Gözəllik eksperimentlərinin qurbanları niyə artır?

Gözəllik eksperimentlərinin qurbanları niyə artır?«Gözəllik qurban tələb edir» deyimini çox sevənlər var. Amma gözəlləşmək üçün estetik, plastik əməliyyat, liposaksiya kimi müxtəlif yollar, üsullar seçənlər bunun sonunda həqiqi ölüm olacağını bilsələr, əminəm ki, ona getməzlər. Həyat hər cür gözəllikdən gözəldir. Bəla burasındadır ki, insanlar bu cür əməliyyatların təhlükəsiz olduğuna özlərini inandırırlar. Necə deyərlər, ətrafda, yolda-izdə, plastik əməliyyatdan sonra üz-gözü plastilinləşmiş, bütləşmiş xanımları, hətta kişi cinsinə mənsubları da görürlər axı. Və belə düşünürlər ki, pis bir hadisə olası deyil. Heç kimə heç nə olmadı, mənə niyə olsun, təfəkkürü!..
Olacaq olur amma. İndiyədək plastik əməliyyatdan sağ çıxmayanlar, sağ çıxıb sonra ölənlərin sayı da az deyil. Hətta ölüm olmasa da, sir-sifəti bərbad hala düşmüş bəzi məşhurları yada salmaq kifayətdir ki, plastik əməliyyatın, üz dərisini tarıma çəkməyin, qırışları «yox etməyin», almacıqları qabartmağın, «ördək dodaq»ların öz təbii gözəlliyində olan insanı necə eybəcərləşdirdiyi göz önünə gəlsin. Sadəcə, o şəxslərin sənətinə, ictimai mövqeyinə hörmət edib adlarını çəkmirik.
Bu sual həmişə məni düşündürür; görəsən, bu insanlar ayna qarşısına keçəndə özlərinə nə qiymət verir? Düşdükləri halı bəyənirlərsə, daha sözüm yoxdu. Zövqlər bu qədər korlanıb demək. Ola bilər, bəlkə hallarından razı qalmayıblar. Elə isə içindən biri özündə iradə, cürət tapıb «biz bunu etdik, nəticəsi ağır oldu, bu səhvi təkrarlamayın» deyə bilər. Onu da etmirlər. Özlərini saldıqları bu iyrənc vəziyyətə başqalarını da yuvarladırlar.
Liposaksiyanın daha bir qurbanı
Xatırladaq ki, Azərbaycan Dövlət Tibb Universitetinin müəllimi, 65 yaşlı həkim-pediatr, dosent Sədaqət Şahsuvarova «Avrasiya Hospital»ında etdirdiyi estetik liposaksiya əməliyyatından 4 gün sonra vəfat etdi. Və bu hadisə sosial şəbəkələrdə plastik əməliyyatlarla bağlı kəskin müzakirələr açılmasına səbəb oldu.
Qeyd edilirdi ki, xanımın əməliyyatı plastik cərrah Vüqar Ələkbərov tərəfindən həyata keçirilib. Cərrah açıqlamasında pasiyentinin ölümündə günahkar olmadığını, hətta əməliyyatın uğurlu keçdiyini bildirmişdi:
"Əməliyyat uğurlu keçdi. Bir neçə saatdan sonra ayağa durub gəzdi. Lakin 2 gün sonra halı pisləşdi. Yaxınları onu başqa klinikaya apardılar, 4 gün sonra orada öldü. Hazırda araşdırma gedir. Ölüm səbəbi qanda səbəbi bilinməyən infeksiyadır. Sidik yollarında da infeksiya tapılıb, üstəlik, xroniki pnevmaniyası da var imiş.
Əgər ən az 10 gün sağ qalsaydı, infeksiyanın növünü tapıb müalicəyə başlayardıq. Yaşlı qadın idi. İmmun sistemi zəif olduğundan orqanizm infeksiya qarşısında aciz olub".
V.Ələkbərov Sədaqət xanımın vəfatından üzüldüyünü də bildiribmiş:
"Onun ölümü məni çox üzüb. Müəlliməm olub, anamız kimi çox sevirdik".
V.Qarayev: «Təbiətin yaratdığına müdaxilə olanda…»
Pediatr Vaqif Qarayev məlum hadisədən sonra feysbuk səhifəsində paylaşım etdi:
– Liposaksiya əməliyyatından sonra daha bir xanım həyatını itirib. Həkimdi, müəllimdi. Allah rəhmət eləsin! Plastik cərrahların sayı durmadan artır və ya ümumi cərrahlar daha çox plastik əməliyyatlara meyl edirlər, çünki tələb var.
Gözəllik qurban tələb edir kimi şablon ifadə var. Olsun, amma həyatı bahasına yox! Hər bir xalqın özünün mental dəyərləri var. Bu, bədən quruluşuna da aiddir. Milli mətbəxin xüsusiyyətləri, həyat tərzi, iş, mənzil şəraiti və s. və i.a. Avropalıların həyat tərzini, istəklərini gözüyumulu kopyalamamalıyıq! Təbiətin yaratdığına kobud müdaxilə faciə ilə də nəticələnir.
Bu tip əməliyyatlarda ölümcül ağırlaşmalar qaçılmaz olur bəzən. Təkcə bizdə yox, dünyanın hər yerində.
Çox vaxt həkimin xəbərdarlığına baxmayaraq pasiyent "olmaz"ı "olar" elətdirmək istəyir. Obyektivlik naminə deyim ki, həkimin pasiyenti məcbur etdiyi hallar da var. Hər halda sağlamlığına görə hər kəs özü məsuliyyət daşıyır! Tibbi göstəriş yoxdursa, gözəl görünmək naminə belə əməliyyatlara getmək mənasızdır!!!
Həkimin bu paylaşımı sosial şəbəkə istifadəçilərini hərəkətə gətirib və rəylər sıralanıb. Bəzisini xatırladaq:
Gülşən Raufqızı: 65 yaşında nə məcbur idi axı!
Farida Rasulova: Millətimiz o qədər bədbəxtdir ki, xoşbəxtliyi xarici görünüşün dəyişilməsində, çoxlu pul qazanmaqda, kiməsə oxşamaqda axtarır. Yerin hər nöqtəsində bununla qarşılaşmaq olar, amma bizdə həddindən artıq çox insan həyata belə yanaşır.
Elxan Qənbərli: Doktor, 3-5 gün qabaq bizim kanalizasiyalardan, pardon, kanallardan birində bir həkim deyirdi ki, bəs, liposaksiya təhlükəsiz əməliyyatdır, əsas aparatdır, "ən son modelini gətirmişəm, ölkədə təkcə məndədir", – filan… Yəni bəh-bəhlə öz «qaloşunu» reklam edib, müştəri toplayırdı bazardakı kimi.
Vaqif Qarayev: Yalandı! İstənilən əməliyyatın ağırlaşma ehtimalı var! Mürəkkəb əməliyyatlarda ağırlaşmalar ölümcül ola bilir!
Elxan Qənbərli: Əlbəttə. O kommersant-həkim danışdıqca Sizin yazdıqlarınızı xatırlayırdım. Düzü, məhz sizin düzgün maarifçiliyiniz fonunda o verilişə baxdım, qulaq asdım ki, görüm bunlar nə deyəcək. Təəssüf ki, milləti pul xətrinə vicdansızcasına aldadırlar. Özü də hər sahədə. Adamın sözündən belə çıxdı ki, problem istifadə olunan aparatdadır – aparatlar köhnə modeldir. Bir «möcüzəvi», düzgün, təhlükəsiz aparat varsa, o da ondadır. Kişi gedib İsraildə görüb, alıb gətirib.
Musayeva Aygün: Xroniki pnevmoniya və orqanizmdə bir neçə sistemdə xronikləşmiş infeksiya ilə immuniteti zəif və yaşlı qadını əməliyyata almağa göstəriş verilə bilər, ya yox? Bu xəstə reanimasiyon duruma düşsə, reaksiya verməyəcəyi bəlli idi. Əməliyyat edən bu cavan oğlanın, bilmirəm 28-30 yaşı var, ya yox. Bildiyim qədər estetik cərrahlıq üçün az yaşdı və bəlkə də edə bilməz əməliyyat. Yəqin müəlliməsinə deyib ki, «bomba» qadın olacaqsız, amma ölüm halı baş verib və deyir, «yazıq, yaşlı qadın idi». Bu həkimin adi tibbi etik danışığı da yoxdu.
Vaqif Qarayev: Xanım rəhmətə gedib, istəmirəm o barədə danışım, öz problemlərini özü daha yaxşı bilərdi, həkim olduğuna görə. Amma əməliyyat edən həkimi də müdafiə eləmək fikrim yoxdur, çünki işin mahiyyətini bilmirəm.
Musayeva Aygün: Onun sözlərindən mahiyyəti bilinir. Liposaksiyaya bunlar salon proseduru kimi baxır. Yaxınlaşanlara deyirlər yaş önəmi yoxdu, xəstəsən, yenə dəxli yoxdu, çox yüngül bir şeydi, narahat olmayın, öncədən dərin müayinələr də aparılmır. Hər şey 1-2 saatın içində həll olunur. Hamının dı super, son model müasir piy aparatı var…
Kema Yusif: Görünür, Avropadan xəbəriniz yoxdur. Bu əməliyyatlar Avropada çox az edilir, sağlam qida və idmanla arıqlayırlar. Edənlər isə gözəlliyi ilə pul qazanan tiplərdir, model, aparıcı və s. Bizdə isə plastik əməliyyatlar artıq həyat tərzinə çevrilib. İnsanlarımızın surətpərəst, görünüşpərəstliyi, plastik cərrahların da saysız-hesabsız reklamları sayəsində belə ölümlər çox olacaq.
Lalə Mehralı: Ömürləri boyunca qeyri-normal qidalanırlar, nəfsləri başlarına bəla olur, sonra da əməliyyatdan mədət umurlar. Millət ətsiz qidalanan görəndə dizinə döyür əlini, filankəs acından ölür. Gündə 3 öyün ət yeyən millətin başına hələ çox şey gələcək. Fast-food yeməkdən içləri şlak bağlayıb, qat-qat qarın sallanır. O iylənmiş hamburgerə, dönərə bir döşənirlər ki, əyləncə mərkəzlərində, elə bil damdan çıxıblar.
Avropalı qələt edir bizimkilərin yanında. Küçədəki qızların hamısı bir-birinin eynidir, dodaq, üzr istəyirəm, meymunun bir yerinə oxşayır, burun «barbi», yanaq sümükləri qabarıq, qaşlar alına dırmaşıb, dırnaqlar qartal caynağı boyda…
Rəvanə Seyidova: Dünən xəstəxanada bir tanışı gördüm, deyir Rəvanə, şəkərəm, insulin almağa gəlmişəm, deyirəm, xala, pəhriz gözləyirsiz? Deyir, nə təhər yeməyim, ürəyim istəyir axı. Millət pəhrizlə aclığı ayırd edə bilmir.
Təranə Nuri: Gözəl görünmək və sağlam qalmaq üçün sağlam həyat tərzi və sağlam qidalanmaq lazımdır.
Elnur Ramazanlı: İnsan nə qədər həyatın fəlsəfəsindən bixəbər olmalıdır ki, 65 yaşında liposaksiya etdirsin. 65 yaşlı insan götür-qoy etməkdən, artıq dünyanın gəlib-keçəri olduğunu başa düşməkdən, daha çox mənəvi şeylərə bağlanmaqdansa, liposaksiya edib qarın gərdirir.
Ya Allah, cahillikdən Sənə sığınıram.
«Bütün əməliyyatlarda risk faktoru var»
Tibb üzrə fəlsəfə doktoru Şəmsiyyə Namazlı plastik cərrahiyyənin xüsusi bir elm sahəsi olduğunu dedi:
– Hər sahənin öz mütəxəssisi var. Ümumi cərrah plastik cərrahiyyə ilə məşğul olmamalıdır. Plastik cərrahiyyə xüsusi bir sahədir və onun öz mütəxəssisləri var. Biz həkimlər hər zaman insanlarımıza məsləhət görürük ki, zəruri ehtiyac olmadıqca plastik əməliyyatlara getməsinlər. Zəruri ehtiyac nədi? Təbii ki, zəruri ehtiyac deyildikdə, heç bir halda səhnə, efir görünüşü, daha da cazibədar, gözəl görünmək, «müasirliklə» ayaqlaşmaq nəzərdə tutula bilməz. Çünki bəziləri plastik əməliyyatlara hətta dəb xatirinə gedir.
Zəruri ehtiyac insanın normal yaşayışını əngəlləyən hallardır. Məsələn, insanda burun çəpəri əyriliyi ola bilər və bu onun nəfəs almasını, gecələr rahat yatmasını çətinləşdirər, dovşan dodaq ola bilər ki, bunun da ümumilikdə orqanizm üçün bəzi fəsadları var. Hədsiz piylənmə ürək-damar problemləri yarada bilər və s.
Yəni orqanizmin normal ritmini pozan hallar yoxdursa, plastik əməliyyatlar, dodaq böyütmə, sinə kiçiltmə və s. bu kimi əməliyyatlar gərəksizdir və təhlükəlidir. Eləcə də gözə linza salmaq. Hər dəfə mütəxəssislər bunun göz üçün ziyanlı olduğunu deyir, lakin insanlar görməzdən gəlir. İstər plastik, istərsə də, hansısa digər əməliyyat olsun, ümumiyyətlə, bütün əməliyyatlarda risk faktoru var.
Ona görə də hər bir əməliyyat öncəsi protokol qaydalarına əməl edilməli, xəstəyə əməliyyata razılığa dair sənəd imzaladılmalıdır. Yəqin ki, tibbi ekspertizanın nəticələri bəlli olduqdan sonra ölümün nədən baş verdiyi də dəqiq bilinəcək. Əməliyyatlar zamanı bir çox amillər ölümə səbəb ola bilir. Qan laxtalanması, qara ciyərin funksiyasını itirməsi və s. Bu elə bir sahədir ki, düşündükcə dərinə gedirsən. İstənilən əməliyyatda risk faktoru olduğundan əməliyyat öncəsi bir sıra profilaktik tədbirlər görülür. İstənilən halda tibbi ekspertizanın cavabını gözləməliyik.
Məlahət Rzayeva /gencaile.az

Gözəllik və Moda     Baxılıb: 2034   Tarix: 17 iyun 2019
f Paylaş

Oxşar xəbərlər

.

2024-cü ilin gözəllik trendi necə olacaq?

2024-cü ildə plastik cərrahlar daha orijinal, təmkinli estetika üçün həddindən artıq estetik prosedurlara qarşı xəbərdarlıq edərək, hüceyrə baxımı və sağlam yaşayışı vurğulamaqla təbii gözəlliyi qəbul etmək istiqamətind

.

Bu qış trend olacaq saç düzümləri

Stilist Clayton Hawkins və saça qulluq brendi olan "Hours Haircare"nin təsisçisi Merilin Kosmillo qış üçün ən yaxşı saç düzümlərini açıqlayıb. Müvafiq material "The Zoe Report"un saytında yer alıb. Siyahıy

.

Bu ilin trend saç kəsimi: "Curve cut"

Yazın gəlişi ilə saçınızda müəyyən dəyişikliklər etmək istəyirsinizsə, bu yeni trend tam sizin üçündür. 2023-cü ilin ən populyar saç kəsimi adlandırılan "Curve cut" uzun zamandır axtardığınız dəyişikliyin ünvan

.

Bunlar üzünüzdə qırış yaradacaq

Estetik əməliyyatlara istək, yaşlanan dərini gizlətməyə çalışmaq, daha cavan görünmək arzusu gün keçdikcə daha da çoxalır. Yaşlanma molekulların dəyişməsi nəticəsində baş verir. Bu molekulların dəyişməsində təbii ki, ətra

.

Dünyanın ən cazibədar qadınları illər əvvəl və indi

Sindi Krouford, Naomi Kepmbel, Haydi Klum, Linda Evanqiliya, Tatyana Patiç, Klaudiya Şiffer, Kristi Terlinqton, Karla Bruni 70-80-ci illərin ən çox məşhur modelləri olsalar da, bu günədək onlara moda dünyasında böyük tələba

.

Bahalı qulluq olmadan 7 yaş gənc görünməyin sirri

Bir çox qadın daha gənc görünmək üçün kosmetoloqlara üz tutur. Ancaq bəzən kosmetoloq tərəfindən bahalı manipulyasiyalar istənilən nəticəni əldə etmir. Bir neçə sadə yolla daha gənc görünmək mümkündür. Onlara əməl etsəniz

.

Kişiləri DƏLİ EDƏN 6 aktrisa

Qadın gözəlliyini qiymətləndirmək mürəkkəb bir prosesdir, çünki hər kəsin fərqli zövqləri var: kimisi qaraşınları, kimisi sarışınları, kimisi arıq qızları, kimisi isə möhtəşəm formada oanları sevir. Ümumiyyətlə, biz hamımı

.

Xanımların gözəllik sirləri

Görəsən qadınların  neçə yüz il əvvəl gözəl qalma üçün  hansı  sirləri var idi? Gəlin bu sualların cavabına birlikdə baxaq. Manikürün banisi. Sən demə,  manikür və dırnaqlara qulluq proseduru Kleopatra tərəfindən icad edib

.

Fransız makiyajını necə etmək olar?

Təbiiliyi ön planda tutan və dərinizi olduğu kimi göstərən fransız makiyaj tərzi öz gözəlliyinizi vurğulamaq üçün ən doğru seçimdir. Son zamanlar məşhurlaşan fransız üslublu makiyaj, özünüzü daha gözəl və özünə inamlı his

turlar.az

sonxeber.az makiyaj etmek qaydalari gelinlikler sade makiyaj sekilleri gavalinin faydalari kətələr sobada kotlet 2024 geyimi kosmetika bayraq bakire qaynana maskalar saglam qidalanma