Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel Səfərova

Yeniliklər hədəflərə çatmağa geniş imkan yaradacaq - Günel SəfərovaAzərbaycanda son illərdə önəmli bir proses başlayıb. Bu prosesin əsasını, ilk növbədə beynəlxalq hüququn norma və prinsiplərinə, ölkə konstitusiyasının tələblərinə tam riayət etməklə Qarabağın yenidən qurulması və həmvətənlərimizin təhlükəsiz bir şəkildə öz doğma yurd yerlərinə qayıdışı təşkil edir.
Dünya hərb tarixinə 44 günlük Vətən müharibəsiylə örnək olan olan Azərbaycan dünyaya öz nümunəvi modelini də təqdim edir. Azərbaycan inkişaf yolunu seçib - ölkədə beynəlxalq təcrübələrə əsaslanan fərqli layihələr icra olunur. Bu çətin prosesdə təhsilə önəm vermək, şübhəsiz ki, çox əhəmiyyətli prosesdir. Təhsilin prioritet seçilməsi isə təkcə milli yox, həm də bəşəri məsələdir.
Son zamanlar müəllimlərin işə qəbulu imtahanları, sertifikatlaşma prosesi, yeni agentliklər vasitəsilə idarəçiliyin müasir tələblərə cavab verməsi üçün atılan addımlar təqdir edilir.
Bu baxımdan Prezident İlham Əliyevin iyulun 24-də imzaladığı elm və təhsil üzrə qanun, əsasnamə, sərəncam və fərmanlar sözügedən istiqamətlərdə islahatların dərinləşdirilməsinə, çevik, səmərəli və effektiv və daha əlçatan idarəetmə mexanizmlərinin yaradılmasına və tətbiqinə ciddi təkan verəcək. Ümumiyyətlə təhsil sahəsində həyata keçirilən yeni layihələr və son zamanlar elmin inkişafı ilə bağlı planlar hər birimizdə gözləntilərimizin reallaşacağı əminliyi yaradır.
Azərbaycan Respublikasının Elm və Təhsil Nazirliyi yanında Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin Əsasnaməsinin təsdiqlənməsi, sənəddə yer alan istiqamətlər üzrə innovativ, çevik, nəticəyönlü və səmərəli idarəetmə modelinin yaradılması nəzərdə tutulan islahatların intesivləşməsinə zəmin yaradacaq.
Hazırda Azərbaycan elminin və təhsilinin qarşısında, Prezidentin, hələ ötən il iyulun 28-də imzaladığı "Azərbaycan Respublikasında elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında" Fərmandan irəli gələn və özündə qarşılıqlı inteqrasiya prosesini də ehtiva edən bir sıra mühüm vəzifələr durur. Dövlət başçısının imzaladığı sənədlərin bu vəzifələrin həyata keçirilməsi üçün əsaslı hüquqi-normatativ baza yaratmaqla yanaşı, elm və təhsil sahəsində həyata keçirilən islahatların intensivləşməsinə töhfə verəcəyi şübhə doğurmur. Bu xüsusda "Təhsil haqqında" Qanunda edilən dəyişikliklərin də mühüm əhəmiyyət daşıdığı qənaətindəyəm.
Heç şübhəsiz ən əhəmiyyətli və önəmli layihələrdən biri müəllimlərin sertifikatlaşdırılmasıdır. Bu proses başladığı andan etibarən şəffaflığa xüsusi önəm verilib. Hətta sertifikasiyaya start verildiyi tarixdən, yəni ötən il prosesi tam anlamadan müəyyən narahatlığı olan insanlar belə sonradan bu mexanizmi dəstəklədilər. "Təhsil haqqında" Qanunda öz əksini tapan dəyişikliklər sertifikatlaşdırma prosesinin daha da təkmilləşdirilməsini də nəzərdə tutur. Artıq yaşı 60 və daha yuxarı olan müəllimlərin sertifikatlaşdırmada iştirakı könüllü olacaq. Yəni, əgər orta məktəbdə çalışan müəllimin yaşı 60-dan çoxdursa, o heç bir halda məcburi sertifikatlaşdırmaya cəlb edilə bilməz. Bu müəllimlər yalnız öz istəyinə uyğun olaraq özünüqiymətləndirmə və əmək haqqı artımından yararlanmaq üçün prosesə qatıla bilərlər. Uzun illər pedaqoji təcrübəsi olan müəllimlərə belə bir hüququn verilməsi alqışlanmalıdır.
Qeyd edim ki, qanuna edilən dəyişkliklərə görə, məktəbəqədər təhsil müəssisələrində işləyənlər ilk dəfə olaraq sertifikatlaşdırmadan keçəcəklər. Bu dəyişik təhsilin bütün pillələrində təhsilverənlərlə bağlı vahid strategiyanın tətbiqinə imkan yaradacaq, rəqabət mühitini gücləndirəcək, sözügedən sahədə müəssisələrində çalışan şəxslərin maddi stimullaşdırılması və peşəkar inkişafına stimul yaradacaq.
Mühüm yeniliklərdən biri isə, müəllim kimi fəaliyyətə başlayanların 3 il sonra sertifikatlaşdırmadan keçmək imkanıdır.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin ali və orta ixtisas təhsili müəssisələrində yeni təhsil proqramlarının (ixtisasların) açılmasına nəzarət etmək səlahiyyətinə malik olması da yeniliklərdən biridir və bu yenilik aparılan təhsil siyasəti ilə yanaşı, təhsilalanların da həyatında öz müsbət təsirini göstərəcək.
Ümumilikdə, tətbiq olunacaq yeniliklər elm və təhsil sahəsində strateji hədəflərə çatmağa geniş imkan yaradacaq.
Günel Səfərova
Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın sədri / milli.az

Maraqlı     Baxılıb: 3269   Tarix: 28 iyul 2023
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Alim qlobal istiləşmənin inanılmaz səbəbini açıqladı

Qlobal istiləşmənin mümkün əsas səbəbi insan fəaliyyəti deyil, havada və okeanda karbon qazının tərkibindəki disbalans ola bilər. -a istinadla xəbər verir ki, bu sözləri Rusiya Elmlər Akademiyasının Fizika İnstitutunun Geosferləraras

.

Günəşin səthində "sürünən ilan" təsviri lentə alındı - VİDEO

Avropa Kosmik Agentliyinin (ESA) və NASA-nın buraxdığı Solar Orbiter cihazı Günəş səthində yeni görüntülər lentə alıb. "qafqazinfo"-ya istinadən xəbər verir ki, görüntülərdə "ilan"ın ulduzun səthində "sürünməsi"

.

İlham Əliyev yeni inqilaba başladı - BAŞ REDAKTOR YAZIR

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin qapalı iclası keçirilib. İclasda iyulun 28-də Prezident İlham Əliyevin imzaladığı elm və təhsil sahəsində idarəetmənin təkmilləşdirilməsi ilə bağlı bəz

.

Nazirlik: 743 müəllim təkrar sertifikatlaşdırmadan keçməyib

Ötən il ilk dəfə təşkil olunan sertifikatlaşdırma prosesində 11 211 nəfər ibtidai sinif müəllimi iştirak edib və bu prosesdə 97 faiz davamiyyət qeydə alınıb. Elm və Təhsil Nazirliyindən  -a verilən xəbərə görə, prosesi uğurl

.

Elm və təhsil sahəsində islahatları BAŞLANDI

Azərbaycan Prezidentinin Fərmanı ilə həm elm, həm də təhsil sahəsində islahatlara start verilib. Belə ki, artıq Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış nazirlik məşğul olacaq. İslahatla

.

Məktəbli forması almaq istəyən valideynlərin NƏZƏRİNƏ - Bir həftə ərzində

Növbəti tədris ilində şagirdlər yeni məktəbli geyimləri ilə oxuduqları təhsil müəssisələrinə üz tutacaqlar. Qəbul olunmuş yeni qərara əsasən, 2023-2024-cü tədris ilindən etibarən yalnız yeni məktəbli formalarından istifad

.

Müəllimlərin NƏZƏRİNƏ - İmtahan vaxtı açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bu barədə  -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirili

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Azərbaycanda elmin inkişafı ilə hansi qurum məşğul olacaq?

Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış Elm və Təhsil Nazirliyi məşğul olacaq. "Report"a istinadən bildirir ki, Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri il

turlar.az

sonxeber.az qaşların formalari aksessuarlar kosmetoloq cinsi sağlamlıq dibcekler intim hekayələr gil maskalari kosmetika salatlar ağır itki rəksanə anabaci muellim seiri