Gəlinliklərin tarixi

Gəlinliklərin tarixiToyun ən önəmli komponentlərindən biri də gəlin donudur. Qızlar bu gün gözəl görünmək üçün xüsusi cəhd göstərirlər və ən gözəl gəlin olmağa çalışırlar. Bəs, gəlin donunun tarixi nədən ibarətdir? Müasir gəlin donları hansı modellərin sələfidir? Bu yazımızda gəlin donu modasının keçdiyi mərhələlərdən danışmışıq.

Gəlin donunun tarixi bizim düşündüyümüzdən çox daha öncəyə – minlərlə il geriyə gedib çıxır. İlk gəlin donu modelləri Qədim Misir dövründə yaranıb. Bu gəlin donları ağ rəngli, qat-qat kətan parçalarından ibarət idi.

Antik yunan mədəniyyətində də qadınlar gəlin donu olaraq ağ parçadan hazırlanan libaslar geyinirdilər. Çünki yunan mədəniyyətində ağ rəng xoşbəxtliyin simvolu idi. Qadınlar bu ağ libaslar vasitəsilə xoşbəxtliklərini əks etdirmiş olurdular.

Gəliniklərin tarixi
Romada isə gənc qızlar sarı rəngdə gəlin donlarına üstünlük verirdilər. Nikah mərasimlərində həm sarı gəlin donu geyjnir, həm də sarı örtükdən istifadə edirdilər. Çünki örtük qadının evli olduğunu göstərirdi.

Orta əsrlərə gəldikdə, Avropada gəlin donu rəngi nisbi xarakter daşıyırdı. Qızlar rəngdən daha çox parçalara diqqət edirdilər. Parça keyfiyyətli və gəlin donu isə dəbdəbəli olmalı idi. Bunun səbəbi isə daha çox siyasi xarakter daşıyır. Çünki keçmişdə evlilik bir birini sevən və seçən iki insanın həyatını birləşdirməsindən daha çox ortaqlıq demək idi. Xüsusilə iqtisadə vəziyyəti yüksək olan, ya da vəzifə sahibi ailələri arasında gənclərin evlənməsi bir ortaqlıq ya da fərqli siyası ittifaqların təməli hesab olunurdu. Buna görə də, təşkil edilən mərasimlər sadəcə gəlinin və bəyin deyil, həmçinin ailələrin də dəbdəbəsini sərgiləməliydi. Zəngin zümrəyə məxsus olan gənc qızlar gəlin donlarında ən keyfiyyətli, ən bahalı, ən dəbdəbəli parçaları seçirdilər. Orta və ya kasıb zümrənin nümayəndəsi olan qızlar isə sahib olduqları ən dəyərli libası gəlin donu kimi istifadə edirdilər.

Əgər orta əsrlər Şərqinə nəzər yetirsək daha fərqli bir mənzərəylə qarşılaşarıq. Parçaları və ipəyilə məşhur olan Hindistan və Çin toyları dəbdəbəsi və ehtişamı ilə fərqlənirdi. Hər iki mədəniyyətin ortaq xüsusiyyəti o idi ki, uzun və qırmızı libaslar gəlin donu olaraq bilinirdi. Hazırda Çində gəlin donları müasirləşsə də, Hindistanda parlaq, keyfiyyətli parçalardan hazırlanan ənənəvi "sari" ağ gəlinliyin yanında öz mövqeyini qoruyur.

Gözəllik və Moda     Baxılıb: 1302   Tarix: 09 iyul 2021
f Paylaş

Ustalar.az ustalar sayti

Oxşar xəbərlər

.

Böyük ombalar necə dəb oldu?

Son illərdə qadınların ən çox seçdiyi estetik əməliyyatlardan biri olan ombaböyütmə estetikası ilə bağlı çox müzakirələr aparılır. Səbəbi də sadədir – qəribə bədən quruluşuna malik, sinəsi irəli, arxası geri, əyri görünüşl

.

Qadınları daha cavan göstərən saç modeli

Saç ustası Qari Duqlas "Bob" modelini qadınlara daha cavan göstərən saç düzümü adlandırıb.  Yaş artdıqca saç quruluşu da dəyişir. Beləliklə, dəri daha az sebum istehsal etməyə başladığı üçün saçlar daha incə v

.

Buruq saçları necə düzləşdirmək olar?

Bəli, həm də 8 ay boyunca dümdüz və parlaq qala bilər, üstəlik də saçlarınızı heç köhnəltməz! Hətta köhnəsindən daha parlaq və sağlam olarlar. Bu əməliyyatın adı "Straight Therapy". Termal düzləşdirici ilə saçlarını

.

Avqustun əsas makiyaj trendi! – FOTOLAR

Dərinizin yağlı parıltısından xəcalət çəkdiyiniz üçün kirşan və kağız salfetlərlə tez-tez üzünüzü silirsiniz? Çox nahaq! Dünya ulduzları ən bahalı kosmetik məhsullardan istifadə edirlər ki, üzdə belə bir parıltı əldə etsinlər

.

Gəlinlər üçün zərif dırnaq modelləri – FOTOLAR

Qadınların toy günü gəlinliklə, makiyajla yanaşı, ən diqqət etdikləri şeylərdən biri də dırnaq modelləridir. Toy günü gəlinlər daha çox düz rənglərə və minimalist toxunuşlara üstünlük verməlidir. Çünki belə çalarlar onlar

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

.

Asiyalıların 10 yaş cavanlaşdıran baxım sirləri

Koreyalılar üzə qulluğa xüsusi yanaşmaları ilə tanınır. Onun sayəsində Cənubi Koreyada qadınların çoxu kifayət qədər yetkin yaşda belə gənc tələbələrə bənzəyirlər. " saytı " "-a istinadən oxucuları koreyal

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

Bu il qırmızı dodaq boyasının ən aktual variantı hansı olacaq?

Daim dəyişən gözəllik cərəyanları arasında belə dəyişməz bir ənənə var. Məsələn, qırmızı dodaq boyası. O, yüzilliklər ərzində qadınlıq və zərifliklə sinonim olaraq qalan və heç vaxt öz aktuallığını itirməyən əbədi klassikadır

turlar.az

sonxeber.az toy gecesi makiyaj etmek qaydalari qaşların formalari uşaq geyimləri xalq təbabəti qadın və təhsil piodermiya nedir kosmetika kökəlmək üçün itburnu penis vetene aid bayatilar burclerin uyumu