Ən tez hansı bürclər evlənir?

Ən tez hansı bürclər evlənir?Bürclərin evliliyə olan münasibətini atv.az-ın verdiyi bu yazıdan öyrənə bilərsiniz.

Qoç bürcü və evlilik - Həyatınızı inanılmaz dərəcədə dəyişdirib şənləndirə bilər. Əgər bu bürcdən olan biri ilə münasibətdəsinizsə, hər an hər şeyə hazır olmalısınız. Monoton bir münasibət gözləməklə böyük səhvə yol verirsiniz. Kişilərin çoxu qoç bürcünün qadınlarını əldə edə bilmir. Bu bürcün qadınları qürur və güc axtarırlar, eyni zamanda qarşı tərəfin itaət etməsini gözləyirlər. Çünki kiminsə onların üzərində hakimiyyət qurmağa çalışmasını xoşlamırlar. Qoç qadınları ilə evlənən kişilərin həyatı çox rəngarəng olur.

Buğa bürcü və evlilik - Buğa bürcünün qadınları və kişiləri adətən təmtəraqlı toyları xoşlayırlar. Hətta övladlarının toylarını təmtəraqlı keçirməyə çalışırlar. Evlilik buğa bürcləri üçün çətin verilən qərardır. Hər şeydən əvvəl münasibətinin sağlam olmasından əmin olmalıdır. Həyatının ən çətin qərarını verdikdən sonra plan quraraq hər şeyi detallarına qədər reallaşdırmağa tələsərlər. Xəyallarını nağıllardakı kimi dəbdəbəli toylar bəzəyir. Buğa bürcünün kişiləri seçdiyi xanımı daim qoruyur. Əgər sadiq və etibarlı buğa bürcündən olan bir kişi ilə evlənsəniz, bütün ehtiyaclarınızı ödəyəcəyindən əmin ola bilərsiniz. Buğa qadını üçün iş ön planda dayanır və karyerası daha çox əhəmiyyət kəsb edir. İstədikləri pilləyə qalxandan sonra ailə qurmaq sevdasına düşürlər. Əslində, sevgi dolu insanlardır. Uşaq sahibi olduqdan sonra onları hər şeylə təmin etmək üçün əllərindən gələni edirlər.

Əkizlər bürcü və evlilik - Hər cür mühitə asanlıqla öyərəşən yaxşı həyat yoldaşıdır. Ehtiyaclarını ödəyən və onunla eyni həyat tərzini paylaşan bir həyat yoldaşı ilə xoşbəxt olurlar. Əkizlər bürcü ilə sakit həyat sürmək çətin məsələdir. Bu bürclə evlənməzdən əvvəl bir neçə il tanışlığın faydası var. Bu, onların özlərini hazır hiss etmələri baxımından çox önəmlidir. Beləcə həyatının məhəbbətini bir neçə il tanımaq şansı qazanar, uzun müddət necə davranmalı olduğu haqqında təcrübə toplayar. Əkizlər bürcündən olan bir qadınla evlənsəniz, bacarıqlı və zəhmətkeş bir həyat yoldaşınız olar. Əkizlər bürcünün qadınları üçün başlanğıcda hər şey çətin olsa da, öyrəşdikdən sonra yaxşı həyat yoldaşı olurlar. Əkizlər şən və zövqlü insanlar sırasına daxildir.

Xərçəng bürcü və evlilik - Xərçəng bürcü çox ailəcanlıdır. Normal münasibət və ailə həsrəti çəkərlər. Ailə onlar üçün dünyanın ən müqəddəs məfhumudur. Buna görə də ailəsinə dəyər verər və qoruyarlar. Əgər evlilik həyatında problem olarsa, onu inadla həll etməyə çalışarlar.

Şir bürcü - Şir bücü hər şeyə nəzarət edir. Bəzi insanlar üçün bunun heç bir qorxusu olmaya bilər. Amma müstəqilliyə öyrəşmiş və avtoritar insanlara bu cür davranışlar ciddi şəkildə mane olur, problem yaradır. Əslində, şir bürcünün suverenliyini qəbul etmədən ayaqda dayana bilən insan onun üçün daha faydalı olacaq. Vəziyyət nə olursa-olsun onun evlilik həyatının əyləncəli və romantik keçəcəyindən əmin ola bilərsiniz. Şir bürclərinin qadınları dəlicəsinə sevilmək arzusundadır. Laqeydlik hiss edərsə, bu onun üçün ağır dərd olar. Həyat yoldaşına iş həyatı da daxil olmaqla hər sahədə dəstək olur.

Qız bürcü və evlilik - Qız bürcləri evlilik həyatında müəyyən bir nizam olmasını istəyirlər. Maddiyyət onlar üçün çox önəmlidir. Evlənməzdən əvvəl kommunal xərclərinin vaxtlı-vaxtında ödəyə biləcəyindən əmin olmaq istəyərlər. Arzuladığı həyatı yaşaya biləcək qədər pulu olmalıdır. Həm kişiləri, həm də qadınları bir-birini tənqid etməyə, səs-küy salmağa meylli insanlardır. Bu isə qarşı tərəfin özünə olan etibarını qırır və çox neqativ haldır. Qız bürclərinin kişiləri problem olduğu zaman canla-başla həll etməyə çalışırlar. Qız bürcünün nümayəndələri təşkilatçılıq qabiliyyəti yüksək, güclü və bacarıqlı insanlardır.

Tərəzi bürcü - Qərarsız tərəzilərin evliliyə qərar verməsi asan məsələ deyil. Münasibətlərinin möhkəmləndiyini hiss etdikdən sonra asan qərar verə bilirlər. Özlərini etibarlı əllərdə hiss etməzlərsə, eşqinizin saf və dürüst olduğunu sübut etmək lazım ola bilər. Bəzən mənasız yerə mübahisə salar və sevginizi sınaqdan keçirmək istəyərlər. Amma bir dəfə inanarlarsa, xoşbəxt olmaq üçün əllərindən gələni edərlər. Tərəzi bürcü və qadını aşiq olduğu zaman özlərini tamamilə qarşı tərəfə həsr edirlər.

Əqrəb bürcü və evlilik - Bir çoxu öz bağçasında sərbəst şəkildə dolaşmaq istəyər. Seksual uyğunluq onun üçün çox önəmlidir. Onun barmağına bir dəfə evlilik halqası taxa bilsəniz, işlər tamamilə dəyişər. Əqrəblərin əksəriyyəti ailə qurduqdan sonra atdığı hər addıma fikir verir, yüz ölçür-bir biçir, hər bir halda həyat yoldaşına arxa-dayaq olarlar. Sevdiyi insanın sevgisindən şübhələnərsə, inanılmaz dərəcədə qısqanc olarlar. Həyat yoldaşının ömür boyu yanında olub sakit həyat bəxş etməsini arzulayarlar. Əqrəb bürcləri ailəsini qorumaq üçün çox zəhmət çəkər və illər ötdükcə bu əlaqə daha da güclənər.

Oxatan bürcü - Oxatan bürcləri üçün evlilik duyğusal macəra və yeni bir kəşfdir. Bu həyəcan bitdiyi andan etibarən problemlərə səbəb olur. Sədaqətli bürclər deyillər. Hər işi birlikdə görməkdən çox, həyat yoldaşını sevmədiyi işləri görməyə məcbur edirlər. Bu isə əksər hallarda qısqanclıq böhranı ilə nəticələnir. Oxatan bürcünün qadınları övlad sahibi olmağı çox istərlər. Həyat yoldaşına bağlı olmağı xoşlamırlar, güzəştə getməyi bacarmırlar. Oxatan kişiləri isə arzuladığı qadını tapdığı halda işə nikahla son qoyarlar.

Oğlaq bürcü və evlilik - Oğlaq bürcləri üçün nikah masasına oturmaq asan deyil. Hər şeyin qaydasında olmasını gözləyər, səbr edərlər. Sevdiyi insanın evliliklə bağlı hər detala əhəmiyyət verməsini istəyərlər. Evlilik onlar üçün ölənədək davam edən birliyin başlanğıcıdır. Maddi mövzulara çox diqqət edərlər. Şəxsi həyatı və işi arasında tarazlıq quraraq ailəsinə də vaxt ayırmağa çalışırlar.

Dolça bürcü və evlilik - Qorxularından, şübhələrindən xilas olduğu anda evlənməyə qərar verirlər. Dolça bürcləri sadiq və əzmli olurlar. Həyat yoldaşına sərbəstlik və müstəqillik verirlər, eyni zamanda mehriban olmağa çalışırlar. Əgər bu haqlar onların əllərindən alınarsa, özlərini müstəqil şəxsiyyət hiss etməsələr, ailədə münaqişə çıxa bilər. Özlərini güvəndə hiss etmək istəyərlər və bunu ancaq yaxşı həyat yoldaşı hiss etdirə bilər. Evliliklərində dəyişiklik axtarar və yeni maraq dairələri tapmağa davam edərlər. Əgər sosial həyatları zədələnərsə, problem yarana bilər. Çünki dolçalar vaxtını ancaq bir insana həsr etməyi xoşlamırlar.

Balıq bürcü və evlilik - Balıqlar röyalarını reallaşdırmaq istəyən adamlardandır. Balıq bürcləri üçün bal ayı bitməz. Romantik evlilik həyatları olar. Bəzi balıqlar isə evləndiklərindən bir müddət sonra ilk günlər üçün darıxarlar. Həqiqətlər bomba kimi yağmağa başlayar. Balıq qadınları həyat yoldaşlarının ehtiyaclarına önəm verir. Şəfqətli və fədakar ana olurlar. Ailəsi ilə birlikdə vaxt keçirməkdən inanılmaz dərəcədə zövq alırlar. Balıq bürcündən olan kişilər isə həyat yoldaşına və uşaqlarına qarşı çox həssasdır.

Maraqlı     Baxılıb: 4888   Tarix: 26 noyabr 2016
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Azərbaycanlı reperin treki imtahan sualına salındı - FOTO

Reper Orxan Zeynallının (AİD) sözləri imtahanda istifadə olunub. olay-a istinadən xəbər verir ki, sənətçinin "Bir gün ökkədən qaçıb azmaq iri arzum, Elə bilmə səni yaddaşdan pozmaq idi arzum. Artıq donub əlləri, gücl

.

Fizika üzrə Nobel mükafatının qalibləri açıqlandı

Bu gün İsveçin paytaxtı Stokholm şəhərində Fizika üzrə 2022-ci il Nobel mükafatı qaliblərinin adları açıqlanıb. APA-ya istinadən bildirir ki, qaliblərin elan olunma mərasimi İsveç Kral Elmlər Akademiyasında keçirilib. Fizik

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Azərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizi

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Repetitorların qiyməti yüksəldi: 1 fənn üzrə 200 manat

Yeni tədris ili valideynlərin qayğılarını artıb. "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, xüsusilə 10 və 11-si sinif şagirdlərinin valideynləri övladlarını məktəbdən əlavə hazırlıqlara yönəldirlər. Məqsəd onları

.

Müəllimlərin NƏZƏRİNƏ - İmtahan vaxtı açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bu barədə  -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirili

.

Daha 200 gənc Dövlət Proqramı ilə xaricdə oxuyacaq

"2022-2026 Dövlət Proqramı"nın növbəti iştirakçıları müəyyən olunub. xəbər verir ki, bu barədə Elm və Təhsil Nazirliyi məlumat yayıb. Bildirilib ki, "Gənclərin xarici ölkələrin nüfuzlu ali təhsil müəssisələrind

.

AMEA-da nə baş verdi və daha nələr olacaq? – Detallar

Gözlənildiyi kimi, Azərbaycan Milli Elmlər Akademiyasında ciddi islahat baş tutdu. Prezidentin fərmanı ilə AMEA-nın 24 institutu, Naxçıvan bölməsinin 2 institutu və bir rəsədxanası, Gəncə bölməsinin 3 institutu və Nəbata

turlar.az

sonxeber.az geymler 2024 hamilelikde qidalanma geyim necə seçməli serebral iflic usaqlar gün vurmanın əlamətləri sarimsagin xeyri sac düzümləri kosmetika azerb clpaq qadinlari gozde olar şebnem tovuzlu irem derici novruz bayramına aid