Çiyələkli Çizkeyk

Çiyələkli ÇizkeykBu gün çizkeyk sevənlər üçün çox ləzzətli bir resept yazacağam. Abbi adında bir xanımdan gələn reseptdir, amma mən bu reseptə bəzi əlavələr də etmişəm. Məsəl üçün çizkeykin üstünə xamadan düzəldilmiş krem ve çiyələk də əlavə etmişəm. Bunlar zəruri deyil, amma çizkeyk belə olduğunda daha ləzzətli və gözəl görünür. Çiyələyiniz yoxdursa, başqa meyvədən, məsəl üçün böyürtkən, morux, kivi və sairə kimi meyvələrdən istifadə edə bilərsiniz. Tortun üstündə nanə də var. Nanə şirniyyatlara rəng qatır. Burada nanədən şirniyyatları bəzəmək üçün geniş istifadə olunur.

ÇİYƏLƏKLİ ÇİZKEYK
Abbinin çizkeyk resepti əsasında

Qazmağı (dibi) üçün:
2 stəkan (180 q) kraker (peçenye) – ovulmuş
100 q kərə yağı – əridilmiş (ərinmiş deyil)
2 xörək qaşığı şəkər tozu
1 çay qaşığı vanilya ekstraktı və ya bir çimdik vanil tozu

Çizkeyk üçün:
3 paçka (toplam 700 q) krem-pendir (cream cheese) – otaq hərarətində
1 stəkan (210 q) şəkər tozu
3 iri yumurta – otaq hərarətində
1 stəkan (230 q) qaymaq (rusca: slivki)
1 xörək qaşığı təzə sıxılmış limon suyu (portaqal suyu da ola bilər)
1 xörək qaşığı vanilya ekstraktı və ya bir çimdik vanil tozu
1 xörək qaşığı Amaretto likyoru (zəruri deyil)

Üstü Üçün:
2 stəkan (450 q) xama
¼ stəkan (60 q) şəkər tozu
½ çay qaşığı vanilya ekstaktı və ya bir çimdik vanil tozu
nazi-nazik dilimlənmiş çiyələk

HAZIRLANMASI:

1. Sobanı 180Cdək qızdırın. Çaydanda su qaynadın – lazım olacaq.

2. Qazmaq ərzaqlarını bir qabda qarışdırın. Xüsusi kənarları çıxan (spring form pan) tort formasının altını folqa kağızı ilə bükün ki , su keçirməsin (tort su hamamında bişəcək). Formanın dibinə qazmağı töküb barmaqlarınızla basın ki, yaxşıca yapışsın. Formanı kənara qoyun.

3. İri qabda krem-pendir və şəkər tozunu mikserlə hamar kütlə alınanadək çalın. Bir-bir yumurtaları əlavə edib, çalın. Qaymaq, vanilya, limon suyu və əgər istifadə edirsinizsə, Amaretto likyorunu da əlavə edib krem halına gələnədək çalın.

4. Alınan qarışığı hazırladığınız formanın içərisinə tökün. Ayrı, kənarları hündür formaya qaynatdığınız suyu tökün. Çizkek olan formanı qaynar su olan formanın içinə yerləşdirin. Su çizkeyk formasının ortasına qədər gəlməlidir.

5. Çizkeyki 50 dəqiqə ərzində istinmiş sobada bişirin. Bişən keyk tamamilə bərk olmayacaq. Formanı tərpətdiyinizdə, tortun ortası bir az titrəyəcək, və bu da normaldır. Sobanı söndürün, amma çizkeyki oradan çıxartmayın – qoyun çizkeyk orada 30 dəqiqə müddətində soyusun.

6. Bu vaxt ərzinsə tortun üstünü hazırlayın. Bir qabda xama, şəkər tozu, vanilyanı qaşıqla qarışdırın. Çizkeyk sobada 30 dəqiqə qaldıqdan sonra, onu oradan çıxardıb hazırladığınız xamalı qarışığı onun üstünə yayın. Çizkeyki sobaya geri qoyun (soba sönmüş olmalıdır- yaddan çıxartmayın!). Yarım saatdan sonra çizkeyki sobadan çıxardın və soyuması üçün kənara qoyun. FORMADAN ÇIXARTMAYIN!!!! Bir az soyuduqdan sonra üstünü örtüb soyuducuya qoyun. Orada bir gecə qalsın. Sabahı gün formanın kənarlarını çıxardın. Formanın altı isə qalsın. Süfrəyə verməzdən əvvəl tortun üstünü çiyələk dilimləri ilə bəzəyin. İstəyə görə nanə yarpaqları da səpilə bilər. Nuş Olsun!

XANIM.AZ

Mətbəx     Baxılıb: 1433   Tarix: 30 iyun 2021
f Paylaş

Oxşar xəbərlər

.

Bayat çörək atmayın, köftə hazırlayın!

Bayat çörəyi necə qiymətləndirə bilərəm? Bayat çörəyi atmayın, köftə hazırlayın! Bayat çörək köftesi resepti ilə uşaqlarınız üçün həm qidalandırıcı, həm də dadlı çörək köftələri hazırlaya bilərsiniz. Sizə reseptimizdə baya

.

Pendirli, göyərtili fəsəlinin resepti - Video resept

Tərkibi:. 600qr un (200qr-lıq stəkanla 4stəkan dolu 5 ci stəkanın 3 ). 400ml ilıq su 2 stəkan. 8 qram yaş maya (quru 1 silə çay qaşığı). İçliyi üçün:. 250qr ağ pendir. hərəsindən 1 dəstə- keşniş,şüyüd, göy soğan və yarı

.

Şəfaverici Itburnu Içkisi – Resept

E vitamini ilə zəngin olan itburnu bitkisinin dəri üçün də faydalı olduğu məlum olub. Hətta bir çox dəriyə qulluq vasitələrinin tərkibinə itburnu ekstraktı və yağı əlavə edilir. Bu bitkini olduğu kimi yemək bir qədər çətindir

.

Kiçik Qablarda Kükü

Hamının tanıdığı kükünü bu formada süfrəyə təqdim etsəniz əminəm ki, çox maraqlı və fərqli olacaq. Kiçik maffin qablarında sobada hazırlanan göyərti küküsü həm isti yemək, həm isti qəlyanaltı və ya qarnir kimi ət yeməklərini

.

Mandarin Bulgur Salat Resepti

Mandarin Bulgur Salat Resepti üçün Tərkibi. Salat üçün:. 2 -ci. su şüşəsi. bulgur başı. 4. nömrə. Mandarin. 2 -ci. çay qaşığı. duz. bir. nömrə. yerkökü. 6. nömrə. quru pomidor. bir. bağlamaq. təzə nanə. Sos üçün:. 1 çay fincanı

.

Badımcan Pizzası

Yəqin ki, badımcanı nə qədər çox sevdiyimi bilirsiniz. Badımcanla klassik dolma, cığırtmadan tutmuş, Çin mətbəxində badımcanın hazırlanması və bir çox başqa reseptlər ilə sizinlə artıq paylaşmışam. Bu gün isə sizə bosta

.

Yumurtalı ət ruleti (foto resept)

Tərkibi:. Farş- 500 q. Soğan- 1 ədəd. Sarımsaq- 1 diş. "Best cow" kərə yağı- 50 q. Şüyüd- 1 dəstə. Yumurta- 3 ədəd. Duz-istiot. Hazırlanması:. Soğanı xırda-xırda doğrayıb kərə yağında ızarana qədər bişiririk. Soğanı

.

Qaraciyərin dadlı bişirilməsinin QAYDALARI

Qaraciyəri dadlı bişirmək üçün bəzi vacib qaydaları bilmək lazımdır. 1. İlk növbədə qaraciyər təzə olmalıdır. Yaxşı qaraciyər yumşaq, elastik, nəm və parlaq olur. Qaraciyərin üzərində qan laxtaları, yaşıl ləkələr olmamalıdır

.

Qara dəniz dadı: Kumak Recipe

Kuymak Resepti üçün Tərkibi. 2 -ci. yığılmış yemək qaşığı. kərə yağı. 2 -ci. yığılmış yemək qaşığı. qarğıdalı unu. bir. su şüşəsi. Bu. (otaq temperaturunda). bir. Damğa. kəsmik. 1 çay fincanı. Qaynar su. bir. çay qaşığı silin

turlar.az

sonxeber.az geyim və ayaqqabılar həkim məsləhəti geyim seçimi kokteyl paltarlari şəxsi təcrübə huseyn cavid seirleri qan qruplari haqqinda melumat kosmetika layla maraqlı novruz bayramina aid google hakışdalar