Göyərti ilə kəsmik qutabı (kətə)

Göyərti ilə kəsmik qutabı (kətə)Ərzaqlar:

Xəmir üçün:Göyərti ilə kəsmik qutabı (kətə)

4 st un

1/3 ç.q sarıkök (zövqə görə)

1 yumurta

1 ç.q duz

1 st + 1/4 st ilıq su

Yuxaları yaymaq üçün: 4-5 x.q un

İç üçün:

400 q quru pəhriz kəsmiyi

2 x.q duru alça turşusu(turşu əvəzinə 1 ədəd narın dənəsini götürə bilərsiniz)

Göyərti (2 dəstə keşiş,2 dəstə şüyüd,2 dəstə ispanaq, 1 dəstə göy soğan,1 dəstə nanə 2 zoğ sarımsaq)

(başqa göyərtilərdən də istifadə etmək olar: turşəng, kəvər, cincilim və s.)

Zövqə görə duz

Qutabın aralarına sürtmək və qızartaq üçün: quyruq, kərə ya da bitki yağı

Üstü üçün: sumaq (zövqə görə)

Hazırlanması:

Unu bir qaba ələyib duzu və sarıkökü səpib ortasına yumurtanı sındırırıq.

Göyərti ilə kəsmik qutabı (kətə)Suyu əlavə edib qaşıqla qarışdırırıq.

Göyərti ilə kəsmik qutabı (kətə)Sonra əlimiz ilə normal xəmir yoğururuq.

Göyərti ilə kəsmik qutabı (kətə)Xəmiri balaca hissələrə bölüb kündəliyirik. Üstünə sellafan örtürük qurumasın.

Göyərti ilə kəsmik qutabı (kətə)İçliyi hazırlayırıq. Alça turşusu ilə kəsmiyi qarışdırırıq.

Göyərti ilə kəsmik qutabı (kətə)Göyərtiləri doğrayırıq.

Göyərti ilə kəsmik qutabı (kətə)Doğranmış göyərtini kəsmiyə əlavə edib duz səpib yaxşı qarışdırırıq.

Göyərti ilə kəsmik qutabı (kətə)Kündənin birini götürüb altına un səpib nazik yuxa yayırıq.

Göyərti ilə kəsmik qutabı (kətə)Yuxanın yarı hissəsinə içlikdən qoyub yayırıq.

Göyərti ilə kəsmik qutabı (kətə)Yuxanı iki qatlayırıq və yanlarını bərkidirik.

Göyərti ilə kəsmik qutabı (kətə)Qazın ya da odun üstündə qızmış sacın üzərinə qoyub hər iki tərəfini qızardırıq.

Göyərti ilə kəsmik qutabı (kətə)Göyərti ilə kəsmik qutabı (kətə)Bu şəkildə bütün qutabları hazırlayırıq. Hər bir qutabı bişirib yığanda aralarına kərə yağı vurun onda həm yumşaq həm də dadlı olur. Qutabları süfrəyə verərkən quyruq, kərə ya da bitki yağından az istifadə etməklə yenidən istidib veririk. Zövqə görə üstünə sumaq səpə bilərsiniz.

Göyərti ilə kəsmik qutabı (kətə)Nuş olsun!

Duzlu xəmir işləri   Baxılıb: 1761   Tarix: 01 noyabr 2013  
f Paylaş


DİGƏR XƏBƏRLƏR

İspanaqlı gül börək

1 noyabr 2013 1289

Qiyməli börək

7 oktyabr 2013 2364

Göyərti qutabı (kətə)

7 oktyabr 2013 4729
mp3 yukle
Mp3 yukle sayti