Əvvəllər meyit 40 günə çürüyürdü, indiki insanın meyiti illərlə çürüməyəcək – Həkim yediyimiz qidaların dəhşətli fəsadlarını sayır

Əvvəllər meyit 40 günə çürüyürdü, indiki insanın meyiti illərlə çürüməyəcək – Həkim yediyimiz qidaların dəhşətli fəsadlarını sayırXalq təbabəti üzrə mütəxəssis, fitoterapevt, Fizuli Hüseynovun broyler toyuqları ilə bağlı video müsahibəsi saytımızda maraqla qarşılanmışdı.
Xanim.az Teleqraf.com-a istinadən həkimin gündəlik qəbul etdiyimiz qidaların orqanizmimizi necə məhv etməsi barədə müsahibəsindən seçilmiş hissəni təqdim edir. Füzuli Hüseynov qidaların təsirindən müasir insanın öləndən sonra cəsədinin də gec çürüyəcəyi kimi maraqlı fikir bildirib:

" Bu gün ürək xəstəlikləri, infarkt, insult ona görə çoxalıb ki, bizim menyumuza yeni transyağlar, yaxud marqarinlər daxil olub. Bizim marketlərdə satılan şirniyyatın bəlkə 90 faizi marqarindən hazırlanır. İnsanlar bilərək-bilməyərək qiyməti ucuzdur deyə alır. Marqarinin, transyağların bədəndə rolu nədir? Marketlərdən sənaye üsulu ilə hazırlanmış elə qida məhsulları alırıq ki, saxlama müddəti iki-üç il olur, normalda belə bir şey mümkün deyil. Onların tərkibinə stabilizatorlar vururlar ki, bu da onun saxlama müddətini uzadır.

Marqarin təzə ixtira olunanda bütün dünya bayram elədi ki, xolesterinə son qoyulur, insanlar tamamilə sağlam olacaq. Bir müddət sonra gördülər ki, əksinə, xolesterin qalxdı.
Marqarin neftdən alınır və bu yağ orqanizmdə sona qədər parçalanmır. Bir müddətdən sonra bir-birinə yapışmış formalarda arterial damarların haçalandığı hissəni tutur.

Biz daimi şəkildə marqarinlə qidalandıqda yağ hissəcikləri yığılaraq ora yapışır, axırda damar tutulmasına gətirir. Bu ya skleroza səbəb olur, ya beynimizə insult verir, ya da hansısa toxumanın qidalanmasını vurub sıradan çıxarır, infarkt edir.

Marqarin, transyağlar və mikroserkulyasiyanı pozan qidalarla qidalanırıqsa, kapillyarlarımız yavaş-yavaş tutulur. Bu kapillyarlar o qədər incədir ki, onları bir-birinin ucuna calasaq yer kürəsini 3 dəfə fırlanmaq olar. Əlimizə iynə batırsa, dərhal qan çıxır, yəni kapillyar o qədər incədir ki, iynə onu deşir. Bu kapillyarlarda qan dövranı yavaş-yavaş pozulur.
Marqarin və transyağlarla qidalanan insanlarda bunlar mütləq baş verəcək. Çünki bu yağlar sona qədər parçalanmır, damarı tutur.
Əvvəllər kolbasa bir həftə, 10 gün saxlanılırdı, indi iki-üç il qalır. İçəcəkləri alıb tərkibinə baxırsan ki, iki-üç il saxlamaq olar. Çünki tərkibində saxlama müddətini uzadan stabilizatorlar var. Onlar qoymur çürümə getsin.

Qatığı mağazadan alıb soyuducuya qoyuruq, 15-20 gün saxlayıb yeyirik. Evdə hazırlanan qatıq isə 2-3 gün sonra turşuyur.
Mağazadan alınan stabilizator vurulmuş məhsulu yeyiriksə, bağırsağımızda çürümə reaksiyası getməlidir ki, həzm olunsun, amma stabilizator buna imkan vermir. Qida çürümür, üstəlik, həmin stabilizatorlar da bizim qanımızı sorulur və bədənimizdə müəyyən hissələrdə depolanır.

Bağırsağı normal işləməyən adam heç vaxt sağlam ola bilməz.

Alimlər araşdırıblar ki, əvvəllər insan öləndən 40-50 gün sonra çürüyürdüsə, indi meyitlər illərlə çürüməmiş qalır.

Hər bir məhsulun özünə uyğun stabilizatoru var. Bağırsaq normal işləməyəndə mikroflorası pozulur. Bədənimizdəki vitaminlərin hamısını xaricdən almırıq ki... Vitaminlərin çox hissəsi bizim bağırsağımızda əmələ gəlir.

Bağırsağın özünün bir mikroflorası, öz dünyası var. Bağırsağın mikroflorasında vitaminlər, insanın yaşlanma prosesinə nəzarət edən fermentlər hazırlanır. Bağırsaqda pozuntu baş verəndə sistem xəstəliklərindən biri əmələ gəlir.

Bağırsaq bizim immunitetimizin əsasını qoyan orqandır. Bağırsağı normal işləməyən adam heç vaxt sağlam ola bilməz. O adam tez qocalacaq, daim xəstə yaşayacaq. Ona görə də sənayeləşmiş qidalardan nə qədər uzaq olsaq, bir o qədər də sağlam yaşayacayıq".

Xəbərlər     Baxılıb: 1473   Tarix: 05 yanvar 2019
f Paylaş

Oxşar xəbərlər

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Oturaq həyat tərzinin daha bir ZƏRƏRİ

Oturaq həyat tərzinin daha bir təhlükəli nəticəsi məlum olub.   -a istinadən xəbər verir ki, araşdırmalara görə, hərəkətliliyin olmaması metabolik sindromun, piylənmənin, xərçəngin və ürək-damar xəstəliklərinin inkişafın

.

Dırnağını yeyənlərdə 10 cür xəstəlik yaranır

Onixofagiya uşaq yaşlarından başlayan, dünyada çox yayılmış zərərli vərdişlərdən biridir. "medicina"ya istinadən dırnaq yeməkdən yaranan xəstəlikləri təqdim edir:. Gecə növbəsində işləmək orqanizmə necə təsir edir?

.

Mədəkiçiltmə erasının sonu gəlir: Cərrahi müdaxilə olmadan arıqlamağın yolu tapıldı

Elm adamları mədəyə cərrahi müdaxilə olmadan piylənmə ilə mübarizə aparmağın üsulunu tapıblar. Yeni metod mədənin yuxarı hissəsinin selikli qişasının yandırılmasını nəzərdə tutur. Bu üsul orqanizmdə qrelinin (aclıq hormonu

.

Qaraciyər xərçəngindən qorunmağın qeyri-adi üsulu

Alman Xərçəng Araşdırma Mərkəzinin və Tübingen Universitetinin alimləri müəyyən ediblər ki, 5:2 nisbətində pəhriz əsasında fasiləli aclıqla siçanlarda iltihabın və qaraciyər xərçənginin qarşısını almaq mümkün olur. Alçanı

.

Bir həftədə 3 kilo necə arıqlamaq olar? - PƏHRİZ SAXLAMADAN

Dietoloq Leticia Carrera pəhriz saxlamadan bir həftədə 3 kiloqram arıqlamağın yollarını açıqlayıb.   -a istinadən xəbər verir ki, mütəxəssisin fikrincə, həftədə 2-5 kiloqram arıqlamaq üçün ciddi pəhrizlərə müraciət etmə

.

Musiqi yaşlı insanların beyninə necə təsir edir?

Simon Fraser Universiteti və Health Research BC tədqiqatçılarının apardığı araşdırmada qeyd edilir ki, musiqi dinləmək yaşlı yetkinlərin beyin sağlamlığı üçün yaxşıdır, hətta onlar bunu əvvəllər eşitməsə və ya həqiqətən sevməsələ

.

Kişilər üçün ən sağlam pəhriz

Çox vaxt pəhriz sözü artıq çəki ilə mübarizə aparmaq kimi qəbul edilir. Əslində, pəhrizə riayət etmək bir sıra xəstəliklərdən, o cümlədən xroniki xəstəliklərdən qaçmağa imkan verir.   -a istinadən xəbər verir ki, mütəxəssislə

.

Avokado gözəlliyi qorumaq istəyənlərə necə kömək edir?

Avokado yüksək qida dəyəri olan meyvə kimi "Ginnesin Rekordlar Kitabı"na daxil edilib.   -a istinadən xəbər verir ki, 100 q meyvədə təxminən 160 kalori var. . Bunlar pəhriz hesab olunur, çünki tərkibində yalnı

turlar.az

sonxeber.az geyim dəbləri geyim seçimi donlar 2024 saclarin yigilmasi gavalinin faydasi ibrətamiz sözlər ideal toy kosmetika yuxuda qara ilan gormek hədəfi olmayan gəmiyə heç bir külək kömək edə bilməz öpüşme haxisdalar bakire