Əməkdar artist üzr istədi: 'Sözlərim yanlış anlaşılıb

Əməkdar artist üzr istədi: 'Sözlərim yanlış anlaşılıbBu günlərdə Əməkdar artist Sevinc Sarıyevanın "Rəngarəng səhər" verilişində dediyi sözlər qalmaqala səbəb olub. Belə ki, bəzi saytlar müğənninin tamaşaçıları təhqir etdiyini, "tamaşaçı bizə aşağıdan yuxarı baxır. Bizsə tamaşaçıya yuxarıdan aşağı baxırıq. Bu nə deməkdir? Yəni biz şahıq"- dediyini yazıb.
azxeber.com Milli.Az-a istinadən xəbər verir ki, bununla bağlı "525.az"a açıqlama verən sənətçi sözlərinin kontekstdən çıxarıldığını iddia edib:
"Verilişdə aparıcı mənə dedi ki, bəzi müğənnilərin özlərini aparmaq tərzinə görə tamaşaçılar bu sənətin daşıyıcılarına təlxək kimi baxırlar. Düzü, bu söz mənə çox təsir elədi və orada dedim ki, müğənnilik, musiqiçilik heç də aşağı sənət deyil. Bizim işimiz təkcə oxumaq deyil, bu sənətin tanınmış mütəxəssisləri, musiqişünasları, elmlər namizədləri, professorları var. Mən özüm də hazırda elmi iş üzərində işləyirəm. Bu sənət şah sənətidir. Əgər hansısa tamaşaçı bizə təlxək kimi baxırsa, onda biz o tamaşaçıdan yuxarıda dayanırıq. O bizə aşağıdan yuxarı baxır.
Sonra da üzümü həmkarlarıma tutaraq dedim ki, bu sənətin adını batırmaq olmaz. Mən bütün sənətçilərə deyirəm, xahiş edirəm, bu sənətin adına layiq hərəkət edin. Azərbaycan musiqisinin adını batırmayın".
Əməkdar artist Sevinc Sarıyeva onun adı ilə yazılmış sözlərdən inciyən tamaşaçılardan yanlış anlaşılmaya görə də üzr istəyib:
"Bizi biz edən tamaşaçılarımızdır. Mən ötən il üç konsert verdim, üçündə də anşlaq oldu. Tamaşaçı bilet alıb konsertimə gəlir, sənətimi dəyərləndirir, mən necə ona qarşı hörmətsiz ola bilərəm?! Təəssüf edirəm ki, verilişdə dediyim sözlər konteksdən çıxarıldı və bu cür təqdim edildi. Buna görə bütün tamaşaçılarımdan üzr istəyirəm".

Şou Biznes     Baxılıb: 696   Tarix: 09 dekabr 2023
f Paylaş

Oxşar xəbərlər

.

Hadisenin ayrıldığı sevgilisi toy hazırlığına başladı

"Yarqı" serialında Ceylin obrazını canlandıran məşhur aktrisa Pınar Dəniz və uzun müddətdir sevgili olduğu həmkarı Kaan Yıldırımın toy hazırlıqlarına başladığı məlum olub. xəbər verir ki, yay aylarında evlənəcə

.

Sizdə bu vitaminlər çatmırsa....- RİSKLİ XƏSTƏLİK

D vitamini ilə zəngin qidalar bağırsaqlarda xüsusi bakteriya olan "Bacteroides fragilis"in böyüməsini təşviq edir. Onlar bədənin şiş (xərçəng) hüceyrələrinə qarşı immun reaksiyasını gücləndirə bilər. Londondak

.

Evlilik tarixi bəlli oldu

Aktyor Tolqa Sarıtaş evlilik hazırlıqlarına başlayıb. xəbər verir ki, aktyor pərəstişkarlarına şad xəbəri verərək iyunda nikah masasına oturacağını açıqlayıb. Gəlinlik və bəy kostyumunu gələcək həyat yoldaşı Zeynep Mayruku

.

Sabir Rüstəmxanlının kürəkəni və qızı barışıb - FOTO

Bir müddət öncə boşanma xəbərləri ilə gündəm olan müğənni Elçin Cəfərov xanımı ilə barışıb. xəbər verir ki, Elçin "Instagram"da xanımı Aydan Rüstəmxanlını yenidən izləməyə başlayıb. Barışığın təsdiqi kimi isə digə

.

Məşhur Xalq artistinin qızı nişanını qaytardı

Məşhur Xalq artisti Nəzakət Teymurovanın qızı Nigar Teymurova ailə quracağı şəxslə yollarını ayırıb. -a istinadən xəbər verir ki, Nəzakət Teymurova bununla bağlı qatıldığı proqramların birində açıqlama verib. O, qızı Nigarı

.

Əməkdar artist Tünzalə Əliyevanın əri yenidən evlənir?

Mərhum "Toppuş bacı" ləqəbli Əməkdar artist Tünzalə Əliyevanın həyat yoldaşı Röyalın yenidən evlənməsi ilə bağlı məlumat yayılıb. Bu barədə o, özünün "Instagram" hesabında məlumat paylaşıb. Qeyd edib ki

.

Bu gün Ədalət Şükürovun evində toydur

Bu gün Əməkdar artist Ədalət Şükürovun qızı Jalənin toyudur. -a istinadən xəbər verir ki, məclis şəhər restoranlarından birində keçiriləcək. Toya şou-biznes nümayəndələri dəvət olunub. Qeyd edək ki, Ə.Şükürovun qızı Jaləni

.

Alt paltarında mağazaları gəzdi - FOTOLAR

Dünyaca məşhur müğənni Doja Cat və Quram Qvasalia birlikdə görüntüləniblər.  . AZXEBER.OM xəbər verir ki, müğənni və onun layihələrinin direktoru Nyu Yorkda alış-veriş edərkən kameralara tuş gəlib. 28 yaşlı Doja Catin mağazalar

.

Baliyə köçərkən burada itirdiklərimə peşman deyiləm' - Çingiz Mustafayev

Uzun zamandır səhnədən uzaqlaşıb Baliyə köçən müğənni Çingiz Mustafayev maraqlı etiraf edib. xəbər verir ki, bir müddətdir Balidə yaşayan və fərqli musiqilərə olan marağı ilə bilinən Çingiz pop musiqi ifa eməkdən zövq almadığın

turlar.az

sonxeber.az kosmetoloq geyim dəbləri toy makiyaji sekilleri dərslər kök suyu bilik haqqinda atalar sozu körpə gəzintidə kosmetika aydin sani kahfe fali kurtlar vadisi baldiza aid qiz evi ucun