Gül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Gül kələmli tərəvəz şorbası (1 yaş +) reseptiGül kələmli tərəvəz şorbası (1 yaş +) resepti

Tərəvəz şorbalarının nə qədər faydalı olduğunu artıq bilirik.

Lakin, burada olan gül kələminin brokoli kimi nə qədər zəngin bir vitamin deposu olduğunu da unutmamalıyıq. Gülkələmi A vitamini, C vitamini və hətta kalsium ilə zəngin bir məhsuldur. Bu bitkini bişirərkən yaranan xoşagəlməz qoxu, onun tərkibində olan kükürdlü birləşmə ilə əlaqədardır. Gülkələminin faydalarına görə bu qoxuya bir az dözmək mümkündür. Əgər uşağınız bu məhsulu körpəlikdən yeyərsə, bu artıq onun sevimli bir qidasına çevrilə bilər. Gülkələmi infeksiyalara qarşı güclü bir qidadır. Tərkibində olan ferul turşusu, onu antibakterial bir qida halına gətirir. Ferul turşusu bədəndə olan ağır metalları özünə çəkərək, onların bədəndən xaric edilməsini təmin edir. Gülkələminin başqa bir faydalı maddəsi də kolindir. Kolin, beynin sağlam inkişafında vacib olan bir B vitaminidir.

Gülkələmini alarkən, ətrafındakı yaşıl yarpaqları olanlara üstünlük verin. Bu yarpaqlar gül kələmini daha uzun müddət təzə saxayacaqdır. Gülkələmini çox yedikdə, bədəndə yodun udulması azalır. Bütün qidalar kimi, bu güclü qidanı da qədərində yemək daha yaxşıdır. Bundan başqa onun qaz yaratma kimi xüsusiyyəti olduğu üçün, onu körpənizin qida rasionuna ən tez 9 ayından sonra elave etməniz məsləhət edilir.

Gül kələmli tərəvəz şorbası üçün inqrediyentlər:

· 1 çiçək gül kələmi,

· 1 ədəd kiçik yerkökü,

· Yarım dəstə ispanaq,

· 1 ədəd kiçik kartof,

· 1 ovuc düyü,

· 1 diş sarımsaq,

· Kiçik soğan,

· 1 yemək qaşığı "Zeytun Bağları" zeytun yağı,

· 1 çay qaşığı ucu duz,

· 1 fincan su.

Gül kələmli tərəvəz şorbasının hazırlanması:
Qazanda zeytun yağı ile xırda doğranmış soğan ve sarımsaq qovurulur. Rendenin kiçik gözünde rəndelenən kök, rendelendikdən sonra suyu sıxılmış kartof və su əlavə olunur. Yemək qaynağa düşdükdə düyü əlavə olunur. Düyü bişdikdən sonra xırda doğranan ıspanaq və gülkələmi da əlavə edin. İstəyə görə duz da tökə bilərsiz. 10 dəqiqə qaynadıqdan sonra əl blendirindən keçirib, soyudub körpənizə verə bilərsiniz.

Sağlam qida     Baxılıb: 1647   Tarix: 11 fevral 2020
f Paylaş

Oxşar xəbərlər

.

Meyvə salatının faydaları

Hamıya məlumdur ki, orqanizmin sağlam olması üçün gün ərzində meyvə və tərəvəz yeməliyik. Ancaq bəzən tək bir meyvə yeyərək kifayətlənirik. Buna görə də, mütəxəssislər meyvələrin salat formasında yeyilməli olduğunu bildirirlər

.

Manna yarmalı tərəvəz şorbası (1 yaş+)

Protein baxımından zəngin olan bu qida olduqca faydalıdır. Buna görə də, manna yarmasının faydaları sadalandıqda, tərkibində olan yüksək protein quruluşu həmişə əsas olaraq, qeyd olunur. Əlavə olaraq, tərkibindəki karbohidratı

.

Qaraciyərin sağlamlığını qoruyan meyvə

Tərkibində pektin - qaraciyərdən zərərli maddələri çıxarmağa qadir birləşmənin olduğu ərik bu orqanın formada qalmasını dəstəkləyir. Pektinlər polisaxaridlərə aid edilir. Praktik olaraq, insanın həzm sistemi tərəfindən mənimsənilməyə

.

Kartoflu omlet (8 ay +)

Yumurta ən dəyərli protein mənbələrindən biridir. İlk əvvəl körpələrə yalnız yumurta sarısı verilir. Səbəb, yumurta ağının tərkibində daha çox protein olduğu üçün allergiya potensialı daha yüksəkdir. Yumurta alergiyasi, yumurt

.

"Zeytun Bağları" ilə hazırlanmış Yunan salatı –VIDEO

Resept:. - 2 ədəd xiyar. - 2 ədəd pomidor. - 2 ədəd yaşıl bolqar bibəri. - feta pendiri. - 50 qr qara zeytun. - 1 ədəd qırmızı baş soğan. Sous üçün: extra virgin "Zeytun Bağları" yağı, limon suyu, duz, istiot. Nu

.

Cücə salatı-Video

Cücə salatı-Video

.

Zeytun yağı ilə hazırlanmış Toyuqlu yunan qabağı - Video

Resept:. -500 qr toyuq filesi. -300 qr yunan qabağı. -1 ədəd soğan. -2 diş sarımsaq. -1 x.q. qarğıdalı nişastası. -2 saplaq göy soğan. -2 x.q. Zeytun yağı. -duz. -istiot. Nuş olsun !

turlar.az

sonxeber.az həkim məsləhəti toy makiyaji sekilleri kosmetoloq duxovkada toyuq qizartmasi qadın doğuşu qirmizi uzun donlar mürəbbə reseptləri kosmetika ziyafet geyimleri itburnu qiz evi ucun mikayıl abdullayev birlik haqqinda