Gözaltı torbalardan azad olmaq üçün 7 usul

Gözaltı torbalardan azad olmaq üçün 7 usulGöz altındakı torbalar həmişə görnüşə xələl gətirir. Bəzi qadınlar üçün isə bu əsl dəhşətə çevrilir. Hərdən onlar lap erkən yaşlarda yaranır və həyat boyunca artır. Əgər əksiniz sizə pandanı xatırladırsa, heç narahat olmayın – bu yalnız gözaltı torbalara görədir. Bu gün biz sizə dərinizə zərər vermədən gözaltı torbalardan azad olmağın üsullarından danışacağıq.

Yaranmasının səbəbləri

Öz altındakı qara dairələr – bu sizin bədəninizin sizə verdiyi bir işarədir. Bu o, deməkdir ki, orqanizminizdə nə isə yaxşı işləmir. Hesab edilir ki, bu dairələr yorğunluğun və yuxusuzluğun nəticəsində yaranır. Amma kifayət qədər başqa səbəblər də var ki, onlar da göz altındakı torbaların yaranmasına səbəb ola bilər. Tibbi nöqteyi-nəzərindən gözaltı torbalar heç bir təhlükə daşımır. Onlar yüksək piqmentasiyası və ya göz altındakı dərizi zərif olan insanlarda yaranır. Amma onlar sizin orqanizminizdəki suyun saxlanılmasının da işarəsidir. Bu dairələr böyrək problelərinin, məddələr mübadiləsinin pozulmasının və hətta anemiyanın nəticəsində də yarana bilər. Əgər sizdə belə dairələr yalnız yazda yaranırsa, ola bilər ki, sizin allergiyanız var. Məsələn toza qarşı allergiya.

Necə yaxa qurtaraq?

Müxtəlif təbii kremlərdən əlavə xalq təbabəti üsullarından da istifadə etməklə göz altı torbalardan azad olmaq olar.

1. Xiyar
Bu üsuldan hətta nənələrimiz də istifadə edib. Soyuq xiyarı götürün, halqa şəklində doğrayın. Onu elə doğrayın ki, gözü altındakı torbalarla birlikdə örtsün. Xiyar halqalarını 15 dəqiqə gözün üzərində saxlayın.

2. Kartof
Bu üsul da əvvəlki üsula bənzəyir. Soyuq kartof şişkinliyi aradan qaldırır. Kartofu axşamdan soyuducuya qoyun, sonra onu yuyub, dilimlərə doğrayın və gözün üzərində 5-10 dəqiqə saxlayın. Sonra gözünüzü ehtiyyatla yuyun.

3. Süd
Parçanı soyuq südə batırın. Artıqlarını sıxın və parçanı 20-30 dəqiqə gözün üzərində saxlayın. Bu üsul gözlərin iltihabı və şişkinliyi ilə mübarizə aparacaq.

4. Çay paketləri
Çay yastıqlarını (paketləri)isti suda isladın. Sonra soyuducuda 5-10 dəqiqə saxlayın. Daha sonra soyuducudan çıxarıb 20-30 dəqiqə gözünüzün üzərində saxlayın. Yaşıl çay və çobanyastığı çayları daha yaxşı təsir göstərir.

5. Yumurta ağı
Yumurta ağını çalın və fırçanın köməyi ilə gözün altına çəkin. Quruyanda siz özünüzü bir qədər narahat hiss edəcəksiniz. 20 dəqiqə gözləyin və soyuq su ilə yuyun.

6. Buz
Əgər təcili olaraq gözaltı torbalardan azad olmaq istəyirsinizsə bu üsuldan istifadə edə bilərsiniz. Buz kubları vasitəsi ilə göz altını masağ etsəniz 5 dəqiqəyə onlar azalacaq. Amma bu gözlər və burun üçün təhlükəli ola bilər.

7. Əlavə məsləhətlər
Gözaltı torbalardan azad olduqdan sonra əmin olmalısınız ki, onlar bir də qayıtmayacaqlar. Buna görə də lazımi qədər yatın və boş vaxtlarınızı televizora baxaraq keçirtməyin. Qara dairələr K və B12 vitamininin çatışmamazlığından yaranır. Buna görə də sağlam qida, xüsusilə də göyərti və meyvələr yeyin. Həmçinin suyu bədəndə saxladığına görə duzdan az istifadə edin. Bundan əlavə çox su için, amma yuxudan əvvəl deyil.
Gözaltı torbaların yaranma səbəblərindən biri də sigaret çəkməkdir.

Beləliklə siz gözaltı torbalardan azad ola biləcəksiniz və üzünüzdə artıq heç nə olmayacaq.

Gözəllik və Moda     Baxılıb: 4142   Tarix: 15 may 2015
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Bunlar üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

2022-ci ilin ən dəbli göz makiyajı – FOTOLAR

Moda keçicidir: dünənki tendensiyalar tez bir zamanda dəbdən çıxır və anti-trendlər adını qazanır. Lakin bu, həmişə baş vermir. Yaz-yay dəb şouları çəhrayı rəngin müxtəlif çalarları ilə zəngin idi və qarşıdan gələn payız-ya

.

2024-də hansı qaş formaları dəbdə olacaq?

Biz çox zaman qaşların əhəmiyyətini düzgün qiymətləndirmirik, baxmayaraq ki, onların rəngi və forması bəzən üzü tanınmaz dərəcədə dəyişə bilər. Həm yaxşı, həm də pis mənada. Hər kəsə uyğun olacaq bir qaş forması yoxdur, bu

.

Makiyaj tətbiqində edilən səhvlər – 3 XƏTA

Makiyajda qadınları yaşlarından daha çox göstərən ümumi səhvlər var. Makiyajda düzgün tətbiqin təmin edilməsi çox vacibdir. Bir çox qadın istəmədən qırışları vurğulayan və görünüşünə əlavə yaş qatan makiyaj səhvləri edir

.

Dəb ikonalarının gözəllik reseptləri

İllərə meydan oxuyan dəb ikonalarının hər birisinin özünəməxsus gözəllik reseptləri var. Onlardan bəzilərini  sizə təqdim edirik. Ceniffer Lopez. Hollivudun dəb ikonası Ceniffer Lopez heç dəyişilməyən və daim təravətli ola

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Bu il dəbdə olacaq kirpik modelləri

Gur və canlı kirpiklər üz ifadələrinə və baxışlara çox təsir edir. Hətta baxışlara xüsusi dərinlik qatır. Həmişə baxımlı və canlı görüntü verir. Təəssüf ki, hamımız gözəl kirpiklərə sahib deyilik, amma hər kəsin xəyal etdiy

.

"TikTok"un diktə etdiyi 5 makiyaj trendi

Artıq demək olar ki, hər bir xanım sosial şəbəkələrdən ilham mənbəyi kimi istifadə edir. Tətbiqlərə hər dəfə daxil olanda biz müxtəlif istedadlı və yaradıcı blogerlərin paylaşdığı videolara heyran qalırıq, həmçinin yeni makiya

.

Qızlar pomada alarkən əsas buna diqqət etməlidir

Pomada hər bir qadının istənilən obrazını vurğulayan əsas ştrixdir, buna görə də qadınlar onun seçiminə xüsusi hörmətlə yanaşır, mükəmməl rəng tapmağa çalışırlar. Bir çox makiyaj ustası rəng seçimlərini məhdudlaşdırmamağ

turlar.az

sonxeber.az geyim və ayaqqabılar həkim məsləhəti kosmetika mehsullari sarimsagin xeyri əli əmirli alin yazisi xanim qafarova üzü nəmləndirən maska kosmetika xərçəng bürcü kondom nedir sevgi maska bayatilar