Kartoflu omlet (8 ay +)

Kartoflu omlet (8 ay +)Yumurta ən dəyərli protein mənbələrindən biridir. İlk əvvəl körpələrə yalnız yumurta sarısı verilir. Səbəb, yumurta ağının tərkibində daha çox protein olduğu üçün allergiya potensialı daha yüksəkdir. Yumurta alergiyasi, yumurta və ya yumurta tərkibli qidaları yedikdən bir neçə dəqiqə və ya saatlar sonra, dəridə qızartı, qusma və ishal ilə ortaya çıxır. Yumurta yaxşı bişməyibsə, yumurta tərkibində ola biləcək salmonella bakteriyası insana ötürülə bilər. Buna görə də yumurtanın yaxşı bişirilməsinə diqqət edin.

Körpələrə, yumurta sarısını 1 çay qaşığı yedirməkmə başlanır və hər gün bir qədər artıraraq, həftənin sonunda bir yumurta sarısı verilə bilər. Hər şey normaldır və körpəniz yeyə bilərsə, heç bir problem yoxdur. Həkiminizlə məsləhətləşdikdən sonra 8 aydan əvvəl və ya sonrakı aylarda da yumurta sarısını verə bilərsiniz. Bu, körpənizin vəziyyətindən, inkişafından, allergiyaya olan həssaslığından asılı olaraq dəyişə bilər.

Dəyişiklik olaraq, körpənizə səhər kartoflu omlet yedirə bilərsiniz. Unutmayın ki, yumurtanın yalnız sarısını istifadə edəcəksiniz. Kartof yumşaq və yeməli olmalıdır. Ümumiyyətlə, kartoflu omleti 8 aylıq və ya daha sonra olan körpələr üçün uygundur.

Kartoflu omlet üçün lazım olan inqridiyentlər:

· 1 yumurta sarısı;

· 1 kiçik kartof;

· 1 çay qaşığı "Zeytun bağları" zeytun yağı;

· 1 xörək qaşığı duzu alınmış ağ feta pendiri (duzunun alınması pendir əvvəlcədən suda saxlanılır);

· 1/2 çay stəkan su.

Kartoflu omletin hazırlanma qaydası:

Kartof yaxşı yuyulur, soyulur və çox xırda doğranılıb, bir qədər kraxmalı çıxması üçün suda saxlanılır. Kiçik qazana 1/2 çay stəkan su və sudan götürülən doğranmış kartof qoyulub, yumuşalana qədər bişirilir. Kartof yumşaldıqda bir qədər suyu süzülür və üzərinə zeytun yağı və feta pendiri əlavə olunub, qarışdırılır. Kartofları bir qədər əzə bilərsiz. Daha sonra yumurta sarısı ağdan ayrılır. Yumurta sarısı kartofa əlavə olunur və qarışdırılır. Yumurta təxminən 3- 4 dəqiqə bişiriləcəkdir. Bişdikdə ocaqdan götürülür və ilıq halda körpənizə verə bilərsiniz.

Sağlam qida     Baxılıb: 7148   Tarix: 20 fevral 2020
f Paylaş

xidmetler

Oxşar xəbərlər

.

Almalı pankeyk (10 ay+)

Ana namizədlərinin bilməsi olan ən vacib məsələlərdən biri odur ki, körpənizə verəcəyiniz hər bir ərzaq, onun sağlamlığına fayda verməlidir. Zərərli olan bir sıra ərzaqlardan uzaq olmaq vacibdir. Körpəyə vaxtaşırı təbii şəkild

.

Kökəlmək üçün nə etməli? MƏSLƏHƏTLƏR

Artıq çəkidən xilas olmağın yolu möhkəm iradə, düzgün qida rejimi və ciddi idman məşğələlərindən keçir. Nə qədər qəribə səslənsə də, bədən çəkisini əzələ kütləsi hesabına bircə kiloqram artırmaq arıqlamaqdan qat-qat çətindir

.

"Zeytun Bağları" ilə hazırlanmış Humus- VIDEO

Resept:. -300 qr bişmiş təmizlənmiş noxud . -1 x.q. tahini . -1/4 fincan zeytun yağı. -2 x.q. limon şirəsi. -duz -istiot . -1/3 fincan soyuq su. Nuş olsun!

.

Qırmızı mərci şorbası (8ay +)

Mərci şorbası mətbəxin əvəzsiz yeməklərindən biridir. Tez zamanda hazırlanmasına görə analar üçün əlverişlidir və inkişaf yaşındakı uşaqlar üçün də yaxşı bir dəmir mənbəyidir. Zülal və liflə zəngin olan bu qida qəbizlikdə

.

Zeytun Yağı Nədir?

— Zeytun Yağı Nədir?. — İlk olaraq onu bildirmək istəyirəm ki, çox şanslı ölkələrdən biriyik ki, zeytun ağacı bizim ölkədə də yetişir. Zeytun yağı, zeytun ağacının yetişmiş məyvələrindən mexanik yolla əldə edilən, otaq temperaturund

.

"Zeytun Bağları" ilə hazırlanmış Tərəvəzli toyuq - VIDEO

Resept:. -Toyuq filesi 150 q. -1 ədəd böyük badımcan. -1 ədəd kök. -1 ədəd bibər. -2 ədəd pomidor. -1 ədəd qırmızı baş soğan. -2 diş sarımsaq. -duz, istiot. -2 x.q. "Zeytun Bağları" yağı. Nuş olsun!. jwplayer "mediaspace_17159423971789600509664733fd48780.setup"flashplayer"

.

Zeytun yağı xərçəngin qarşısını alır.

Aralıq dənizi sahili ölkələrində yaşayan insanlarda ürək-damar xəstəliklərinə az rast gəlinməsi alimlərin diqqətini çəkmişdir. Aparılmış elmi araşdırmalar ilə zeytun yağının ürək-damar xəstəliklərinin qarşısını aldığı sübu

turlar.az

sonxeber.az qadın geyimi qadin dunyasi geyim və ayaqqabılar zaur ve gunay sharlotka resepti mürəbbələr gozlerin bezedilmesi kosmetika novruz bayramına aid qz eviyçun hakışta qizliq perdesi opusme sağlamlığa aid atalar sözləri