Göz altında olan qırışlardan necə qurtulaq?

Göz altında olan qırışlardan necə qurtulaq?Göz altı və göz ətrafı dəri zərif və incə olduğu üçün qırışların yaranmasına çox meyllidir. Gözlərin ətrafında erkən qırışlar düzgün olmayan həyat tərzi, yorğunluqdan, yanlış qidalanma səbəbindən asıl olaraq 20 yaşından yarana bilər.

Göz ətrafındakı dəriyə daim baxmaq lazımdır, gənc yaşlardan başlayaraq daim nəmləndirici vasitələrdən istifadə edin.

Niyə qırışlar tez yaranır?

Pis görmə səbəbindən siz daim gözlərinizi qıc edirsiz . Bu səbəbdən mimik qırışlar yaranır. Doyunca yatmamaq, üzü üstə yatmaq bu səbəblərdən biridir.
Genetika mühüm rol oynayır. Öz ananıza və nənənizə baxın, əgər onlarda təravətli üz dərisi və qırışlar çox azdırsa deməli bəxtiniz gətirib, siz də bu xüsusiyyətli dərinin varisi olacaqsınız.
Balanslanmamış qida– əgər siz pəhriz zamanı rasionunuzdan yağları məhdudlaşdırsanız, dərinizdə quruluq və erkən qırışların yaranmasına səbəb olacaqsınız.
Göz altında xırda qırışlardan necə qurtulaq?

Birincisi, göz altına gənc yaşlardan başlayaraq məlhəmlərdən istifadə edin. Gənc dəri üçün nəmləndiricilər daim lazımdı. Daha erkən yaşda isə krem yağlı və bəsləyici edilməlidir və bu zaman sizin dəriniz gənc və qüvvətli olacaq.

Əgər sizin gözləriniz zəif görürsə eynək və ya kontakt linza sifariş edin. Yay üçün mütləq qoruyucu eynəklərdən istifsadə edin – bu mimik qırışların və həm də göz altı dərinin yanıb qurumasının qarşısını alacaq.

Qarnı üstə yatmaq adətindən imtina edin

Gecə yatmazdan əvvəl makiyajı mütləq yuyun.

Səhər yuma zamanı gözlərinizi ovxalamayın. Yaşıl çay, çobanyastığı, cökə, tozağacı yarpağı, həmişəbahar və petruşkadan dondurulmuş ot həlimləri – buz kubikləri düzəldib istifadə edin. Bu prosedur şişkinliyi azaldır və xırda qırışları hamarlayır.

Qida rasionunuzun tərkibinə vitamin A, B və E əlavə edin. Qarabaşaq , qoz, kərə yağı, qaraciyər, təzə göyərti – cəfəri, ispanaq çox istifadə etmək lazımdır.

Gündə özünüz öznüzə ən azı 1,5 litr təmiz su içməyi öyrədin.

Göz altı qırışların qarşısını almaq üçün xalq vasitələri:

Kərə yağı (ev yağı olsa daha yaxşı olar) kremi tamamilə əvəz edə bilər. Barmaqların ucu ilə, zərif hərəkətlə göz ətrafına sürtmək lazımdır.

Mövsümə uyğun təzə göyərtini göz ətrafına sürtüb üzərinə tampon qoyaraq 20 dəqiqə saxlayın.

Təzə meyvə və giləmeyvə – əlinizin altında olan çiyələk, ərik, üzümdən istifadə edə bilərsiniz. Dəriniz vitaminləşəcək və xırda qırışlar hamarlaşacaq hər meyvəni mövsümündə istifadə etmək lazımdır.

Çiy kartof maskası- kartofu sürtkəcdən keçirin üzərinə xama və yaxud yağlı qaymaq əlavə edin. Hazırladığınız həlimi göz ətrafına sürüb 20 dəqiqə saxlayın. Daha sonra yuyub göz ətrafı dəriyə qidalandırıcı krem sürtün. Bu maskanı 10 gün etmək lazımdır.

Turş kələm maskası- qıcqırdılan kələmin tərkibində çoxlu vitamin və mikroelementlər var, qırışları hamarlaşdırır və yenisinin meydana gəlməsinin qarşısını alır.

Gözəllik və Moda     Baxılıb: 4150   Tarix: 24 sentyabr 2016
f Paylaş

Tezbazar.az elanlar sayti

Oxşar xəbərlər

.

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-ya

.

Asiyalıların 10 yaş cavanlaşdıran baxım sirləri

Koreyalılar üzə qulluğa xüsusi yanaşmaları ilə tanınır. Onun sayəsində Cənubi Koreyada qadınların çoxu kifayət qədər yetkin yaşda belə gənc tələbələrə bənzəyirlər. " saytı " "-a istinadən oxucuları koreyal

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

Yay makiyajında nələrə diqqət etməliyik?

Vizajistlər bu yay dəbdə olacaq makiyaj trendləri haqqında danışıb. Məlum olub ki, 2023-cü ildə tez-tez rastlaşacağımız makiyaj trendlərindən biri göz bölgəsində istifadə edilən parıldayan daşlardır. Asanlıqla yapışdırıla

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

Gözləri ifadəli göstərən makiyaj dəbi

Düzgün edilən makiyaj üzdə əsl möcüzələr yarada bilər. Fırça və süngərlərdən məharətlə istifadə edənlər yalnız ənliklə yanaqlarına əməliyyatsız liftinq effekti verə, dodaqlarını həcmli, gözlərini isə daha ifadəli göstər

.

Manikürdə mirvari trendi

Uzun müddətdir ki, sosial şəbəkələrdə belə manikür trendləri görünmürdü! Amerikada qızlar mirvari dırnaq manikürü edirlər və bu gözəl effekt artıq gözəllik salonlarımızda populyarlaşmağa başlayıb. Əslində bu trend məşhu

.

Bu payız belə makiyajlar dəbdə olacaq – FOTOLAR

Bu payızın ən vacib makiyaj tendensiyasını bir söz ifadə etmək olar – harmoniya. Hansı çalarlarda makiyaj etmək istədiyinizin əhəmiyyəti yoxdur, əsas odur ki, dəriyə tətbiq olunan bütün rənglər ahəngdar olsun və ümumilikd

turlar.az

sonxeber.az gozel gorunmek geymler 2024 toy makiyaji sekilleri qogal resepti qisa saclarin yigilmasi kesmikli blincik küncüt yağı kosmetika sirniyatlar klitor vətənə aid atalar sözləri novruz hakıştası veten haqqinda bayatilar