Ekzotik meyvələrin faydası

Ekzotik meyvələrin faydasıDükanlarda hər mövsümdə müxtəlif ekzotik meyvələri tapmaq olur. Bu meyvələrin müxtəlif faydalı xüsusiyyətləri və həmçinin əks-göstərişləri var.
İlk növbədə nəzərinizə çatdıraq ki, bu meyvələrin əksər hissəsi müxtəlif allergik reaksiyalara səbəb ola bilər. Allergiyalara meyilli olan insanlar və kiçik yaşlı uşaqlarda belə reaksiyaların ehtimalı daha yüksəkdir.
Bu səbəbdən ilk dəfə olaraq hər hansı ekzotik meyvə qəbul etdikdə ehtiyatlı olun, meyvənin kiçik tikəsi ilə kifayətlənin.
Ekzotik meyvələri yalnız dəymiş şəkildə qəbul edin, kal meyvələrin qəbulu təhlükəli ola bilər.
Avokado
Bu meyvə xolesterinin səviyyəsini aşağı salır, qara ciyərə müsbət təsir edir, qanın tərkibini yaxşılaşdırır, anemiya ilə mübarizədə kömək edir.
Avokado güclü antioksidant xüsusiyyətlərinə malikdir və bu səbəbdən orqanizmin qocalmasını ləngidir, dərini cavanlaşdırır, orqanizmi müxtəlif növ xərçəng xəstəliklərinin inkişafından qoruyur.
Ürək üçün çox xeyirlidir. Həm kişi, həm də qadınların cinsiyyət sisteminə müsbət təsir edir.
Avokadonun tərkibində çoxlu miqdarda yağlar və zülallar var ki, bu meyvə ən qidalı meyvə sayılır.
Avokadonun çəyirdəyi çox zəhərlidir.
Ananas
Artrit, bronxit, pnevmoniya, infeksion xəstəliklər zamanı çox xeyirlidir. İmmuniteti möhkəmləndirir. Damarları təmizləyir, qanda xolesterinin səviyyəsini aşağı salır və bu səbəbdən ateroskleroz, infarkt, insult kimi ağır pozulmaların profilaktikasında istifadə oluna bilər.
Sinir sisteminə çox müsbət təsir edir, sakitləşdirir. Mübadilə prosesləri sürətləndirir. Həzm prosesləri yaxşılaşdırır və sürətləndirir. Əgər qida qəbulundan sonra siz mədədə ağırlıq hiss edirsinizsə, 1 tikə ananas yeyin.
Ananas qanı duruldur və bu səbəbdən varikoz xəstəliyi, tromboflebit zamanı çox xeyirlidir.
Mədə və 12 barmaq bağırsağı xoraları və eroziyaları, qastrit olan insanlar ananası qəbul etməməlidir. Ananas selikli qişaları qıcıqlandırır.
Banan
Bu meyvə bizim rasionda artıq öz yerini tutub. Banan ürək üçün çox xeyirlidir. Ürək xəstələri olan insanlar hər gün 1 banan yeməlidir.
Pektin maddələri və sellülozla zəngin olan banan həzm proseləri yaxşılaşdırır, bağırsaqları təmizləyir.
Banan çox yaxşı enerji mənbəyidir, insanın tonusunu və əhval-ruhiyyəsini yaxşılaşdırır.
Banan əqli fəaliyyəti stimullaşdırır, kişilərdə potensiyanı artırır, spermatogenezə (spermatozoidlərin hazırlanması) müsbət təsir edir.
Körpələrin qidalandırılmasında bu meyvə çox geniş istifadə olunur.
Şəkərli diabetdən əziyyət çəkən insanlar bu meyvəni qəbul etməməlidir.
Karambola
Qanda xolesterinin səviyyəsini aşağı salır, immuniteti gücləndirir, orqanizmin infeksiyalara olan davamlılığını artırır. Ürək üçün xeyirlidir, arterial təzyiqini normallaşdırır, baş ağrıları ilə mübarizədə kömək edir.
Qreypfrut
Güclü ödqovucu təsirinə malikdir. Qara ciyərin fəaliyyətini aktivləşdirir. Orqanizmi şlaklar və toksinlərdən təmizləyir.
Damarları təmizləyir və onların divarlarını möhkəmləndirir, aterosklerozla mübarizə edir. İmmuniteti möhkəmləndirir. Arıqlamağa kömək edir.
Mədə xəstəlikləri zamanı bu meyvənin qəbulu tövsiyə edilmir.
Kivi
Bu meyvə də bizim üçün artıq ekzotik sayılmaya bilər. C vitamini ilə zəngin olan kivi immuniteti möhkəmləndirir, orqanizmi infeksiyalardan qoruyur. Qan təzyiqini və şəkəri aşağı salır.
Həzm prosesləri stimullaşdırır, qəbizliklə mübarizə edir.
Kokos
Kokos qalxanvari vəzi, ürək-damar sistemi, gözlər, oynaqlar üçün çox xeyirlidir. Aterosklerozla mübarizə edir, xəsrçəng xəstəliklərinin profilaktikasında böyük rol oynayır, bağırsaqların fəaliyyətini stimullaşdırır. İmmun sistemini möhkəmləndirir, iltihabəleyhinə təsirinə malikdir.
Kosmetologiyada müxtəlif maskaların, kremlərin, şampunların tərkibində çox geniş istifadə olunur.
Kokos südü xüsusilə faydalıdır. Onun tərkibində müxtəlif vitaminlər, mikroelementlər, yağlar, zülallar var. Bu süd xəstə, zəiflənmiş insanlar üçün olduqca xeyirlidir.
Manqo
Ürək-damar sistemi və böyrəklər üçün xeyirlidir. Virusəleyhinə təsirinə malikdir, gözlər və dəri üçün xeyirlidir. Orqanizmdə gedən qocalma prosesləri ləngidir, dərini çavanlaşdırır.
Marakuya
Ürək-damar sistemi üçün çox xeyirlidir. Sinir sisteminə müsbət təsir edir, sakitləşdirir, yuxunu yaxşılaşdırır, depressiya ilə mübarizədə kömək edir.
Mübadilə prosesləri yaxşılaşdırır, artıq çəki ilə mübarizədə kömək edir.
Meyvənin qabığı zəhərlidir. Marakuya allergiyaya səbəb ola bilər.
Papaya
Qanda xolesterinin səviyyəsini aşağı salır, ürək-damar sistemi xəstəlikləri və bu xəstəliklərin profilaktikası zamanı olduqca xeyirlidir. Qurdəleyhinə təsir edir. Bronxial astma zamanı xeyirlidir.
İltihablarla mübarizə aparır, psoriaz xəstəliyi zamanı müalicəvi təsir edir, üz dərisini təmizləyir.
Allergiyaya səbəb ola bilər.
Milli.Az /news.milli.az

Xəbərlər     Baxılıb: 1182   Tarix: 10 may 2022
f Paylaş

Oxşar xəbərlər

.

Cökə çayının bilmədiyimiz faydaları

Mütəxəssislər cökə çayının bilinməyən faydalarını açıqlayıblar.   -a istinadən bildirir ki, bu çay qan təzyiqini normallaşdırmağa, həzmi yaxşılaşdırmağa və bədəndə iltihabı azaltmağa kömək edir. Xərçəng əmələ gətirməyə qadi

.

Yaponların "sarı qızıl" adlandırdıqları toxum – Faydaları saymaqla bitmir

Yaponlar öz mətbəxlərində tez-tez sarı küncütdən istifadə edirlər. Əsasən suşi və salatlarda istifadə edilən sarı küncüt faydaları ilə də diqqət çəkir. Çoxlu qəhvə içmək varikoz yaradır. Cökə çayının bilmədiyimiz faydaları 

.

Yuxuda hamilə oduğunu görmək nə deməkdir? - Yaradıcılıq və yeni

Yuxu beynin fəaliyyət normasının minimal səviyyəyə enməsi və ətraf mühitə olan reaksiyaların azalması ilə müşayiət olunan təbii fizioloji bir prosesdir. Yuxu yozmaları və yuxu terminləri ilk yarandığı gündən bəri filosofla

.

Köpün qarşısını almaq üçün lobyanı belə bişirin

Lobya bir çoxlarının sevdiyi qida növü olsa da, bişirilən zaman o mədədə şişkinliyə səbəb ola bilir. . -a istinadən xəbər verir ki, aşpazlar bunu lobyanın düzgün bişirilməməsi ilə əlaqələndirirlər. Bildirilir ki, lobya düzgü

.

Yaponlar qara ənciri niyə çox yeyirlər? – İnanılmaz faydaları

Sağlamlıq və uzun ömür dedikdə ağla ilk gələn ölkə olan Yaponiyada meyvə və tərəvəz istehlakına çox əhəmiyyət verilir. Yaponların ən sevdikləri meyvələrdən biri də qara əncirdir. Hətta Yaponiya 2025-ci ildə Türkiyənin Burs

.

Boğaz ağrısı zamanı hansı qidaları yemək olmaz?

"Boğazda qıcıqlanma və ya boğaz ağrısı varsa, duzlu, yağlı və ədviyyatlı yeməklərdən imtina etmək daha məsləhətlidir". -a istinadən bildirir ki, bunu rusiyalı otorinolarinqoloq Asiyat Zirkuyeva deyib. "İl

.

Yatmazdan əvvəl bunu etmək sağlamlığınıza zərər verə bilər - Həkim AÇIQLADI

Baylor Tibb Kollecindən (ABŞ) dietoloq Roberta Andinqin sözlərinə görə, yatmazdan əvvəl qəbul edilən zəngin qidalar və kofeinli içkilər gecə istirahətinin keyfiyyətinə mənfi təsir göstərə bilər. Eyni zamanda, yüngül bir şa

.

Yayda döymə etdirməyin! - Mütəxəssisdən XƏBƏRDARLIQ

Döymələr bir çox insanın ayrılmaz hissəsinə çevrilib və müasir cəmiyyətin reallıqları hətta işəgötürənləri də bununla bağlı fikirlərini yenidən nəzərdən keçirməyə məcbur edir. Bəs yayda döymə etdirməyə dəyərmi?.   -a istinadən xəbə

.

Bədənin hansı hissəsindəki şişkinlik nə mənayə gəlir? – Bu halda həkimə müraciət edin

Bədənin müxtəlif yerlərində vaxtaşırı yaranan şişkinlik, çoxumuzun zaman-zaman yaşadığı problemdir. Bu, adətən mayenin müvəqqəti olaraq toplanmasından qaynaqlanır. Ancaq şişkinlik tez-tez baş verirsə, diqqət tələb edən məsələy

turlar.az

sonxeber.az hamilelikde qidalanma adlarin menasi reseptler maskaların hazırlanması burc xelife zirincin faydaları bulka reseptləri kosmetika şəkərbura mikayıl abdullayev olumu big.az sirniyatlar