa bilməzsiniz

.

İsti hava kişilərin ata olmaq şansını azaldır - SƏBƏB?

Son araşdırmalar göstərib ki, həddindən artıq isti hava kişilərdə spermanın kəmiyyətinə və keyfiyyətinə mənfi təsir göstərir. Sinqapur Milli Universitetində aparılan araşdırmada 818 kişidən alınan sperma nümunələri sayəsind

.

Kişiləri razı salan intim elementləri - Həm sağlamlıq, həm həzz

Çoxlarının düşündüyünün əksinə olaraq, kişilər hər saniyə seks xəyal etmir və cinsi əlaqə zamanı təkcə boşalmağı arzulamırlar. Həm də yataqdakı həzzi uzatmaq və müxtəlif cinsi fantaziyaları sınamaq istəyirlər. Dünyanın

.

Ağrı və əzabları aradan qaldırdan yağ - Qızılgül yağı cinsi həvəsi artırır

Bu günə qədər mövcud olduğunu bildiyimiz qızılgül yağı qədim dövrlərdə sağlamlıqda və bir çox xəstəliklərin müalicəsində istifadə edilən əsas yağdır. Osmanlı təbabətində "ağrı kəsici" olaraq xatırlanan qızılgü

turlar.az

sonxeber.az geyim və ayaqqabılar hamilelikde qidalanma qadın geyimi faydalı bitkilər elm haqqinda atalar sozleri payız xəstəlikləri hamilə qadın nə yeməli kosmetika oglan evi masqalar novruz haqistalari suni mayalanma hamilelik