Ən dəbli kosmetik vasitələr və rənglər

Ən dəbli kosmetik vasitələr və rənglərMakiyaj, geyim, stil, kosmetik vasitələr, saç düzümü - bunlar gözəl görünməyin əsas şərtlərindəndir. Sadalanan bu amillər hər fəslə görə dəyişir. Fəslin ən dəbli kosmetik vasitələr və rənglər bunlardır.

1.Bu payız "smokey eyes" ("tüstülü və ya yuyulmuş gözlər") üslubundakı makiyaj aktual olaraq qalır. Artıq bu makiyaj növü klassika hesab olunur, bu payız isə gözlərdəki rəng və forma daha da yayılmış formadadır. Dəbli göz kölgəsi çalarları isə qara, bənövşəyi, gümüşü və qızılıdır. Bu payız qaşlar da diqqətdən kənarda qalmayacaq. Onlara lazım olan qulluq: qaşların daranması və rənglənməsidir (saç rəngindən daha açıq çalarda olmamalıdır). Payız makiyajı 2010 üçün aktual rənglər bənövşəyi göz kölgəsi və bənövşəyi sürmədir. Bu rənglə kontrast çalarları - narıncı, göy və yaşıl, uyğunlaşdırmaq olar. Dodaqlar üçün də bənövşəyi çalarda pomada seçilməlidir. Çaların tünd və ya açıq olması seçiminizdən asılıdır. Obrazı bənövşəyi rəngli dırnaq boyası tamamlayacaq.

…Uçdu getdi quşlar

2. Sonuncu dəfə gözlərə maye sürmə ilə vintaj oxları (quşlar) 1950-ci illərdə kinoulduzlar vururdular: Sofi Loren, Bricit Bordo, Odri Helbernin filmlərinə baxmaq kifayətdir. Göz makiyajına karandaşla müxtəlif oxların çəkilməsi yenidən dəbədədir. Oxların forması klassik olaraq qalsa da (sonluğu bir az yuxarıya doğru qaldırılır), rənglərində dəyişiklik var (ağ və gümüşü). Belə oxlarla neytral rəngli kirşan və şəffaf dodaq parıltısından istifadə etmək kifayətdir. Taxma kirpiklər yenə də dəbin zirvəsindədir. Onlardan müxtəlif variantlarda - klassik, ancaq uclarda və ya istənilən formada istifadə edə bilərsiniz.

3. Fəslin dəbli saç düzümü
Əgər uzun saçlara sahibsinizsə, bu düzüm sizin üçündür. Bunun üçün sizə uzun saç rezini tələb olunacaq. Əvvəlcə saçınızı arxadan at quyruğu formasında yığın, sonra rezini saça dolayıb fırladın və sancaqla bərkidin.

4. İdeal natural
Hələ natural obrazı bu fəsildəki kimi heç vaxt populyar olmayıb. Bu mövsüm ən əsası təbii görünməkdir. Makiyajı elə vurmaq lazımdır ki, heç hiss olunmasın. Kosmetikadan minimum istifadə etmək yeni mövsümün birinci qaydasıdır. Ən önəmlisi üz dərisinin ideal olmasıdır. Bunun üçün dərini nəmləndirmək, qüsurları aradan qaldırmaq və hamar ideal çalar yaratmaq lazımdır. Bu, tamamlanmış makiyaj hesab oluna bilər, belə ki, ideal rəngdə sağlam dəri özlüyündə gözəldir. Təbii makiyaj üçün tonal effektli qulluq vasitələrindən və təbii çalarda olan kirşandan istifadə olunmalıdır. Dərinin qeyri-ideal hissələri korrektor vasitəsilə düzəldilir. Ənlik isə karamel rəngində olmalıdır.

5. Gözəl dırnaqlar
Bu fəsil dizaynerlər qızılı, şokolad, boz və bej rəngli dırnaq boyasına üstünlük veriblər. Belə ki, bu çalarlar hər bir dəri rənginə uyğun gəlir və gözəl görünür. Al-əlvan rənglərdən isə gələn yaya qədər müvəqqəti olaraq imitina edin.

6. Dəbli qırmızı pomada
Bu payızın aksenti dodaqlardır, qırmızı rəng yenə də dəbdədir. Qırmızı dodaq boyası obrazınıza parlaqlıq qatacaq. Düşünürsünüz ki, bu rəng sizə yaraşmır? Ola bilməz: sadəcə çalarınızı tapmamısınız. Dizaynerlər qırmızı pomadanın dəqiq çalarını müəyyən etmədiklərinə görə bu payız qırmızının bütün çalarlarından faydalana bilərsiniz. Həm mat, həm də parıltılı pomada dəbdədir.
Qırmızı pomada heç zaman dəbdən düşmür. Bu pomada istənilən stilə, xüsusilə romantik üsluba uyğun gəlir.

Gözəllik və Moda     Baxılıb: 5018   Tarix: 24 noyabr 2013
f Paylaş

Oxşar xəbərlər

.

Bu vərdişlər üzünüzdə QIRIŞ YARADIR

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Üzü masaj etməyin qaydaları - VİDEO

Masaj xidməti ilə üzünüzü cavanlaşdıra bilərsiz. İstənilən qadın müəyyən yaşdan sonra "sehirbaz" olmaq, 30, 40, 50 yaşlarında da 20 yaşında olduğu kimi görünmək istəyir. Bu məqsədlə bəziləri kosmetik prosedurlarda

.

Saçınızı özünüz rəngləyəndə bu səhvləri edirsiniz

Bəzi xanımlar saçlarını evdə özü rəngləməyi sevir. Lakin bu zaman onların yol verdiyi xətalar arzuolunan nəticəni əldə etməyə imkan vermir. Beləliklə, oxucuları saçları ev şəraitində rəngləyərkən yol verilən əsas səhvlərl

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

.

Keçmişin dəhşət doğuran 8 gözəllik standartı

Müasir dövrdə qızlar mümkün qədər möhtəşəm görünmək üçün çox pul və səy sərf edirlər. Ancaq keçmiş dövrlərdəki qadınların yaşadıqlarını bununla müqayisə etmək olmaz. İntibah dövrü – qırxılmış alınlar. İntibah dövründə hündür

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-ya

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

.

Dodaqların daha parlaq, sağlam və cazibədar görünməsi üçün nə etməliyik?

Qadınlar həmişə gözəl və cazibədar görünmək istəyir. Əslində gözəl qadın yoxdur, baxımlı qadın vardır. Hər bir xanım lazımı diqqəti özünə göstərsə, istədiyini əldə edə bilər. Təbii ki, baxımlı olmaq tək qadınlara məxsus anlayı

turlar.az

sonxeber.az gelinlikler kosmetoloq qadin sayti sağlamlıq haqqında kişi xəyanət edərsə qadinlarda cinsi isteksizlik kişi xəyanət kosmetika həmidə 8 mart narin faydasi layla cinsi elaqe