Düzgün qidalanmamaq orqanizmi istənilən virus infeksiyası qarşısında aciz qoyur

Düzgün qidalanmamaq orqanizmi istənilən virus infeksiyası qarşısında aciz qoyurYeni növ koronavirus (COVID-19) pandemiyası dövründə bəzən həm sağlam qidalanmadan, həm də pəhriz saxlamaqdan imtina edənlər olur. Düzgün qidalanmamaq isə artıq çəkiyə və bəzi xəstəliklərin yaranmasına səbəb olur.
Milli.Az bildirir ki, зəhriz saxlamaq istəyənlərin diqqət yetirməli məsələlərindən danışan həkim-diyetoloq Ləman Süleymanova AZƏRTAC-a deyib: "Düzgün qidalanmamaq, kortəbii diyetalar, arıqlamaq üçün qəbul edilən dərmanlar immun sistemini o qədər zəiflədir ki, orqanizm istənilən virus infeksiyası qarşısında acız qalır. Pandemiya dövründə immuniteti zəif olan, siqaret çəkən, arıqlamaq üçün dərmanlar istifadə edən və mədəkiçiltmə əməliyyatına məruz qalanlar xüsusilə ehtiyatlı olmalıdırlar".
Həkim-diyetoloqun dediyinə görə, pandemiya zamanı, həmçinin stresdə olarkən diyeta saxlamaq çətinlik yaradır, eyni zamanda, immun sisteminə də mənfi təsir göstərir. Ən vacib şərtlərdən biri isə gündə üç dəfə düzgün qidalanmaqdır: "Səhər, günorta və axşam yeməyi mütləq vacibdir. İmmunitet sisteminin aktivləşməsi üçün səhər qəbul edilən qidaların əhəmiyyəti çox böyükdür. Saat 7-dən 9-a qədər qəbul edilən səhər yeməyi zamanı rasionda mütləq meyvə-tərəvəzlər də olmalıdır. Xüsusilə C vitamini ilə zəngin olan narıngi və portağal qəbulu vacibdir. Bununla yanaşı, tərkibində A və E vitamini olan, eləcə də B qrupu vitaminləri, dəmirlə zəngin meyvələrə üstünlük verilməlidir. Kəskin respirator virus infeksiyalarının yayıldığı dövrdə süfrədə qırmızı ət, balıq əti, proteinlə zəngin qidalar olmalıdır. Axşam saatlarında orqanizm ağırlaşır, qanda şəkərin səviyyəsi yüksəldiyindən təzyiq də arta bilər, ona görə də yüngül qidalar qəbul edilməli, çoxlu maye içilməlidir".
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1133   Tarix: 11 dekabr 2020
f Paylaş

Oxşar xəbərlər

.

Bu yağlar qanda laxtalanma riskini artırır

Həkimlər qan laxtalanma riskini artıran yağ növlərini açıqlayıblar.   -a istinadən bildirir ki, bu yağlar qızartma zamanı xüsusilə təhlükəli olur. Banan yeməyin faydaları və zərərləri. Soğanın hansı növü daha faydalıdır?

.

Nəyə görə 40 yaşdan sonra təzyiq "oynayır"?

40 yaşdan sonra ömrü boyu təzyiq problemi olmayan insanda da təzyiq problemləri başlaya bilər. -a istinadən xəbər verir ki, məşhur ginekoloq, tibb elmləri namizədi Kamil Bəxtiyarov 40 yaşdan sonra təzyiq probleminin səbəbin

.

Beli incəltmək üçün 3 qızıl qayda

Yay aylarında çəkini azaltmaq, incəlmək və çimərlik mövsümünə hazır olmaq hər kəsin əsas problemlərindən birinə çevrilir. Xüsusilə də, qarın və bel ətrafındakı piylərdən qısa müddətdə xilas olmaq çox çətindir. Lakin mütəxəssislə

.

Mədə üçün ən faydalı ədviyyat: qastritin dərmanı

Ədviyyatlar arasında mədə üçün ən faydalısı hildir. -a istinadən xəbər verir ki, dünyanın ən bahalı ədviyyatlarından biri olan hil Cənubi Asiyanın məhdud bölgələrində bitir. Bu səbəbdən nadir və qiymətli ədviyyatdır. - Hi

.

Kivini qabığı ilə yeyin: Daha FAYDALIDIR

Kivinin faydaları haqqında hər kəs eşidib. Lakin az adam bilir ki, bu meyvəni qabığı ilə yemək daha faydalıdır.   -a istinadən xəbər verir ki, kivi qabığı çox sağlamdır. Tərkibində çoxlu lif, fol turşusu, kalium, C və E vitaminlər

.

Cökə çayının bilmədiyimiz faydaları

Mütəxəssislər cökə çayının bilinməyən faydalarını açıqlayıblar.   -a istinadən bildirir ki, bu çay qan təzyiqini normallaşdırmağa, həzmi yaxşılaşdırmağa və bədəndə iltihabı azaltmağa kömək edir. Xərçəng əmələ gətirməyə qadi

.

Yaponların "sarı qızıl" adlandırdıqları toxum – Faydaları saymaqla bitmir

Yaponlar öz mətbəxlərində tez-tez sarı küncütdən istifadə edirlər. Əsasən suşi və salatlarda istifadə edilən sarı küncüt faydaları ilə də diqqət çəkir. Çoxlu qəhvə içmək varikoz yaradır. Cökə çayının bilmədiyimiz faydaları 

.

Daha çox yaşamağa kömək edən QİDALAR

Tədqiqatlar göstərir ki, pəhrizinizə daha çox bitki əsaslı qidaların, xüsusən də omeqa-3 yağ turşuları ilə zəngin olan qidaların əlavə edilməsi ürək-damar problemlərindən əziyyət çəkən insanların ömrünü uzatmaqda əsas ro

.

Soğanın hansı növü daha faydalıdır?

Soğan immuniteti möhkəmlədir, dərini cavanlaşdırır, virusları öldürür, damarları təmizləyir. Amma hansı soğanı daha çox yeməliyik- yaşıl, ağ, yoxsa qırmızı?. Eləcə də porey soğanı unutmamalıyıq. İmtahandan əvvəl bunları YEYİN

turlar.az

sonxeber.az kosmetoloq gözəllik məhsulları reseptler bulka reseptləri gözəl saçlar faydalı bitkilər dirnaq pilkalamaq kosmetika vətən haqqında atalar sözləri dovsan google kondom nedir seksi