Evinizdə bunu etməsəz, daim xəstə OLACAQSIZ

Evinizdə bunu etməsəz, daim xəstə OLACAQSIZSoyuqlar başlayanda evlərimizdə hava daha quru olur. Qış vaxtında havanın rütubəti 15% olur ki, bu da dünyanın bəzi səhralarından daha quru göstərici deməkdir. Şaxta havanın tərkibindəki nəmi özünə sovurur, otaqdakı istilik sistemləri isə bu effekti daha da gücləndirir. Soyuq havalarda otağı daimi olaraq havalandırmaq təkcə mənzilin havasını təravətləndirmək və içərini oksigenlə təmin etməklə bitmir, eyni zamanda təzadlı olsa da, otağın havasını daha da qurudur.
Publika.az-ın xəbərinə görə, havada yetərli rütubətin olmaması insanın immun sisteminə çox pis təsir göstərərək xroniki yorğunluq və müxtəlif patoloji problemlərə – pis yuxu, dərinin üst qatının quruması, əzginlik, baş ağrıları, xroniki xəstəliklərin kəskinlışməsinə səbəb olur.
Bəlkə də təəccüblü görünə bilər, amma quru hava tez-tez soyuqlamağa səbəb ola bilər. Çünki dəri və yumşaq əzələ toxuması müxtəlif xəstəliklərin dirçəlməsinin qarşısını almaqda təbii baryerdir. Dərinin eləcə də tənəffüs yollarındakı yumşaq əzələ təbəqəsinin quruması ilə onların qoruyucu funksiyası zəifləyir. Beləliklə də oraya infeksiyanın düşməsi təhlükəsini artırır.
İlk növbədə ən həssas və zərif olan orqan – göz belə problemlərin qarşısında aciz qalır. Quruyan göz qişası müxtəlif mikroblar axınında müdafiəsiz qaldığı üçün iltihablanır.
Quru havanın yaratdığı əlamətlər:
Dərinin quruluğu və qaşınması;
Gözdə yaranmış quruluq hissi;
Tez soyuqlama, qrip, öskürək;
Yuxu zamanı nəfəsalmada problem;
Burun qanaması;
Dərinin erkən qırışması;
Yuxubasma, əzginlik;
Davamlı olaraq bədəndə elektrikləşmə yaranması;
Eləcə də otaq bitkilərinin saralıb büzüşməsi, mebel və döşəmənin cırıltısının artması.
Bütün bunlarla ənənəvi, sınaqdan keçirilmiş üsullarla mübarizə aparmaq olar. Məsələn: istilik sistemlərinin qarşısına bir qab su qoymaqla, qaz plitəsinin üstündə ağzıaçıq qabda su qaynatmaqla, hamam otağının qapısını açıq saxlamaqla problemin qarşısını qismən almaq olar. Bundan başqa boş güldanların içinə su tökmək, otaqda akvarium qoymaq da mümkündür. Nəzərə alsaq ki, mənzilin rütubəti 60% olmalıdır, o zaman gün ərzində üç litrdən az olmamaqla su qaynatmaq lazımdır. Amma bu üsullardan bəziləri mənzilin təmirinin korlanmasına, pis qoxu yaranmasına səbəb olur. Unutmayaq ki, evdə özünü komfortlu hiss etmək də insan orqanizminə təsir göstərir. Ona görə də ən yaxşı və müasir üsul ultrasəsli nəmləndiricidən istifadə etməkdir. Onun işini hiqrometrlə (rütubət ölçən cihaz) tənzimləmək mümkündür. Unutmayın ki, mənzilinizdəki havanın keyfiyyəti sağlamlığınıza zəmanətdir

Maraqlı     Baxılıb: 2366   Tarix: 17 mart 2017
f Paylaş

Kurslar.az kurslar

Oxşar xəbərlər

.

Azərbaycanda elmin inkişafı ilə hansi qurum məşğul olacaq?

Azərbaycanda elmin inkişafı məsələləri ilə həm AMEA, həm də yeni yaradılmış Elm və Təhsil Nazirliyi məşğul olacaq. "Report"a istinadən bildirir ki, Milli Elmlər Akademiyasının əsasən texniki, təbiət elmləri il

.

Ölkəmizdə məktəblər bağlanır? – Xəbərdarlıq

Ölkədə qızılca xəstəliyi sürətlə yayılmaqdadır. Son məlumata görə, hazırda 284 xəstə var. Onlar arasında isə daha çox uşaqlar bu xəstəliyə yoluxub. Maraqlıdır, belə davam edəcəyi təqdirdə məktəblərdə karantin elan oluna bilərmi?

.

Ağasıoğlunun 30 ildir üzərində işlədiyi kitab

Tanınmış türkoloq alim, filologiya elmləri doktoru, professor Firudin Ağasıoğlunun 30 ildir üzərində işlədiyi doqquz cilddən ibarət "İslamöncəsi Türk Tarixi" adlı ensiklopediya elmi ictimaiyyətə təqdim olunub. -

.

İsa Həbibbəyli AMEA-nın yeni prezidenti seçildi

Bu gün AMEA-da prezident seçkiləri keçirilib. xəbər verir ki, seçkidə AMEA-nın vitse-prezidenti, akademik İsa Həbibbəyli əsas namizəd olub və qurumun prezidenti seçilib. Qeyd edək ki, qurumun sonuncu prezidenti Ramiz Mehdiyevi

.

Əsl bədbəxt ermənilik: bu xalqın nəyi doğrudur? - ARAŞDIRMA

Erməni tarixinin təxəyyül məhsulu, illüziyalar və saxtakarlıqdan ibarət olması artıq faktdır. Ermənilər bunu etiraf etmir, hər vəchlə sübut etməyə çalışırlar ki, sən demə, "Great Armenian Highland", yəni "Böyü

.

Təhsil kurslarının YENİ FIRILDAĞI – Müştəri toplamaq üçün bu yola da ƏL ATIRLAR

Günü-gündən sayı artan hazırlıq kursları bəzən insanları "tələyə" salır. Reklam vasitəsilə peşəkar fəaliyyət və təcrübəli müəlim heyətinin olduğunu qyed edən "kurslar" müştəri topladıqdan sonra əsl üzlərin

.

Saturnda həyatın mümkünlüyünə dair yeni sübutlar tapıldı

Beynəlxalq alimlər qrupu Saturnun peyklərindən biri olan Enseladda həyatın mümkün olması ilə bağlı fərziyyəyə dair yeni sübutlar tapıb. "Report"a istinadən bildirir ki, Çin Universitetinin geokimyaçısı Hao Jihuanı

.

II və III ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb

II və II ixtisas qrupları üzrə keçirilmiş imtahanın nəticələri açıqlanıb. xəbər verir ki, bu barədə DİM məlumat yayıb. İmtahanda iştirak edən abituriyentlər imtahan nəticələri, "cavab kartı" və "cavab vərəqi"ni

.

Müəllimlərin NƏZƏRİNƏ - İmtahan vaxtı açıqlandı

Təhsilverənlərin sertifikatlaşdırılması prosesinin test imtahanı ilə bağlı məlumat iştirakçıların şəxsi kabinetlərinə göndərilib. Bu barədə  -a Təhsil İnstitutunun İnsan Resursları Mərkəzindən məlumat verilib. Bildirili

turlar.az

sonxeber.az toy makiyaji sekilleri reseptler həkim məsləhəti duxovkada toyuq qizartmasi seks xarici qadin psixologiyasi körpə gəzintidə kosmetika zəhmət sperma yutube vicdan qiz evi